Səudiyyə kralı islamçıların səsini boğur, sekularistlər və liberallar üçün meydan boşalır! Əs-Səlamu aleykum, ey İslam ümməti! Sizlərə adı "mübarək" Səudiyyə krallığından bəzi xəbərlər çatdırmaq istəyirəm. Məlumdur ki, son on ildə krallıqda İslam şəriətini sevməyən, liberallığa, demokratiyaya doğru çağıran fasiqlər və kafirlər zümrəsi avtoritet qazanıblar. Valid bin Talal kimi "əmr sahiblərinin" dəstəklədiyi bu liberallar öz qəzetləri və televiziya kanalları ilə Səudiyyə Ərəbistanın camaatını fitnəyə salıb, onların əxlaqlarını pozublar. Şeytanın yoluna doğru apardıqları bu dəvət üçün çox məhsuldar bir torpaq var bizim o məmləkətdə! Bu torpağı daha da məhsuldar edən daha bir "gübrə" "hörmətli" vəliyyul-amr kral Abdullahdan gəldi. Bəlkə də eşitmisiz! Eşitməmisinizsə, məlumat verək, unudanlar da xatırlasın! Kral son aylarda fətvanın yalnız icazə verilmiş xüsusi bir qrup alim tərəfindən verilməsinə və icazə almamış və ya icazə verilməmiş kimsələrin fətva verməməsinə sərəncam vermişdir. Bu isə o deməkdir ki, fətva vermək istəyən gərək kraldan icazə alsın, yəni muftiyə müraciət edilməlidir ki, mufti kralın adından onlara icazə versin! Kimə icazə verilməsə fətva verməyə haqqı yoxdur. Bunun təbii nəticəsi olaraq fətva guşəsinə sahib olan hər bir islami kanal və islami internet səhifəsi yavaş-yavaş blok edilir. Liberallara və demokratlara qarşı mübarizəsi ilə seçilən şeyxlərdən biri olan Şeyx Muhamməd bin Abdilləh əl-Həbdan həm internet səhifəsinə, həm də telekanala sahibdir. Liberalların öz kanallarında əxlaqsızlıq və küfr yaymaqlarına qarşı fətva vermiş Şeyx Abdur-Rahmən əl-Barrakın sözlərinə yer vermiş Şeyx əl-Həbdanın saytı hələ bir il əvvəl blok edilmişdi. Yaxınlarda isə onun müsəlman ailəsi və əxlaqı haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədi ilə idarə etdiyi əl-Usra kanalı da bağladıldı. Bağlanmaq səbəbi kimi ilk olaraq kanala verilmiş lisenziyada xətanın olduğu söylənsə də, bunun əksi isbat edildikdən sonra kanalın bağlanması kral hakimiyyəti tərəfindən bir daha heç bir izahat verilmədən təsdiqləndi. Bu barədə Şeyx əl-Həbdanın öz internet səhifəsindən oxuya bilərsiz. Bu zaman insan özünə belə bir sual verir: Bəs nə üçün əxlaqsızlıq yayan kanallara qarşı bir tədbir görülmür?! Hələ elə bu Ramazan ayında bir qadının dörd kişi ilə evləndiyini göstərərək İslamı ələ salan Taş ma Taş komik, əxlaqsız kanal isə fasiqlərin istifadəsinə açıq buraxılıb! Üstəlik məmləkətdə bloka düşmüş internet səhifələri içində Şeyx Saleh əl-Munəccidin "İslamqa" saytı da yer alır. Bu barədə Valid bin Talalın anti-islam "əl-Arabiya" kanalından oxuya bilərsiz! Bu səudiyyə krallarının məqsədi məgər yalnız korlara naməlumdur?! Kitablarında "Allah və şeytan bir qəpiyin iki üzüdür" sözlərini qorxmadan, çəkinmədən, aşkar şəkildə yazan zındıq Turki əl-Həməd kimisini qoruyan bu kral nə üçün İslama dəvət edən saytları bağlayır?! Bu küfr sözləri sitat gətirmək belə canımı sıxır, bir günaha girdiyimi sanki hiss edirəm, Allah bağışlasın! Şeyx əl-Luheydan əxlaqsızlıq yayan kanal iştirakçılarının öldürülməsini tələb edərkən onun vəzifəsindən endirilməsi ilə hədələyən də elə məhz bu Turki əl-Haməd idi. Bu "tülkü" axı Səudiyyə krallığında kralın istəyi olmasa necə şeyxlərə hədə-qorxu gələ bilər? Əlbəttə ki, bu zındığın arxasında mədxalilərin sevimli "əmr sahibləri" durub. Allah hamısının bəlasını versin!
|