Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Aprel » 14 » ŞEYXİN QOHUMU “GÖY MƏSCİD”i HASARLATDIRDI
    ŞEYXİN QOHUMU “GÖY MƏSCİD”i HASARLATDIRDI
    00:22

    Bakının mərkəzindəki "Göy məscid”in ərazisi hasarlanaraq satılıb. Bu xəbəri redaksiyamıza verən məlumatlı mənbənin sözlərinə görə, məscidi və onun ətrafındakı ərazini alan şəxs Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin yaxın qohumu Hacı Mazandır.

    Məlumatda bildirilir ki, camenin yanındakı park, ətrafındakı yaşayış evləri artıq hasarlanıb. Bu isə ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məsələni yerində araşdırmaq üçün el arasında "Göy məscid” kimi tanınan "Hacı Əjdərbəy” məscidində olduq.
    Biz əraziyə çatanda hasarlama işləri davam edirdi. Çəkiliş apardığımızı görən işçilər işlərini yarımçıq qoyaraq tələsik ərazidən uzaqlaşmağa başladılar. Məscidin yanındakı park, əhatəsində olan dayanacaq evlərlə birlikdə hasarlanmış əraziyə giriş-çıxış bağlanmışdı. Məscidin yaxınlığında yaşayan sakinlərə yaxınlaşıb, onların şikayətlərini dinlədik.
    "Bu Hacı Mazan deyilən fırıldaqçı kimdirsə, yığıb bizi boğaza. Hər gün adamlarını üstümüzə göndərir. Deyir, hara şikayət edirsinizsə edin, mənim arxamda şeyx Hacı Allahşükür Paşazadə dayanıb”. Bu sözləri obyekti qanunsuz olaraq hasarlanan sahibkarlardan biri söylədi. Əlavə etdi ki, "Ekologiya ili”ndə şeyxin qohumu hasarladığı ərazidə 30-a yaxın ağacı kəsdirəcək: "Əvvəl dedilər ki, guya bu tədbir məscidin ərazisinin genişləndirilməsi ilə bağlıdır. Lakin biz Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdikdən sonra aydın oldu ki, belə məsələ yoxdur. Hacı Mazan şeyxin adından istifadə edərək məscidi, onun yan-yörəsini mənimsəyib. Ötən ayın əvvəllərində buranı hasarlamaq istədilər. Lakin sakinlər buna imkan vermədilər. Bir neçə gün bundan öncə gecə ilə ərazini hasarladılar. Məsələ ilə bağlı kimə şikayət ediriksə, reaksiya verən olmur”.
    Sakinlər məscidin yanında tikilən binanı göstərərək, şeyxin qohumunun onların evlərinin yerində də göydələn tikəcəyini dedilər: "Məscidin düz yanında tikilən bina Hacı Mazanındır. Bizdə olan məlumata görə, o, parkın və bizim evlərin yerində ikinci bir bina tikdirəcək. Bunu özü bizə dedi. Bildirdi ki, QMİ sədri onunla ortaqdır. Məscid də özəl mülkiyyət olduğundan, heç kim heç nə deyə bilməz. Nə deyəsən? Bu adamların gözü doymur”.
    Bu məsələni araşdırarkən o da məlum oldu ki, əslində hasarlanan ərazinin böyük bir qismi tamamilə  başqa bir vətəndaşa məxsusdur. Onun əlində müvafiq sənədləri olmasına baxmayaraq, Hacı Mazan imkanlarından sui-istifadə edərək, başqa bir vətəndaşa məxsus ərazini zorla mənimsəyib. Onlara da halallıq verməyərək, hər bir yerdə olduğu kimi, bu məqamda da şeyxin adından istifadə edib.
    Qeyd edək ki, sakinlər məsələ ilə bağlı Prezident Administrasiyasına, hüquq-mühafizə orqanlarına və bir sıra nazirliklərə müraciət ediblər.
    Xatırladaq ki, ötən saylarımızın birində şeyxin qohumunun Sumqayıt məscidinin yerində bazar tikdirdiyini xəbər vermişdik. Məlumatda deyilirdi ki, Hacı Mazan tikəcəyi bazarı QMİ sədri ilə birgə işlədəcək. Bundan əlavə, onun şeyxlə qohumluq münasibətlərindən faydalanaraq bir sıra deputatlardan dəstək alması faktını da ortaya çıxarmışdıq.
    Hacı Mazanla ən sıx münasibəti olan isə deputat Əhəd Abıyevdir. Deyilənə görə, onlar Lerik rayonunda ortaq biznesə sahibdilər. Lerikdə onlara məxsus istirahət mərkəzləri və restoranlar var. Hacı Mazanın paytaxtda və Sumqayıtda olduğu kimi, Lerikdə də məscid tikmək adı altında torpaq sahələri aldığı, amma sonradan həmin ərazilərdə restoranlar inşa etdiyi bildirilir.
    Məsələyə Qafqaz Müsəlmanları İdarəsinin mövqeyini öyrənməyə çalışsaq da, çoxsaylı telefon zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

    Fərahim İLQAROĞLU

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: ABDULLAH | Baxılıb: 940 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Aprel 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru