I- Sual: Yaxşı, xeyir əhli kimi tanıdığımız insanlardan bəziləri evlərinə televizor gətirirlər. Bu cür etməklə onlar deyirlər ki, istəmirlər ki, insanlar onları dində dərinə getmək və yaxud ifrata varmaqda ittiham etməsinlər. Nə nəsihət edirsiniz? Cavab: Televizordan uzaq durmaq dində ifrata varmaq deyil. Əksinə, insanın dini, ailəsi və uşaqlarının təhlükəsizliyi, əmin-amanlığı üçün ehtiyat tədbirlərindən sayılır. Odur ki, bu cür etmək insanı zərərli vasitələrdən qoruyur. Çünki, televirozun evdə olması uşaqlar və qadınlar üçün zərər səbəbidir və hətta evin kişisi üçün də zərərlidir. Axı kim özünü fitnədən əmin hesab edə bilər ki?! Deməli, bir insan özünü fitnənin səbəblərindən nə qədər çox qoruya bilirsə, bu onun üçün həm indi, həm də gələcəyi baxımından ən xeyirlidir. Televizordan uzaq durmaq ifratdan sayılmır. Əksinə, fitnəyə aparan vasitələrdən özünü qorumaq hesab edilir.
Şeyx Saleh ibn Fəuzan, əl-Muntaqa min Fətəvə Şeyx Saleh əl-Fəuzan, Cild 1, səh.225, Fətva N127
II- Sual: Televizorda naməhrəm kişinin naməhrəm qadına, eləcə də qadının naməhrəm kişiyə baxmasının hökmü nədir?
Cavab: Bunu etmək qadağandır. Çünki, ümumilikdə televizorda görünən qadınlar hicabsız olur və övrətlərindən bəziləri görünür, Kişilərə gəldikdə, onlar da həmçinin (televizora çıxdıqda) gözəlləşdirilir və bunun təsiri isə fitnədir, ümumilikdə fitnəyə, şərrə aparır. Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Peyğəmbərimiz Muhəmmədə, onun əhli beytinə və səhabələrinin üzərinə olsun.
Fətvalar və Elmi Tədqiqat üzrə Daimi Heyət Fətəvə ən-nəzar vəl-xulvə vəl-ixtilat, səh.7
III- Sual: Televiziyada yayımlanan seriyallara baxmağın hökmü nədir?
Cavab: Müsəlmana vacibdir ki, öz vaxtını qorusun. Bu dünya və axirətdə onun üçün faydası olan işlərə sərf etsin. Çünki sərf etdiyi vaxta görə məsuliyyət daşıyır. Qiyamət günü keçirdiyi vaxtdan soruşulacaqdır. Allah sübhənahu və təala buyurur: "Onlar orada fəryad edib deyəcəklər: "Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) "Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (Əl-Fatir 37) Hədislərin birində deyilir ki, insandan onun ömrü barəsində və onu nəyə sərf etdiyi soruşulacaqdır. (Əl-Tirmizi) Teleseriallara baxmaq vaxtı israf etməkdir. Ona görə də bu cür şeylərə vaxtını keçirməsi müsəlmana yaraşmaz. Əgər bu cür teleseriallarda qadağan olunmuş, məsələn açıq-saçıq və gözəl qadınlar,musiqi və mahnı oxumaq, dindən və gözəl əxlaqdan uzaq teleseriallar kimi məsələlər varsa, o zaman buna baxmaq haramdır. Həmçinin, bura əxlaqsız əməl və davranışları ehtiva edən, insanların əxlaqlarını pisə doğru korlayan seriallar da daxildir. Beləcə bu cür teleseriallara baxmaq haramdır.
Şeyx Saleh ibn Fəuzan Əl-Muntaqa min Fətəvə Fədiətu Şeyx Salih ibn Fauzan-cild 3, səh.346, Fətva 516
IV- Sual: Qadının televizorda görünən bir kişiyə və yaxud ai küçədə olduğu kimi baxmasının hökmü nədir?
Cavab: Qadınlar kişilərə istər televizorda olsun, istərsə də başqa şəkildə, baxdıqda bu halda iki haldan birinin olması qaçınılmazdır: 1. Şəhvət və ləzzət hissi ilə baxmaq ki, bu haramdır. Çünki bunda şərr, münkər və fəsad var. 2. Şəhvət hissi və yaxud ləzzət olmadan sadəcə görmək, baxmaq. Alimlər arasındakı doğru rəyə əsasən bunda bir xəta yoxdur və icazəlidir. Çünki hədislə sübuta yetirilib ki, Aişə (Allah ondan razı olsun) Həbəşilər məsciddə (qılınc ilə) oynayarkən onlara baxmış və Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Aişəni (Allah ondan razı olsun) onlardan (görməmək üçün) örtmüşdü və o (Ona Allahın salavatı və salamı olsun) Aişənin baxmasına etiraz etməmişdi. Qadınlar hicablı halda bazarda gəzdikdə kişilər ilə rastlaşırlar, onları görürlər. Demək ki, kişi ona baxmadığı halda belə qadının ona baxması mümkündür, lakin burada qoyulan şərtlərdən biri budur ki, görərkən şəhvət hissi və yaxud fitnə olmamalıdır. Əgər şəhvət hissi və yaxud fitnə qarışarsa bu zaman baxmaq haramdır, istər televizordakı kişiyə baxmaq olsun, istərsə də başqa yerdə.
Şeyx Muhəmməd ibn Saleh əl-Üseymin Müsəlman qadınlara dair fətvalar, 2/973
V- Sual: (Ruhu olan) canlı surətlərin əks olunduğu şəkillərin olduğu mənzilə mələklər daxil olmur. Televizor vasitəsilə bizim iradəmizdən asılı olmayaraq evlərə daxil olan surətlər barədə hökm nədir? Günümüzdə, televizorun olmadığı ev tapmaq mümkün deyil.
Cavab: Həmd Allaha məxsusdur. Televizordakı surətlər evdəki daimi surətlər kimi eyni hökmə tabe tutulmur. Çünki, onlar görünür və yoxa çıxır. Müvəffəq edən Allahdır. Allahın salavatı və salamı Peyğəmbərimizə, onun əhli beytinə və səhabələrinin üzərinə olsun.
Fətvalar və Elmi Tədqiqat üzrə Daimi Heyət (26/272)
VI- Sual: Şəkillər barədə sualım var. Video, computer və s. kimi cihazlar vasitəsilə hazırlanan (ekranda görünüb yox olan) şəkillər icazəlidirmi? Bunu dəlil-sübut ilə əsaslandıra bilərsinizmi?
Cavab: Həmd Allaha məxsusdur. Məsələyə dair hökm əşyanın mahiyyətinin qavranılmasına əsaslanaraq verilir. Sizin burada qeyd etdiyiniz film istehsalının necə hazırlandığını bilmək şərtdir. Risalət Əhkam əl-Təsvir (Film istehsalı barədə hökm) kitabının müəllifi belə deyir:
1. Film və yaxud kinofilmdəki şəkillər: Hərəkət edən şəkilləri səsin müşayiəti ilə məhdud bir zaman kəsimində nəql etdirərək həmin zaman çərçivəsində baş verən hadisələri göstərən bir metoddur. Ekranda göstərilən şəkil həmin əşyanın kölgəsi və yaxud inikasıdır, həqiqi deyil. Plyonkaya yazıldıqdan sonra ekranda göstərilir. Əl-Şəriəh əl-İsləmiyyəh vəl-Funun (İslam Şəriəti və İncəsənət) adlı əsərdə bildirilir ki, ərəb dilində kinoya "əxyəliyyəh” (xəyal sözündən gəlir, mənası kölgə və yaxud zəif, tutqun əksolunma) deyilir. "Çünki burada əşyaların həqiqəti deyil, kölgəsi göstərilir.
2. Televiziya şəkilləri Bu metodda şəkillər və səs eyni anda elektrik impuls vasitəsilə ötürülür. Zərrəcikləri bir-birindən ayrılaraq elektrik yolla təcrid olunan gümüş oksid və seziumdan hazırlanan işığahəssas materialdan hazırlanmış xeyli sayda kiçicik zərrəciklər ilə örtülmüş mika təbəqəsi üzərində əks etdirilməklə şəkili çəkilən obyektdən çıxan işıq effekti nəticəsində əldə olunur.
Cihazlardan istifadə yolu ilə əldə olunan surət hazırlamanın (imicmeyker) bu növü kinofilmdəki surətə çox bənzəyir. Lakin televiziya şəkillərində surətlər elektron siqnallara, sonra isə elektromaqnit dalğalara çevrilir, bunlar da sonra siqnalın əhatə dairəsi diapazonda qəbul edilməsi üçün antena vasitəsilə televizorda quraşdırılmış qəbuledici cihaza göndərilir ya da bu dalğaları özündə saxlayan müvafiq maqnit maddəsi ilə təbəqələnmiş plastik lentlərdə maqnit dəyişiklikləri şəklində saxlanması üçün göndərilir.
Bu dalğalar ehtiyata alındıqdan sonra lentlərə yazılan məlumatları göstərmək üçün bunları bir daha elektron siqnallara çevirən sonra da bunu elektrik siqnal şəklində ekrana göndərən cihazdan keçməlidir ki, şəkil kimi görünsün. Bu yalnız mürəkkəb bir əməliyyatdan sonra baş verir.
Televizor elektrik dalğalarını qəbul edib bunları toplayan sonra isə tam xüsusiyyətləri ilə birlikdə tənzimlənmiş qaydada şəkil formasında ötürən bir cihazdır. Surət-yaratmanın bu növünə bənzər başqa bir növ də vardır. Telefona bənzər bir şey olub sənaye baxımından qabaqcıl ölkələrdə istifadə olunmaqdadır. Deməli burada danışanın həm səsi, həm də surəti ötürülür, nəticədə danışdıqları cihazın ekranında hər iki tərəf bir-birini görə bilir.
Eynilə, evlərin qarpısında yerləşdirilən kameralar. Bu sistem evə gələn şəxsin səsini və surətini götürür və evin daxilindəki ekrana ötürür ki, evin içində olan bunu aydın şəkildə görə bilsin. Və eləcə də, cinayətkarların oğurluq etməsinin və s digər cinayətlərin qarşısını almaq üçün banklarda, dükkanlarda nəzarət üçün istifadə olunan cihazlar vardır.
Bu cür cihazlar bir qəbildən olan cihazlardır. Lakin müxtəlif məqsədlər üçün istifadə olunurlar. Belə ki, bunlar vasitəsilə kamera müşahidə olunan sahəni çəkir və televizorda olduğu kimi surətləri ekrana ötürür. Burada isə surət aydın şəkildə görünür. Həmişə yeni şeylər ortaya çıxır və gələcəkdə daha nələrin ortaya çıxacağını bilmirik. Bu da bir çox sahələrdə, o cümlədən istehsalat, müharibə, təhlükəsizlik, təhsil, tibb, sosial və s. sahələrdə həm hərəkətsiz, həm də hərəkətli növdən olan surətləri çəkmək üçün maşınlardan istifadənin fövqəladə şəkildə genişləndiyini göstərir.
Əhkam əl-Təsvir, Əhməd ibn Əli Vəəsil, səh.65-67
Şeyx ibn Üseymin demişdir: Müasir tərzdə hazırlanan şəkillərə gəldikdə bunlar iki kateqoriyaya bölünür: Birinci kateqoriyaya çılpaq gözlə görünməyənlər aiddir. (Bunları yalnız cihaz vasitəsilə görmək mümkündür). Bildiyim qədəriylə video lentlərdə belə olur. Bu şəkillər ilə bağlı qəti heç bir hökm yoxdur və ümumiyyətlə onlar qadağa hökmünə daxil deyil. Ona görədir ki, şəkil (fotoqrafiya) üzərində kamera vasitəsilə şəkil çəkməyin qadağan olunduğunu bildirən alimlər buna (video şəkillərə) icazə verirlər və bunda bir xəta olmadığını bildirirlər. Sonra belə bir sual verildi ki, məscidlərdə veriəln mühazirələri çəkmək olarmı? Alimlərin bu barədə rəyi budur ki, bunu etməmək daha yaxşıdır. Çünki, ibadət edənləri narahat edə bilər və uyğun olmayan şeyləri çəkə bilərlər və s.
İkinci kateqoriyaya isə kağız üzərində tərpənməyən və yaxud hərəkətsiz şəkillər aiddir. Lakin kimsə icazəli şəkillərin bu növünü hazırlamaq istəyirsə məsələnin daha ətraflı müzakirəsinə ehtiyac vardır. Çünki bunlar niyyətdən asılı olaraq beş hökmə tabe tutulur.
Niyyət hər hansı bir haram etmək isə, bu halda bu haramdır. Əgər bununla vacibi yerinə yetirməyi niyyət edirsə, bu halda bunu etmək vacibdir. Bəzən şəkil çəkmək, xüsusilə də hərəkətli şəkillər çəkmək zəruri ola bilər. Məsələn, biz bir kəsin digərinin hüquqlarına qarşı təcavüz edərək ona qarşı məsələn onu öldürməyə cəhd etmək və s. kimi cinayət törətdiyini görsək və hadisəni başqa cür deyil yalnız şəkil çəkmək ilə sübut etmək mümkündürsə, bu halda şəkil çəkmək vacib olur. Xüsusilə də, şəkil hadisə ilə bağlı qəti hökm ifadə edərsə. Vasitələr məqsəd kimi eyni hökmə tabe tutulur. Əgər başqa birinin cinayət ilə ittiham oluna biləcəyi qorxusu yarana biləcəyindən həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün sözügedən şəkilləri çəkiriksə, bu həmçinin məqbuldur, əslində zəruridir.
Yox əgər bu şəkilləri sadəcə baxaraq həzz almaq xatirinə çəkiriksə, sözsüz ki, bu haramdır. Ən doğrusunu Allah bilir.