birincisi – Yalançı və lənətlənmiş şiə raviləri: 1. Cabir ibn Yezid əl-Cofi: Hurr Amili bu ravi barədə demişdir: "O, İmam əl-Bəqirdən 70 min, digər imamlardan isə 140 min hədis rəvayət etmişdir.” ("Vəsailuş-şiə” 20/151 və ya 30/329) İmam Cəfərdən Cabir əl-Cofinin rəvayət etdiyi hədislər barədə soruşarkən, o demişdir: "Mən onu atamın yanında yalnız bir dəfə görmüşəm, mənim yanımda isə heç vaxt olmayıb.” ("Ricəlul-Kəşşi” səh.169, Məməqani "Tənqihul-məqal”2/203) Cəfər əs-Sadiqin onun barəsində dediyi bu sözünə baxmayaraq, şiə alimi Xoi Cabir əl-Cofini siqa (doğrucul) ravi saymış, imamın sözü barədə isə belə demişdir: "İmamın bu sözünü təqiyyəyə aid etmək labüddür.”[37] (yəni, imam bunu təqiyyə ilə demişdir) (Əbul-Qasim əl-Xoi "Mucəmu ricəlil-hədis” 4/25) Ey Xoi! Cəfər nə üçün təqiyyə etsin? Nədən çəkinirdi? Axı ona bu sualı verən məhz öz şiəsi Zurarə olmuşdu. Məgər imam öz şiəsindən qorxur və öz şiəsini aldadır? Haşim Məruf əl-Hüseyni də bunu təkzib edərək demişdir: "Cabir əl-Cofi rical kitablarında[38] əksər alimlər tərəfindən yalançılıqda ittiham olunmuş bir ravidir.” ("əl-Mouduat fil-əsəri vəl əxbər” səh.234) Onun yalançı bir ravi olduğunu əhli-sünnət imamları da bəyan etmişdir. Beləki, Küfənin imamı və nuru olan Əbu Hənifə (rahiməhullah) Küfənin hədis uyduran sənətkarı barədə demişdir: "Cabir əl-Cofidən daha yalançı birini görmədim.” (Tirmizi "əl-İləl”, Uqeyli "əd-Duafəul-kəbir” 1/196) 2. Zurarə ibn Əyun: Əbul-Qasim əl-Xoi onun barəsində demişdir: "Zürarənin rəvayətləri 2490-a yaxındır...” (Əbul-Qasim əl-Xoi "Mucəmu ricəlil-hədis” 7/249). Bu hədislərdən 1626-sı Kutubul-ərba`dadır (dörd mötəbər kitabda). Şiə alimi Nəcaşi onu tərifləyərək deyir: "Zurarə ibn Əyun öz zamanında şiələrin şeyxi, onların ən qədim olanı, fəqih və mütəkəllimi idi.” (Ricalun-Nəcaşi səh.175) Seyyid Bəhrul-ulum demişdir: "Əyun ailəsi Küfədə əhli-beyt şiələrinin ən böyüyü idi.” ("əl-Fəvaidur-ricəliyyə” 1/222) Ancaq İmam Cəfər onun haqqında delə demişdir: "Əyun ailəsinin uydurmaların-dan olan şey, mənim və atamın dinindən deyil.” (Ricalul-Kəşşi səh.137) Həmçinin imam onu lənətləmişdir. ("İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 2/229) İmam Cəfər dostlarının birindən soruşur: "Zürarə ilə nə vaxt görüşmüsən?” O da neçə gündür onu görmədiyini deyir. Sonra imam ona deyir: "İşin olmasın, xəstələnibsə yanına getmə və ölübsə cənazəsində iştirak etmə!” O, imamın sözündən təəccüblənərək soruşur: "Zürarənin?” İmam isə cavabında belə deyir: "Bəli, Zürarə yəhudilərdən, xristianlardan və "Allah üç nəfərdən üçüncüsüdür” deyənlərdən də pis adamdır.” (Ricalul-Kəşşi səh.142, "İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 2/237) Şiə alimlərindən bir çoxsu iddia etmişdir ki, İmam Cəfərin onun barəsində dediyi xoşagəlməz sözləri təqiyyə əsasında deyilmiş sözlərindəndir. Yaxşı, bir anlıq elə fərz edək ki, imam bu sözləri təqiyyə əsasında deyib. Bəs siz, İmam Cəfəri yalanlayan, onun sözünə muxalif olan, ona iftira yaxan, imamın elminə şəkk edən, öz rəyi ilə halal-haram hökmü verən və Musa ibn Cəfərin imamlığına şəkk edən kəsi adil bir şəxs saya bilərsiniz? Əslində siz, belə bir şəxsi nəinki adil, heç müsəlman da saymazsınız. Müdafiə etməyə çalışdığınız Zürarə ibn Əyun isə yuxarıda qeyd etdiyim xüsusiyyətləri özündə cəm etmiş nadan və Küfənin hədis quraşdıran sənətkarlarından biri idi. (Bax! Ricalul-Kəşşi səh.138, "İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 2/234-235, 236) 3. Əbu Bəsir Leys ibn əl-Buxtəri: Kutubul-ərba`ada onun əl-Bəqir və əs-Sadiqdən rəvayət etdikləri hədislərinin sayı 2110-dur. Əhli-Beyt tərəfindən tən edilmiş yalançı bir ravidir. (Ricəlul-Kəşşi səh.152) Haşim Maruf əl-Hüseyni onun barəsində demişdir: "Əbu Bəsir künyəsi ilə tanınan dörd şiə ravisi var: Əbu Bəsir Abdullah ibn Muhəmməd, Əbu Bəsir Aliyyə, Əbu Bəsir Leys ibn əl-Buxtəri və Əbu Bəsir Yəhya ibn Əbil-Qasim. Onların hamısı ittiham olunmuş ravilərdir. Onların içərisində ən yaxşısı Əbu Bəsr əl-Buxtəridir. Ancaq onu da bir qism alim siqa (doğrucul) saymışdır. Bir qismi isə ona tən etmiş və əqidəsinin xarab olduğunu bəyan etmişdilər.” ( "əl-Mouduat fil-əsəri vəl əxbər” səh.233) Şiə alimləri onu müdafiə etməkdən ötrü deyirlər ki, Onun dininə və etiqadına tən edilmişdir, rəvayət etdikləri hədislərinə yox. Sağlam etiqadlı olmasa da hədislərini qəbul edir və onu siqa ravi sayırıq. (İbn Mutahhar əl-Hilli "ər-Rical” səh.137) Çox qəribədir ki, şiələr Musa ibn Cəfərin imamətini qəbul etməyən və onu elmsiz sayan Əbu Bəsirin rəvayətlərini qəbul edirlər. (Ricalul-Kəşşi səh.154) 4. Muhəmməd ibn Sinan: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 662-dir. Hurr Amili onun barəsində demişdir: "Mufid onu siqa (doğrucul) saymış, Kəşşi də onun barəsində tərifəlayiq sözlər nəql etmişdir ki, bu da onun siqa bir ravi olduğuna dəlalət edir. Amma Nəcaşi və Şeyx Tusi onu siqa ravi saymamışdır...” ("Vəsailuş-şiə” 30/473) Şiə alimləri onu necə siqa ravi saya bilərlər ki, Muhəmməd ibn Sinan özü ölümündən qabaq etiraf etmişdir ki, o rəvayət etdiyi hədislərin heç birisini imamlardan eşitməyib. ("İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi”6/557) Bu səbəbdən də əl-Fəzl İbn Şazan demişdir ki, Muhəmməd ibn Sinanın hədislərini rəvayət etmək halal deyil. ("əl-Mouduat fil-əsəri vəl əxbər” səh.219) 5. Muhəmməd ibn Əli ibn Bilal: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 400-dür. Məlundur (yəni əhli-beyt tərəfindən lənətlənmişdir.) (Ricalul-Hilli səh.274). 6. Səhl ibn Ziyad: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 1758-dir. Nəcaşi öz ricalında onun barəsində demişdir: "Hədisdə zəifdir, ona güvənmək olmaz...” (Ricalun-Nəcaşi səh.185) Ğadairi onun barəsində demişdir: "Dini və rəvayətləri xarab olan, çox zəif bir ravidir.” (Ricəlul-Ğadairi səh.67 Seyyid Muhəmməd Rza əl-Hüseyninin təhqiqi ilə) 7. Safvan ibn Yəhya: Kutubul-ərba`ada ondan rəvayət olunmuş hədislərinin sayı 933-dür. Yalançı və lənətlənmiş bir ravidir. (Ricalul-Kəşşi səh.553, Məməqani "Tənqihul-məqal” 2/100) 8. Abdurrəhman ibn əl-Həccac: 419 hədis rəvayət etmiş bu şiə ravisi, imamlar tərəfindən lənətlənmiş bir ravidir. (Ricalul-Xoi 15/132 və 21/37) 9. Əli ibn Əbi Həmzə: 499 hədis rəvayət etmiş bu şiə ravisi, lənətlənmişdir. (Ricalul-Hilli səh.232) Xülasə, bu cür yalançı və əhli-beyt tərəfindən lənətlənmiş şiə raviləri həddən artıq çoxdur. Bu ravilərdən bəzilərinin adını qeyd edirəm: Yunus ibn Zabyan (Ricəlul-Xoi 21/204), Muhəmməd ibn Musa (Ricalul-Xoi 18/301), Yunus ibn Abdurrəhman əl-Qummi (Ricəlul-Kəşşi səh.544), Mufəddəl ibn Ömər (Ricəlul-Kəşşi səh.390), Əhməd ibn Hilal (Ricalul-Hilli səh.274), İshaq ibn Muhəmməd (Ricalu İbn Davud səh.425), Salih ibn Uqbə (Ricalul-Hilli səh.230), Əli ibn Əhməd əl-Kufi (Ricalul-Hillisəh.233), Abdullah ibn Abdurrəhman (Ricəlul-Ğadairi səh.76-77), Əbul-Abbas (Ricəlu İbn Davud səh.567), Muhəmməd ibn Musa ibn İsa (Ricəlu İbn Davud səh.511) və.s. Şiə məzhəbinin ən mötəbər dörd hədis kitabında məlun (yəni imamlar tərəfindən lənələnətlənmiş) ravilər tərəfindən 5765, kəzzab (yəni yalançı) ravilər tərəfindən isə 5654 hədis rəvayət olunmuş-dur. Bunun cəmi; 11419 hədis edir. Deməli, Kutubul-ərba`ada olan 44 min hədisdən 11419-u məlun və kəzzab ravilərin uydurmasıdır. İkincisi – Vaqifi olan şiə raviləri: Bunlar, Musa əl-Kazımın imaməti üzərində duran və sonrakı imamların imamətini qəbul etməyənlərdir. Kutubul-ərba`ada Vaqifi şiələrindən rəvayət olunmuş hədislərin sayı 2198-dir. Şiə alimlərinin əksəriyyəti Vaqifi ravilərə etimad göstərmiş və onların rəvayətlərini qəbul etmişlər. Çox qəribədir!!! Axı şiələrin "məsum”lardan nəql etdikləri hədislərə əsasən və onların bir çox alimlərinin etirafına görə on iki imamdan birini inkar edən kafir sayılır. (Bax! Ricalul-Kəşşi səh.456) Şiələrin dahi alimi Məməqani demişdir: "Hədislərdən belə nəticə çıxır ki, on iki imamçı olmayan hər bir kəs axirətdə kafir və müşrik hökmündədir.” ("Tənqihul-məqal” 1/207). Üçüncüsü – Əftahi olan şiə raviləri: Bunlar, Musa ibn Cəfərin imamətini rədd edib Abdullah ibn Cəfər əs-Sadiqin imamətini qəbul edənlərdir. (Ricalul-Kəşşi səh.219) Bunlara əl-Fəthiyyə də deyilmişdir. Kutubul-ərba`ada Fəthi şiələrindən rəvayət olunmuş hədislərin sayı 4705-dir. Şiə alimləri Fəthi ravilərə və onların rəvayətlərinə etimad göstərmişlər. Çox qəribədir, şiələr Musa ibn Cəfərin və onun övladlarının imamətini qəbul etməyən Fəthilərə necə güvənirlər, onların rəvayətlərini necə qəbul edirlər? Bu yerdə maraqlı bir sual ortaya çıxır: Şiələrin iddia etdikləri kimi "on iki imamçılıq” əqidəsi Peyğəmbərdən və əhli-beytdən gələn bir əqidə idisə, Cəfər və digərləri özlərinin ilahi imam olduqlarını irəli sürürdülərsə, nə üçün şiələr imamların sayı və onların təyini barəsində ixtilafa düşüb, yüzə yaxın firqəyə ayrıldılar??? (Bu firqələr barəsində məlumat almaq istəyən, şiə alimi Novbəxtinin "Firəquş-şiə” kitabına müraciət edə bilər.) Səhabələr (şiələrin zənnincə) Peyğəmbərin vəfatından sonra xilafəti Əliyə vermə-dikləri və Əlini xilafətə layiq bilmədikləri üçün, şiələr onlara etimad göstərmir və onların rəvayətlərini qəbul etmirlər. Bəs nə üçün şiələr, İmam Cəfərin vəfatından sonra imaməti Musa ibn Cəfər üçün layiq bilməyən Fəthilərə etimad göstərir və onların rəvayətlərini qəbul edirlər? Məgər, Əlinin imaməti ilə Musanın imaməti arasında fərq var? Təəccüblüdür, elə deyilmi?! Dördüncüsü – Nəvusi olan şiə raviləri: Bunlar, Cəfər ibn Muhəmməd ölməyib, o sağdır və gözlənilən Mehdi odur, deyən şiələrdir. (Cəfər Sübhani "Kulliyətu fi ilmir-rical” səh.408-409, əl-Qummi "əl-Məqalət” səh.80, Novbəxti "Firəquş-şiə” səh.67) Kutubul-ərba`ada Nəvusi şiələrindən rəvayət olunmuş hədislərin sayı 663-dür. Beşincisi – Şərabxor şiə raviləri: 1. Ouf əl-Uqeyli: Kəşşi onun barəsində belə nəql edir: "Şərab içən idi, ancaq hədisləri eşitdiyi kimi nəql edirdi.” (Ricalul-Kəşşi səh.90, "Mucəmu ricəlil-hədis” 11/160) 2. Muhəmməd ibn Əbi Abbad: Xoi onun barəsində demişdir: "Hədis rəvayəti və şərab içməyi ilə məhşurlaşmışdır.” ( "Mucəmu ricəlil-hədis” 15/278) 3. Əbu Həmzə Sabit ibn Dinar: Abdulhüseyn əl-Musəvi "əl-Müraciət” kitabında onun barəsində demişdir: "Əbu Həmzə ibn Dinar, bizim gəlib-keşmiş salehlərimizin ən güvənilir və ən bilikli olanlarındandır. O elmini üç imamdan; əs-Sadiqdən, əl-Bəqirdən və Zeynulabidindən almışdır...” (əl-Müraciət səh. 309) Əli ibn Həsən ibn Fəddal onun barəsində demişdir: "Əbu Həmzə şərab içənin biri idi.” ("Tənqihul-Məqal” 1/191, Xoi "Mucəmu ricəlil-hədis”3/389) Kutubul-ərba`a da bu şərabxor ravidən 326 hədis rəvayət olunmuşdur. Şiənin bütün alimləri bu şərəbxoru etibarlı və dəyərli ravi saymışdılar. Onlar bu şərabxora güvəndikləri və onu sevdikləri halda, canlarını və mallarını İslam uğrunda fəda edən səhabələrə nifrət edir və onları söyürlər. Onu mədh edən şiə kitabları: Tusi "əl-Fihrist” səh.70, Ərdəbili "Cəmiur-ruvat”1/134, Ricalul-Kəşşi səh.176, Hurr Amili "Vəsailuş-şiə”20/149, Abbas əl-Qummi "əl-Kunə vəl-Əlqab” 1/118, Məməqani "Tənqihul-məqal”1/189, Ricəlul-Hilli səh.59 və.s. 4. Abdullah ibn Əbi Yafur: Bu şərəbxor ravi də digər həmkarları kimi şiələrin ən dəyərli ravilərindən sayılır. Şiələr İmam Cəfərin onun haqqında belə dediyini rəvayət edirlər: "Bir nəfərdən – Abdullah ibn Əbi Yafurdan başqa mənim sözümü qəbul edib mənə itaət edən olmadı...” (Ricalul-Kəşşi səh.215, Tənqihul-məqal 2/166, Cəmiur-ruvat 1/467) Ey şiələr! Harada qaldı sizin ağız dolusu iddialarınız? Haradadır Cəfərin iddia etdiyiniz yüzminlərlə sadiq tələbəsi? Haradadır sizin imama tabe olan keçmiş salehləri-niz? İmamın sözünü dinləyib, ona itaət edən bir şiəniz tapıldı, o da şərabxor çıxdı. Onun şərabxor olduğunu isbat edən şiənin rical kitabları: Ricalul-Kəşşi səh.214, Tənqihul-məqal 2/166, Mucəmu ricəlil-hədis 10/98. Kutubul-ərba`ada bu cür ravilərdən rəvayət olunmuş hədislərin sayı 398-dir. Görün, əhli-beytin hədislərini kimlər rəvayət edib! Altıncısı – Məçhul şiə raviləri: Bütün bu qəribə ravilərdən əlavə şiə kitablarında, adı zikr olunmayan və kimliyi də bilinməyən naməlum ravilərdən çox sayda hədislər rəvayət olunmuşdur. Məsələn: "Bəzi küfəlilərdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 2/352); "Bəzi iraqlılardan nəql olunduğuna görə...” (Usulu-Kəfi 2/78); "Bizim məzhəbdən olan bəzi kəslərdən...” (Usulu-Kəfi 2/13); "Filankəsdən nəql olunduğuna görə...” (Usulu-Kəfi 1/86); "Bir kişidən nəql olunduğuna görə...” və.s. Hədis elmində bu cür rəvayətlər məqbul sayılmır. Çünki bilinmir ki, o küfəli və ya o iraqlı kimdir? O filankəs və ya o bir kişi kimdir? Bəlkə o hədis uyduran olub və ya lənətlənmiş bir ravi olub və ya heç belə bir şəxs ümumiyyətlə olmayıb. Hədislərin məqbul sayılması üçün o hədisi rəvayət edən ravilərin kimliyi mütləq bilinməlidir. Buna görə İslam dinində hədislərin səhih-zəifliyini bir-birindən ayırd edən hədis elmi vardır. (Bu barədə növbəti bölümlərdə ətraflı məlumat veriləcəkdir.) Şiə məzhəbinin ən güclü hədis kitabı əl-Kəfinin demək olar ki, yarısı bu cür məçhul ravilərin hədisləri ilə doludur. 1. Sənədində "Bir kişidən rəvayət olundu ki,..” ibarəsi olan hədislər: Şiə kitab-larında bü cür sənədlə rəvayət olunmuş hədislər 1508 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 209 hədis nəql olunmuşdur. 2. Sənədində "Bunu nəql edən birindən...” ibarəsi olan hədislər: Şiə kitab-larında bü cür sənədlə rəvayət olunmuş hədislər 1446 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 255 hədis nəql olunmuşdur. 3. Sənədində "Bizə bir dəstə adam xəbər verdi ki,..” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 343 ədəddir. 4. Sənədində "Onun bəzi dostlarından nəql olundu ki,..” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 1310 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 330 hədis nəql olunmuşdur. 5. Sənədində "bir neçə nəfərdən nəql olunduğuna görə...” ibarəsi olan hədislər: Şiə kitablarında bü cür sənədlə rəvayət olunmuş hədislər 457 ədəddir. Təkcə Kitabul-kəfi də bu cür sənədlə 117 hədis nəql olunmuşdur. İnşallah şiənin hədis kitablarını açıb orada olan hədislərin sənədinə nəzər yetirən hər kəs, mənim bu yazdıqlarımın həqiqət olduğunu mütləq görəcəkdir. Şiələr, daima SƏQƏLEYN hədisini dəlil gətirərək məzhəblərinin əhli-beyt məzhəbi olduğunu irəli sürürlər. Dinlərini əhli-beyt vasitəsi ilə