Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19629 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16748 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13827 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9576 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9099 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » May » 25 » “Talaq” surəsinin mövzulu təfsiri və boşa(n)ma problemləri haqda
    “Talaq” surəsinin mövzulu təfsiri və boşa(n)ma problemləri haqda
    09:14
    Doğrudan da, ümmətimiz bu dünyada onları məhv edən bayğınlığa salan fikirlərə təslim olub. Bu ümmət öz kitabını anlamadıqca, ona doğru münasibət bəsləmədikcə nə dünyada, nə də axirətdə nicat tapacaqdır.

    Bu, "Talaq” surəsinin mövzulu təfsiridir. Təfsir surədəki "hissə”lərin məzmun birliyinə, müəyyən bir həqiqətin aşkarlanması üçün ayələrin eyni kontekst baxımından bir-birini tamamlamasına əsaslanır. Mən bu surədən şəxsi ictihadımla hər hansı bir fiqhi hökm də çıxarmağı planlaşdırmamışam. Əksinə, əvvəlki alimlərin ictihadlarından bu təfsirə və şəxsi görüşümə uyğun görünəni seçib götürmüşəm. Mənimlə razılaşmayanlara deyirəm: sizdən heç kəsə öz nöqteyi-nəzərimi qəbul etdirmək fikrim yoxdur.

    Surənin əvvəlində Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) çağırış edilir. Axı o, ümmətin lideri, hidayət rəhbəridir! Ümmətin bütün fərdləri arasında yayılmış bir iş üçün Peyğəmbərə müraciət etmək göstərir ki, məsələ ciddi və mühümdür. Həmçinin, bu o deməkdir ki, problem şəxsi olmayıb, ümumidir.

    Məlumdur ki, talaq (boşama) təkcə onu gerçəkləşdirən şəxsi deyil, həm də onun arvadını, uşaqları və hər iki tərəfin ailəsini aşıb-keçən bir məsələdir. Odur ki, onu tənzimləyən qaydalar qoymaq lazımdır. Bununla da, ağılsızlıq və qarşılıqlı əziyyət üzündən birtərəfli talaq baş verməsin.

    Bu səbəbdən Allah talaq üçün müəyyən vaxt təyin etmişdir. Heyz (aybaşı) və nifas (doğuşdan sonrakı qanaxma dövrü) zamanı boşamaq olmaz. Təmizləndikdən sonra kişi qadını ilə yaxınlıq edə bilməz. Onun (kişinin) iki şahidi olmalıdır. Talaq xəbərini eşidən qadın kişisinin evindən çıxmamalıdır. Eşitdiyi xəbərə görə ailə həyatının üstündən xətt çəkməyə tələsməməlidir. Talaq xəbəri qadın barədə çıxarılmış hökm qəbilindən xəbərdarlıqdır. Qadın tələb olunan yerdə qalmalıdır. Talağa səbəb olmuş şəraitin (vəziyyətin) dəyişməsi ilə, ola bilsin ki, ailə bərpa olunsun.

    İki-üç ay ərzində qəzəb hissi keçib gedə bilir. Bununla da, ər-arvad barışır, yenidən ailə həyatına başlayırlar. Birinci ayənin mənası da elə budur:

    "(Ya Peyğəmbər!) Övrətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın. Gözləmə müddətini sayın. Rəbbiniz olan Allahdan qorxun. Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir (hökmləridir). Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar)” (ət-Talaq, 1).

    Fikir vermişəm ki, ayələr boyu fiqhi hökmlər göstərilərkən qeybə iman və Allahdan qorxmağın zəruriliyi tez-tez vurğulanır. Məqsəd budur ki, ailəni parçalayan münaqişələrdən Allaha etimad göstərməklə qurtulmaq mümkün olsun:

    "...Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər” (ət-Talaq, 2).

