rtıq mən, şiə kitablarında Peyğəmbərdən (saləllahu aleyhi və səlləm), Əlidən, Fatimədən, Həsən və Hüseyndən (Allah onlardan razı olsun!) nəql olunmuş hədislərin sayını sizə təqdim etmişəm. Bu say, əhli-sünnətin onlardan rəvayət etdikləri hədislərə nisbətən çox azdır.[32] Şiələrin kitabları əsasən Cəfərdən və atası Muhəmməddən nəql olunmuş hədislərdən ibarətdir. Sonra isə say etibari ilə Zeynulabidinin və Musa ibn Cəfərin rəvayətləri gəlməkdədir. Bu dörd imamın içərisində də ən çox Cəfər əs-Sadiqin rəvayətləri üstünlük təşkil edir. Bu səbəbdən də bu gün bir çox şiə özünü "Cəfəri” adlandırır. Ancaq əsas olan, bu rəvayətlərin çoxluğu yox, bunların etibarlılığıdır. Şiə fiqhinin İmam Cəfər ilə əlaqəsi varmı? Şiəliyin İmam Cəfər ilə heç bir əlaqəsi yoxdur. Biz bunu rahat bir şəkildə söyləyə bilərik. Onların əlində nə Cəfərin özünün yazdığı, nə də tələbələrinin ondan eşidib də qələmə aldıqları bir fiqh və ya hədis kitabı yoxdur.[33] Belə olduqda, onlar özlərini necə "Cəfəri” adlandırırlar? Bu gün özlərini "Cəfəri” adlandıranlar, ya Xomeynini, ya Lənkəranini, ya Sistanini ya da digər müctəhidlərindən birini təqlid edir, öz ibadətlərini İmam Cəfərin yox, bunların risalələrinə görə icra edirlər. Hətta şiələrə görə bunları təqlid etmək, Qurana tabe olmaq kimi vacibdir. Təqlidsiz əməl də batildir. Daima əhli-sünnətə "məsum imamlara tabe olun!” – deyən şiələr, nə üçün məsum olmayan Xomeyniyə və Sistaniyə tabe olurlar? Hətta onlara görə Xomeynini təqlid edənin Sistaniyə, Sistanini təqlid edənin də Xomeyniyə tabe olması qadağandır. Görəsən bu qadağa kim tərəfindən qoyulub? Onların risalələri isə Cəfərin sözləri əsasında yox, müctəhidin öz rəyi əsasında yazılır. Əgər belə olmasaydı, şiə müctəhidləri arasında ixtilaf da olmazdı. Axı "məsum imam”ın fiqhində ixtilaf və ziddiyət ola bilməz. Feyz əl-Kaşani bundan şikayətlənərək demişdir: "Bəzən görürsən ki, Şiə alimləri bir məsələdə iyirmi, otuz və daha artıq rəy ilə ixtilafa düşürlər...” ("əl-Vafi” 1/9) Şiə məzhəbinin şeyxi sayılan Tusi demişdir: "Hətta, sən şiə alimlərinin arasında olan ixtilafa fikir versən, görərsən ki, onların arasında olan ixtilaf Əbu Hənifənin, Şəfinin və Məlikin arasında olan ixtilafdan da çoxdur.” ("əl-Uddə fi usulil-fiqh”1/138) Onlara görə sağlığında təqlid etmədiyi müctəhidi öldükdən sonra təqlid etmək haramdır. Deməli, müctəhidin ölməsiylə onun fiqhi də ölür. Əgər onların məzhəbi və fiqhi Cəfərin məzhəbi və fiqhidirsə, nə üçün öldükdən sonra ona (müctəhidə) tabe olmaq haram sayılır? Axı "məsum imamlar”ın elmi ölmür və müctəhidlərin ölməsiylə də "məsum imamın” fiqhi dəyişmir. Əgər Xomeyninin fiqhi İmam Cəfərin fiqhidirsə, nə üçün o öldükdən sonra onun fiqhinə tabe olmaq haram olsun? Məgər İmam Cəfərin fiqhinə tabe olmaq haramdır? Ümumiyyətlə, şiələrin məqsədi dini Allaha xas qılaraq, Onun üçün ixlasla əməl etmək deyil. Onların məqsədi hər bir məsələdə əhli-sünnətə müxalif olmaqdır. Onlar üçün əsas olan, Quran və Sünnətə tabeçilik yox, əhli-sünnətə müxalifətçilikdir. Onlara görə əhli-sünnətə müxalif olmaq, uğur qazanmaq sayılır. Bütün bunları, onların "məsum” imamlarından rəvayət etdikləri hədislər də isbat edir. Kuleyni İmam Cəfərdən belə rəvayət edir: "...Bir şəxs İmamdan soruşur: Biz (bir-birinə zidd olan) iki hədislə rastlaşırıq, bu hədislərdən biri əhli-sünnətin dediklərinə müvafiq, biri isə onlara muxalifdir. Bu halda, bu iki hədisdən hansını qəbul etməliyik? İmam dedi: "Əhli-sünnətə müxalif olan fikirdə uğur, qurtuluş var.” ("Usul əl-kəfi” "Hədisdə ixtilaf” bölümü 1/68) Başqa bir rəvayətdə isə belə bir sualı İmam bu cür cavablandırır: "Əhli-sünnətə müxalif olan hədisi götür!” (Seyyid Xomeyni "Risalətut-təadil vət-tərcih”) Hurr Amili "Vəsailuş-şiə” kitabında "Əhli-sünnətə, onların yoluna müvafiq olan ilə əməl etməyin qadağan olunması” adlı bir bölüm açmış və həmin bölümdə "məsum”lardan çoxlu sayda hədis nəql etmişdir. Bu hədislərin birində deyilir ki, Cəfərdən bir-birinə zidd olan iki hədis barəsində soruşurlar. O isə cavabında deyir: "O iki hədisi əhli-sünnətin hədisləri ilə tutuşdurun. Onların hədislərinə müxalif olanı qəbul edin, müvafiq olanı isə rədd edin!” Bütün bunlara görə Xomeyni belə deyir: " İxtilaflı məsələlərdə doğrunu bilməkdən ötrü, əhli-sünnətə muxalifətçilik etməkdə heç bir eyb yoxdur.” (Xomeyni "ər-Rəsail” 2/83) Şiə əqidəsinin İmam Cəfər ilə əlaqəsi varmı? Quranın təhrif edildiyinə etiqad edən, Allah Rəsulunun əshabına söyən, "imamlar qeybi bilir və onlar bir şeyə "ol!” desələr, olur”- deyən, imamları peyğəmbərlərdən üstün görən şiələrin imam Cəfər ilə və onun etiqadı ilə nə əlaqəsi ola bilər? Şiələrin əlində İmam Cəfərin etiqada dair yazdığı bir dənə də kitabı yoxdur. Halbuki, Cəfər ilə eyni dövrdə yaşamış Əbu Hənifənin etiqada dair bir neçə risaləsi bu günümüzəcən gəlib çatmışdır. Şiələrin ən önəmli və ən etibarlı əqidə kitabı Şeyx Saduqun yazdığı və "Etiqadus-saduq” adı ilə tanınan kitabdır. Bu kitabda yazılanlar şiələr tərəfindən "məsum imam”ların etiqadı kimi qəbul olunur. Amma bu kitabın üzərindən uzun bir müddət keçməmiş onun tələbəsi Mufid[34] şeyxinin bu kitabına rəddiyyə olaraq "Təshihul-etiqad” kitabını yazdı. Şiələrin etiqaddakı ixtilafları bununlada bitmədi. Daha sonra Şərif Mürtəza gəldi, qollarını çırmaladı və şeyxi Mufidə etiqadda 95 məsələdə müxalif oldu. Bu yerdə insanın ağlına bir neçə sual gəlir. Görəsən bunlardan hansının yolu imam Cəfərin etiqadı üzərindədir? Saduqun yazdıqları Cəfərin etiqadıdır, yoxsa Mufidin yazdıqları? Budurmu sizin günəşdən də parlaq, gündüzdən də aydın və sudan duru olan "İmamiyyə” əqidəniz?! Ümumiyyətlə siravi şiələrin belə ixtilaf-lardan (sahili görünməyən ixtilaf dənizindən) xəbərləri yoxdur. Çünki onların əksəriyəti məzhəblərinin təməlini təşkil edən kitablarından bixəbərdilər. Əxbarilər və Üsulçular: Şiə alimləri ictihad (yəni alimin fətva verib hökm çıxarması) və müctəhidə (yəni ictihad edən alimə) tabe olmaq məsələsində ixtilaf edib "əxbarilər” və "üsulçular” adı altında iki hissəyə bölündülər. Əxbarilər, məsum olmayan şəxsin ictihad etməsini haram sayırlar. Çünki məsumdan başqası xəta edə bilər. Xəta edənə də mütləq bir şəkildə tabe olmaq isə haramdır. Üsulçular isə məsum olmayanın ictihad edib, hökm verməsini qəbul edirlər. Bu gün şiələrin bütün müctəhidləri üsulçudur. Üsulçulara görə məsum imamın bütün səlahiyətləri müctəhidin əlindədir. Yəni, müctəhidə tabe olan məsum imama tabe olmuş, onu rədd edən isə məsum imamı rədd etmiş sayılır. Bu yerdə belə bir sual ortaya çıxır: Nə üçün üsulçular, müctəhidi məsum imamın yerinə qoyurlar? Bu sualın cavabı belədir: Çünki şiələrə görə hər bir şəxs Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) sonra imamlara tabe olmalıdır. Məsum imam da Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) sonra müsəlmanların bütün işlərini səhmana salmalıdır. Bəs indiki zamanda şiələrin tabe olacaqları və müsəlmanların işlərini səhmana salacaq imamları kimdir? Cavab: "Mehdi”. Axı şiələrin qeybdə olduğunu iddia etdikləri Mehdinin müsəlmanlara heç bir faydası yoxdur. Bu gün hansı bir şiə Mehdiyə tabedir. Hansı bir şiə ondan əmr alıb onu icra edir və onun qadağan etdiyindən çəkinir? Özündən heç bir əmr və qadağa gəlməyən, özünə tabe olunmayan "Mehdi”dən müsəlmanlara nə fayda?! İmamların varlığından məqsəd, İslamı qorumaq və müsəlmanları islah etməkdirsə və Mehdi bu işləri görmürsə, o zaman onun varlığından və imamətindən nə fayda?! Bütün bu sualları cavablandırmaqdan və bu çətin vəziyyətdən çıxmaqdan ötrü şiələrdən bir qismi özlərini "üsulçu” adlandıraraq dedi: "Müctəhidlər Mehdi zühur edənəcən "Naibul-imam”dırlar (yəni imamın əvəzedicisi). Onlar dinin hakimləridir. İmamın insanlar arasında hakimlik etmək səlahiyətləri müctəhidlərin əlin-dədir. Müctəhidlərin fikrini rədd edən, Allahın əmrini rədd etmiş və beləcə Allaha qarşı küfr etmiş sayılır.” (Muhəmməd Rza əl-Müzəffərin "Əqaidul-iməmiyyə” və Nəcəfdə elmi hövzənin mədrəsələrində tədris olunan "Əqidətuna fil-müctəhid” kitabına (səh.34) müraciət edə bilərsiniz. Bu kitab Qum şəhərində 2002-ci ildə nəşr olunmuşdur). "Kitabul-Kəfi” – bu kitab şiə məzhəbinin ən səhih və Qurandan sonra ən dəyərli kitabıdır. Bu kitab barədə Nuri ət-Təbərsi demişdir: "əl-Kəfi kitabı dörd kitab arasında, günəşin ulduzlar arasında olduğu kimidir...” ("Müstədrəkul-vəsail”3/532) Şeyx Mufid deyir: "əl-Kəfi, şiə kitablarının ən dəyərlisidir...” (Müqəddimətül-kəfi səh.26) Feyz əl-Kaşani deyir: "əl-Kəfi, şiə kitablarının ən şərəflisi və ən səhihidir...” (Müqəddimətül-kəfi səh.27) Şiə alimlərinin etirafına görə, bu kitabda olan 16 min hədisdən yalnız 5072-si səhihdir. Bu isə kitabın yalnız 3/1-dir.[35] (Bax! "Luluətul-bəhreyn” səh.394, "Kulliyyətu fi ilmir-rical” səh.357) Bu, şiələrin ən dəyərli kitabının halıdır. Digər kitablar barədə artıq siz düşünün!!! Şiələrin Əhli-beytə nisbət etdikləri yalanlar: Şiələr tarix boyunca "əhli-beytə tabeçilik” adı altında onlara yalanlar nisbət etmiş və onların adından hədislər uydurmuşdular. Bunu onların kitabları da isbat edir. Yunus adlı bir şiə ravisi demişdir: "İraqa gəlib orada Əbu Cəfərin (İmam əl-Bəqirin) əshabından bir dəstə ilə, Əbu Abdullahın (İmam Cəfərin) əshabından bir çox şəxs ilə görüşdüm. Onlardan hədis dinlədim və onların (hədis) kitablarını götürdüm. Sonralar bu kitabları İmam Əli ər-Rzaya göstərdim, o isə bu kitablarda olan hədislərin əksəriyyətinin Əbu Abdullahın hədisləri olduğunu inkar etdi...” (Əbu Cəfər Muhəmməd ibn Həsən ət-Tusi "İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 3/298. Tehran çapı). Çox qəribədir, İmam Cəfər Mədinədə doğulduğu, orada yaşadığı və elə orada da vəfat etdiyi halda, ondan hədis rəvayət edənlərin içərisində Mədinə əhlinə çox az rast gəlinir. Ondan və atasından rəvayət edənlərin əksəriyyəti Küfə əhlidir. Küfə də şiəliyin və hədis uydurmaq sənətinin ilk beşiyi sayılır. Elə təkcə bu fakt, arif olan insana bir çox həqiqətləri bəyan etmək üçün kifayət edər. Əl-Feyz ibn Muxtar da bundan şikayətlənərək İmam Cəfərə deyir: "Sizin şiələriniz arasında olan bu ixtilaf da nədir? Mən Küfədə şiələrin məclislərində otururam və az qalsın onların hədislərinə şübhə edirəm.” İmam isə ona belə deyir: "Ey Feyz! Həqiqətən də insanlar bizim adımızdan yalan danışmağa çox həvəslidirlər.” ("Ricalul-Kəşşi” səh.347, "Biharul-ənvər” 2/246) Yenə də Küfənin hədis uyduran sənətkarları!!! İmam Cəfər demişdir: "Allah Muğirə ibn Səidə lənət etsin! O, atamın adından hədis uydururdu..” ("İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi”3/297) Şiə kitablarında rəvayət olunduğu kimi Muğirə ibn Səid özü də bunu etiraf etmişdir. O, belə deyir: " Mən (əhli-beytin adından) çox sayda, təqribən 100 min hədis uydurdum.” (Məməqani "Tənqihul məqal fi ilmir-rical” 1/174-175 Nəcəf çapı) İmam Cəfər demişdir: "Biz, əhli-beyt doğru danışanlarıq. Ancaq biz, bizim adımızdan yalan danışan yalançılardan azad da deyilik. Onların bizim üzərimizə yaxdıqları yalanlardan ötrü insanların nəzərində bizə etibar da azalıb...”[36] ("Ricalul-kəşşi” səh.108) Hətta İmam Cəfər demişdir: "İnsanlar bizdən bir söz eşidirlər, sonra da o sözün üstünə onunu qoyurlar.” ("Kitəbul-kəfi” 8/192). Onların İmam Cəfərin başına gətirdikləri müsibətlərinə bir baxın: "Cahil camaat imamın ətrafına yığışar, onun yanına girər və ordan çıxarkən belə deyərdilər: "Bizə Cəfər ibn Muhəmməd hədis rəvayət etdi”. Beləcə onun adından hamısı yalan və uydurma olan hədislər rəvayət edərlər. Üstəlik də bu yalan rəvayətlər ilə insanlardan qazanc qazanar və onlardan bu rəvayətlərin müqabilində dirhəmlər alarlar.” ("İxtiyaru mərifətur-ricəlil-məruf bi ricəlil-kəşşi” 4/391, "Biharul-ənvər” 25/302 və ya 20/302) Əhli-beyt imamlarının şiələr barədə dedikləri: Şiəliyin ilk beşiyi Küfə sayılır. Təbii ki, o zaman şiə deyərkən indiki kimi xüsusi bir şəkildə formalaşmış Şiə məzhəbi nəzərdə tutulmurdu. Şiə deyərkən yalnız və yalnız əhli-beytin tərəftarları nəzərdə tutulurdu. Çünki "şiə” sözü tərəftar deməkdir. Yəni, o zamanlar "şiə” sözü şəri mənada deyil, lüğəvi mənada işlənirdi. Küfə əhli Əlinin şiəsi olduğu kimi, Şam əhli də Muaviyənin şiəsi idi. O zamanlar da yaranmış bu fikir, yüzillərlə formalaşaraq xüsusi bir məzhəb halına gəldi. Ancaq o zamanlar əhli-beyt imamları nə bilərdi ki, bu "şiəlik-tərəftarlıq” fikri ətrafında və bu ad altında, nadan insanlar onların adından istifadə edərək, Peyğəmbərin yolundan təmamən uzaq, batil bir məzhəb quracaqlaq. Əli (radiyallahu anh) öz şiələri barədə demişdir: "Ey kişiyə oxşayıb kişi olmayanlar! Uşaq düşüncəli və qadın ağıllılar! Nə yaxşı olardı, mən sizi heç görməyəydim və tanımayaydım. Allaha and olsun ki, peşmançılıqdan, kədərdən yaxa qurtara bilmirəm. Allah sizi öldürsün! Qəlbimi irinlə doldurmusunuz, köksümü qeyzlə yükləmisiniz. Mənə sinə dolusu töhməti qurtum-qurtum uddurmusunuz. Mənim rəyimə mənə qarşı üsyan etməklə və məni arada qoyub qaçmaqla zay etmisiniz...” ("Nəhcul-Bəlağə” səh.70-71 Beyrut çapı) Əli (radiyallahu anh) demişdir: "Sizin nə elə etibarınız var ki, adam sizə etibar etsin, nə də hörmətə layiqsiniz ki, qeyrətiniz çəkilsin. Siz nə yaman ara qızışdıransınız! Aman sizin əlinizdən! Sizə aşkar bir söz deyəndə də, sirr açanda da sizdən əziyyət gördüm. Siz nə adamın səsinə səs verən səmimi dost deyilsiniz, nə də sirr açanda etibarlı qardaş” ("Nəhcul-Bəlağə” səh.183) Həsən ibn Əli öz şiələri barədə demişdir: "Allah and olsun, mən bu fikirdəyəm ki, Muaviyə mənim üçün bunlardan daha yaxşıdır. Bunlar deyirlər ki, mənim şiələrimdirlər, özləridə mənim qətlimi istəyirlər ki, malıma sahib dursunlar. Allaha and olsun ki, yaxşı olar ki, mən Muaviyə ilə əhdi-peyman bağlayım, özümü ölümdən qurtarım, ailəmin təhlükəsizliyini təmin edim, nəinki onlar (şiələr) məni öldürsünlər, nəslim və ailəm yox olsun.” (Təbərsi "əl-İhticac” səh.148) Musa ibn Cəfər öz şiələri barədə demişdir: "Mən öz şiələrimi başqaları ilə müqayisə edəndə onları ancaq boşboğaz gördüm, onları imtahan etdim, amma mürtəd gördüm.” (Kuleyni "Kitabur-ravda” səh.107 Hindistan çapı və ya 8/228)
|