öyrəndiklərini iddia edirlər. Budurmu əhli-beytin məzhəbi? Siz dininizi əhli-beytdən yox, yalançı, lənətlən-miş, şərabxor və kimliyi bilinməyən naməlum insanlardan, əhli-beyt adından hədislər uyduran şəxslərdən götürmüsünüz. Nə üçün əlinizdə əhli-beytdən olan bir səhih kitabınız yoxdur? Nə üçün Cəfər və onun tələbələri bir dənə də olsa hədis və ya fiqh kitabı qələmə almayıblar? İddia etdiyiniz Mehdi uzun müddət kiçik "qeybət dövründə” olarkən, nə üçün öz şiələri üçün bir kitab yazmadı? Onunla eyni dövrdə yaşamış Kuleyni əhli-beytin adından hədisləri bir kitabın içərisinə topladığı halda, nə üçün bu işi Mehdi etmədi? Məgər, dininizi qorumaq Kuleyniyə qalıb? Sizə görə dini bütün nöqsanlardan qorumaq üçün məsum imamın varlığına ehtiyac yoxdurmu? Bəs nə üçün onlar öz sözlərinin nəqlini məsum olmayan ravilərə, yalançı və şərabxor insanlara həvalə etdilər? Nə üçün onlar dinin əhkamlarını toplamağı Kuleyni, Qummi, Tusi, Məclisi kimi xəta edə bilən və məsum olmayan bəşərə tapşırdılar? Əgər dininizin bütün əhkamlarını məsum olmayanların vasitəsi ilə öyrənəcəkdinizsə, məsumlara nə ehtiyac var idi? Nə üçün məsum olmayan Xomeynini, Sistanini təqlid edirsiniz? Məsum olmayanı təqlid edəcəkdinizsə, nə üçün məsum imama tabe olmaq vacibdir, deyirsiniz? Haradadır Fatimənin müshəfi? Haradadır Əlinin tərtib etdiyi Quran? - Mehdidə? Bəs Mehdiniz haradadır?-Qeybdə? Bəs nə vaxt gələcək?-Bilmirsiniz? Sübhənallah!!! Əlinizdə iddia etdiyiniz Fatimənin Müshəfi yoxdur. Mehdiniz də yoxdur. Cəfərin fiqhi də yoxdur. Bəs nəyiniz var???.. Yalanlarla dolu boş iddialarınızdan başqa heç nə!!! Yeddincisi – Uzunqulaq ravilər: Usulu-kəfi də olan bu hədisə diqqət yetirin! "Peyğəmbərin (saləllahu aleyhi və səlləm) uzunqulağı Ufeyr ona deyir: "Atam- anam sənə fəda olsun, ey Peyğəmbər! Atam mənə dedi, o da öz atasından rəvayət etdi, o da babasından, o da öz atasından eşitdi ki, o, Nuh peyğəmbər ilə birlikdə gəmidə idi. Nuh əlini onun belinə çəkib, dedi: Bu uzunqulağın zürriyyətindən bir uzunqulaq gələcək, sonuncu peyğəmbər onu minəcək...” ( "Usulu-Kəfi 1/237). Sənədin ərəbcəsi: ... فَقَالَ بِأَبِي أَنْتَ وَ أُمِّي إِنَّ أَبِي حَدَّثَنِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ عَنْ أَبِيهِ أَنَّهُ كَانَ مَعَ نُوحٍ ِ Kuleyni, bu hədisi yaxşı ki isnad ilə (yəni sənədlə) gətirir. Bu yaxşı bir haldır. Çünki hər bir hədisin sənədi olmalıdır. Ancaq təəssüflər olsun ki, bu hədisin sənədində olan ravilər uzunqulaqlardır. Hədis uzunqulaqlar silsiləsi ilə nəql olunmuşdur. Ancaq mən bu hədisi qəbul etməyə bir az tərəddüd edirəm. Çünki bu hədisi rəvayət edən uzunqulaq ravilər məçhul ravilərdir. Mən bilmirəm bu ravilər siqadır (etibarlıdır), yoxsa kəzzab (yalançı). Bu ravilərin tərcümeyi-halını tapmaqda da çətinlik çəkirəm. Bəlkə şiələr özlərinin rical kitablarında bu ravilərin bioqrafiyalarına rast gəliblər?
|