    Quranda yaxşı və pis gündə (ailəyə) xərcləmək haqda ətraflı danışılıb, əmizdirmə və digər məsələlər barədə məlumat verilib. İlahi Göstərişdən aydın olur ki, Pak Allah talağın mənfur sosial fəlakətə çevrilməsini və bu sınaq zamanı müsəlmanların ədəb-ərkan qaydalarını pozmaqlarını istəmir.

    Buna baxmayaraq, müsəlmanlar arasında yayılmış talaq ənənəsi kədərli faciələrlə müşayiət olunur. Fiqhi sahədə "bid`i” talaq forması qəbul edilib; həqir boş-boş şeylərə gen-bol izahlar "icad” edildiyi kimi, "talaq” andları[1] da geniş yayılıb. Fiqh kitablarında talağın elə "fənd”lərinə rast gəlirik ki, adam təəccübünü gizlədə bilmir.

    Avropalılar bizdə talağın bir su içimlik məsələ halına gəlib, qayda-qanunlarının tez-tez "deformasiya”ya uğradılmasına inkar gözü ilə baxırlar. Halbuki talağın "deformasiya” xassəsini müsəlmanlar uydurmuşlar, islamın bundan xəbəri yoxdur!

    Dövrümüzdə bir qadının boşanma xəbərini eşitdikdə sonra ərinin evində qalıb gözləməsi qeyri-mümkün hala gəlib. Peyğəmbər sünnəsinin müəyyənləşdirdiyi qaydada boşamaq faktına da nadir hallarda rast gəlinir. Nə təmizlənməyə (təhr), nə ayrı qalmağa (etizal), nə də şahidlərin gətirilməsinə (işhad) riayət olunur!

    Dövrümüzdə ailələrin taleyi məsələsində "him” gözləyən, boş-boş səbəblər və söz-söhbətə görə ailələrin dağılmasını alqışlayan fəqihlər necə də çoxalıb!

    Bu da öz növbəsində islamın nüfuzuna, təlimlərinin yayılmasına böyük zərər toxundurub. Düşmənlərin də əlinə girəvə düşüb! Bu səbəbdən mən "Talaq” surəsinin ikinci hissəsini birinci hissəsinin ardı və tamamlayıcısı hesab edirəm. İkinci hissədə müsəlmanlara xəbərdarlıq edilir ki, talaq hökmlərini oyun-oyuncağa çevirməsinlər!

    İkinci hissə bu ayələrlə başlanır:

    "Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik.

    Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu.

    Allah onlar üçün şiddətli əzab hazırladı...” (ət-Talaq, 8-10).

    Qoy hörmətli oxucu Allahın talaq hökmləri ilə bağlı bu sözləri üzərində düşünsün, dərs çıxarsın:

    "Bu, Allahın sizə nazil etdiyi buyruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar... Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik...” (ət-Talaq, 5, 8).

    Ayələrdəki məzmun bir-birini tamamlayır, əmr həmin əmrdir! Allahın vəhy və hidayətlə şərəfləndirdiyi bir ümmət ifrata varmamalı, ilahi təlimləri oyun-oyuncağa çevirməməli, ailə təsisatını cəmiyyətdə ucuz yanaşmalara qurban etməməlidir.

    İslamı doğru-dürüst tətbiq etməmək, hökmlərini səhv formada həyata keçirməklə dəvətə əngəl yaratmaq yolverilməzdir.

    "Talaq” surəsi belə bir ayə ilə başa çatır ki, tanıyaq deyə Allah bütün kainatı yaradıb, izi ilə gedək deyə bizə vəhy (kitab) göndərib; Allahın mövcudluğunu göstərən kainat və vəhy müsəlmanlara yol göstərir:

    "Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar” (ət-Talaq, 12).

    Hər bir müsəlmanı "Talaq” surəsini mənim izah etdiyim qaydada bir daha oxumağa çağırıram. Çağırıram ki, bəlkə, bununla o, faydalı və doğru nəticəyə gələ bilsin...
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 701 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2012  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru