Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 27 » Tövhid əhli atəşə daxil olsa belə orada əbədi qalmaz
    Tövhid əhli atəşə daxil olsa belə orada əbədi qalmaz
    19:17


    Tövhid əhli atəşə daxil olsa belə orada əbədi qalmaz

    Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

    Bu barədə gəlmiş hədislər iki növdür:
    Birinci: Şəhadəti söyləyənlərin Cənnətə daxil olacağı və ya Cənnətdən qadağan olunmayacaqları barədə gəlmiş hədislər. Bu hədislərin mənası aydındır, çünki xalis tövhid əhlindən heç kəs əbədi olaraq cəhənnəmdə qalmayacaqdır və atəşdə günahlarından təmizlənərsə Cənnətə daxil olmaqdan qadağan olunmayacaqlar.

    Əbu Zər’in hədisinin mənası budur ki, insanda tövhid olduğu halda zina və oğurluq onun Cənnətə daxil olmasına maneə olmayacaqdır. Bu həqiqətdir, bunda heç bir şübhə yoxdur. Hədisdə, onun tövhid üzərində ölərsə bir gün belə əzab görməyəcəyinə dair bir şey yoxdur.

    Bəli! Bu, həqiqətdir və bunda heç bir şübhə yoxdur, əqidəsində əyrilik olanlardan başqa heç kəs bunu başqa mənaya yozmaz. Əhlis-sünnət val-cəmaə etiqad edir ki, müsəlman biri tövhid üzərində olarsa və heç kəsi Rəbbinə şərik qoşmazsa, bəzi pisliklərdən; məsələn oğurluq, zina, içki içmək və bundan başqa böyük günahlardan uzaqlaşarsa, Allahın istəyi altındadır, dilərsə onu bağışlayar və Cənnətə daxil edər, dilərsə günahlarına görə cəzalandırar və cəhənnəmə daxil edər, sonra onu orada təmizləyər və sonunda varacağı mənzil Cənnət və Allahın – Azzə və Cəllə - rəhməti olacaqdır. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – daha əvvəl qeyd olunmuş "onu etdiyi əməlin dərəcəsinə görə Cənnətə daxil edər” hədisi də bu mənaya uyğun anlaşılmalıdır. Bura küfr və şirkdən aşağı olan böyük günah sahibləri daxildir, lakin küfr və şirk sahibini Allah heç zaman Cənnətə daxil etməyəcək, çünki Allah Cənnəti kafirlərə haram etmişdir və Cənnətə müsəlman nəfsdən başqa heç kəs daxil olmayacaq.

    əl-İmam ən-Nəvəvi – rahiməhullah – "Səhih Muslim”ə yazdığı şərhində (1/217) deyir: "Bil ki, əhli-sünnətin məzhəbi və həm sələfdən, həm də xələfdən olan haqq əhlinin görüşü budur: kim müvahhid olaraq ölərsə istənilən halda Cənnətə daxil olacaqdır. Uşaq, dəli kimi günahdan təmiz olan, yetkin yaşında dəli olmuş kəs, şirkdən və digər günahlardan səhih bir tövbə ilə tövbə etmiş və tövbəsindən sonra günah etməmiş kəslər və ümumiyyətlə günaha bulaşmamış xoşbəxt kəslər; bütün bu siniflər Cənnətə daxil olacaqlar, cəhənnəmə əslən girməyəcəklər. Lakin onlar (cəhənnəmə) varid olmaq haqqındakı məşhur ixtilafa əsasən ora varid olacaqlar. Doğru görüş budur ki, cəhənnəmə varid olmaqla qəsd olunan, sirat körpüsündən keçməkdir və bu körpü cəhənnəmin üzərində durur. Allah bizi bundan və digər şərlərdən qorusun! Lakin böyük günahı olan və tövbə etmədən ölmüş kəsə gəldikdə isə, belə biri Allahu Təalənin diləyi altındadır. Dilərsə onu bağışlayar və Cənnətə daxil edərək ilk qismdəki kəslərdən edər, dilərsə - Subhənəhu va Təalə - istədiyi miqdarda cəzalandırar, sonra Cənnətə daxil edər. Günah işləsə belə tövhid üzərində ölən bir kəs atəşdə əbədi qalmayacaqdır, eynilə xeyir əməl etsə belə küfr üzərində ölən kəs cənnətə daxil olmayacaqdır. Bu, haqq əhlinin bu məsələdəki görüşünü bir arada cəm edən qısa bir izahdır. Kitab və sünnətin dəlilləri və ümmətin icması bu qaydanı dəstəkləməkdədir, bu barədə təvatür olaraq qəti elm ifadə edən nasslar varid olmuşdur. Bu qayda isbat olunduqdan sonra, bu mövzuda gəlmiş hədislərin hamısı və digər hədislər bu qaydaya əsasən anlaşılmalıdır. Əgər zahirində ziddiyət olan bir hədis varid olarsa, şəriətin nasslarının arasını cəm etmək məqsədilə həmin hədisi bu qaydaya əsasən təvil etmək lazımdır.”

    əl-Bəzzar’ın "əl-Müsnəd” əsərində Əbu Hureyrədən mərfu olaraq rəvayət olunur: "Kim – lə iləhə illə Allah – deyərsə, daha əvvəl əzablara düçar olsa belə, bu kəlimə bir gün ona fayda verəcəkdir.” (Bəli! Bu, həqiqətdir və bunda heç bir şübhə yoxdur, əqidəsində əyrilik olanlardan başqa heç kəs bunu başqa mənaya yozmaz. Əhlis-sünnət val-cəmaə etiqad edir ki, müsəlman biri tövhid üzərində olarsa və heç kəsi Rəbbinə şərik qoşmazsa, bəzi pisliklərdən; məsələn oğurluq, zina, içki içmək və bundan başqa böyük günahlardan uzaqlaşarsa, Allahın istəyi altındadır, dilərsə onu bağışlayar və Cənnətə daxil edər, dilərsə günahlarına görə cəzalandırar və cəhənnəmə daxil edər, sonra onu orada təmizləyər və sonunda varacağı mənzil Cənnət və Allahın – Azzə və Cəllə - rəhməti olacaqdır. Peyğəmbərin – salləllahu aleyhi va səlləm – daha əvvəl qeyd olunmuş "onu etdiyi əməlin dərəcəsinə görə Cənnətə daxil edər” hədisi də bu mənaya uyğun anlaşılmalıdır. Bura küfr və şirkdən aşağı olan böyük günah sahibləri daxildir, lakin küfr və şirk sahibini Allah heç zaman Cənnətə daxil etməyəcək, çünki Allah Cənnəti kafirlərə haram etmişdir və Cənnətə müsəlman nəfsdən başqa heç kəs daxil olmayacaq.

    əl-İmam ən-Nəvəvi – rahiməhullah – "Səhih Muslim”ə yazdığı şərhində (1/217) deyir: "Bil ki, əhli-sünnətin məzhəbi və həm sələfdən, həm də xələfdən olan haqq əhlinin görüşü budur: kim müvahhid olaraq ölərsə istənilən halda Cənnətə daxil olacaqdır. Uşaq, dəli kimi günahdan təmiz olan, yetkin yaşında dəli olmuş kəs, şirkdən və digər günahlardan səhih bir tövbə ilə tövbə etmiş və tövbəsindən sonra günah etməmiş kəslər və ümumiyyətlə günaha bulaşmamış xoşbəxt kəslər; bütün bu siniflər Cənnətə daxil olacaqlar, cəhənnəmə əslən girməyəcəklər. Lakin onlar (cəhənnəmə) varid olmaq haqqındakı məşhur ixtilafa əsasən ora varid olacaqlar. Doğru görüş budur ki, cəhənnəmə varid olmaqla qəsd olunan, sirat körpüsündən keçməkdir və bu körpü cəhənnəmin üzərində durur. Allah bizi bundan və digər şərlərdən qorusun! Lakin böyük günahı olan və tövbə etmədən ölmüş kəsə gəldikdə isə, belə biri Allahu Təalənin diləyi altındadır. Dilərsə onu bağışlayar və Cənnətə daxil edərək ilk qismdəki kəslərdən edər, dilərsə - Subhənəhu va Təalə - istədiyi miqdarda cəzalandırar, sonra Cənnətə daxil edər. Günah işləsə belə tövhid üzərində ölən bir kəs atəşdə əbədi qalmayacaqdır, eynilə xeyir əməl etsə belə küfr üzərində ölən kəs cənnətə daxil olmayacaqdır. Bu, haqq əhlinin bu məsələdəki görüşünü bir arada cəm edən qısa bir izahdır. Kitab və sünnətin dəlilləri və ümmətin icması bu qaydanı dəstəkləməkdədir, bu barədə təvatür olaraq qəti elm ifadə edən nasslar varid olmuşdur. Bu qayda isbat olunduqdan sonra, bu mövzuda gəlmiş hədislərin hamısı və digər hədislər bu qaydaya əsasən anlaşılmalıdır. Əgər zahirində ziddiyət olan bir hədis varid olarsa, şəriətin nasslarının arasını cəm etmək məqsədilə həmin hədisi bu qaydaya əsasən təvil etmək lazımdır.”)

    İkinci: Atəşə haram olması barədə gəlmiş hədislər. Bəzi alimlər bu hədisləri atəşdə əbədi qalmamaq və ya əbədi qalanların atəşinə daxil olmamaq şəklində yozurlar və bu, (yəni əbədi qalanların atəşi) cəhənnəmin üst qatı istisna olmaqla digər qatlardır, çünki müvahhidlərdən asi olmuş bir çox kəs günahlarına görə cəhənnəmin üst qatına girəcək. Daha sonra isə şəfaət edənlərin şəfaəti və rəhimlilərin Ən Rəhimlisinin rəhməti ilə oradan çıxarılacaqlar.
    "əs-Səhiheyn”də rəvayət olunur: "Allahu Təalə deyir: "İzzətimə və Cəlalıma and olsun ki, "lə iləhə illə Allah” deyənləri atəşdən çıxaracağam.”( əl-Buxari, 8/202; Muslim (rəq: 326))

    Bölmə: | Əlavə etdi: Umar | Baxılıb: 847 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru