Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 25 » Şəhadət kəliməsinin şərtləri
    Şəhadət kəliməsinin şərtləri
    14:47

    Əlhəmdulilləh həmdən kəsiran, tayyibən mubərakən fih, vassalətu vassələmu alə Rasulihil-Kərim, lə nəbiyyə badəhu, vassələmu alə əlihi va əshəbihi əcməin.

    Alimlərdən bir qrup isə deyir ki, bu hədislərlə qəsd olunan budur ki, "lə iləhə illə Allah” Cənnətə girməyin və atəşdən qurtulmağın səbəbidir və bunu tələb edir. Lakin şərtlər yerinə yetmədən və maneələr aradan qalxmadan tələblər keçərli sayılmaz. Şərtlərdən birinin yerində olmamasına görə və ya hər hansı bir maneənin mövcud olmasına görə tələb öz vəzifəsini itirmiş olur və bu, Əbu Said əl-Həsən bin Yəsar əl-Basrinin və Vəhb bin Munəbbih əl-Əbnəvi əs-San’anin görüşüdür. Doğru olan da bu görüşdür.

    Şeyx Abdur-Rahmən əl-Bərrak bu sözlərin şərhində deyir: "Müəllif deyir ki, bu görüş səhihdir və bu görüşü əl-Həsən əl-Basri və Vəhb bin əl-Munəbbih’ə nisbət etmişdir. Həqiqətdə bu görüşü onlara nisbət etmək bu görüşün yalnız bu iki alimə məxsus olması anlamına gəlməz, lakin onlardan bu barədə əsərlərin gəldiyini göstərir.”

    əl-Fərazdəq həyat yoldaşını dəfn edərkən əl-Həsən ona dedi: "Bu günə nə hazırlamısan?” Dedi: "Yetmiş ildən bəri "lə iləhə illə Allah” şəhadətini.” əl-Həsən dedi: "Bəli, "lə iləhə illə Allah” şəhadətinin şərtləri vardır. İffətli qadınlara ləkə yaxmaqdan əl çək!”
    (əl-Fərazdəq’in adı Humməm bin Ğalib bin Sasaə bin Naciyə ət-Təmimi əl-Basri’dir. Əsrinin şairidir. Hicri 110-cu ildə vəfat etmişdir. (bax: "Siyər Əaləm ən-Nubələ”, 4/590).

    əl-Fərazdəq həyasız bir şair olmuşdur. İnsanları ələ salar və şerlərində qadınlara söz atar, onlara sataşarmış. Buna görə də müasirlərindən bəziləri ona "İffətli qadınlara ləkə atdığına görə Allahdan qorxmursan?” deyərək onu danlayardılar. (bax: İbn Kəsir, "əl-Bidayə van-Nihayə”, 9/299).)

    əl-Hafiz Əhməd əl-Həkəmi – rahiməhullah – "Bəli, "lə iləhə illə Allah” şəhadətinin şərtləri vardır” – kəlməsinə gözəl şəkildə bir neçə beytdə nəzmə almışdır və orada tövhid kəliməsinin şərtlərini qeyd etmişdir. Bu şərtlərin haqqını verməyən kəsə tövhid kəliməsi fayda verməz. Həqiqətdə bütün bu şərtlər Allahın Elçisindən – salləllahu aleyhi va səlləm – varid olmuş hədislərdə mövcuddur. O, - rahiməhullah – deyir:

    وبشروط سبعة قد قيّدتْ وفي نصوص الوحي حقاً وردتْ
    فإنه لم ينتفع قائلها بالنطق إلا حيث يستكملها
    العلم واليقين والقبول والانقياد فادْر ما أقول
    والصدق والإخلاص والمحبة وفّقك الله لما أحبه


    Şəhadət kəliməsi yeddi şərtlə şərtlənib,
    Bu şərtlər vəhy dəlillərində haqq ilə varid olub.
    Şərtləri ödəmədən sadəcə dildə söyləməklə,
    Bu söz fayda verməz deyən kəsə qətiyyətlə!
    (Şərtlər budur) Mənasını bilmək, yəqin olmaq və qəbul etmək,
    itaət etmək də şərtdir, yaxşı anla!
    Sidq, ixlas və sevgi də şərtlərdəndir!
    Allah səni xoş gördüyünə müvəffəq etsin!

    Bu, peyğəmbərin – salləllahu aleyhi va səlləm – hədislərindən götürülmüşdür və bu hədislərdən bəzisində gəlir: "Kim ixlasla "lə iləhə illə Allah” deyərsə...”, digər hədisdə: "yəqinliklə...”, bəzi rəvayətlərdə "qəlbində və dilində təsdiq edərək...”, bəzi hədislərdə isə "səmimi qəlblə deyərsə...”, digər rəvayətlərdə isə "dili bu sözlə boyun əymiş olaraq, qəlbi bu sözlə razı olmuş olaraq...” şəklində gəlmişdir. Müəllif – rahiməhullah – bu hədisləri zikr etmişdir və qarşıda gələcəkdir.
    Biz adı keçmiş bu yeddi şərtə səkkizinci şərti də əlavə edə bilərik. Bu, Allahdan başqa ibadət olunan şeylərə küfr etməkdir və bu, İmam Muslim’in "iman” fəslində (rəq: 37) rəvayət etdiyi peyğəmbərin – salləllahu aleyhi va səlləm –hədisində varid olmuşdur. Hədisdə gəlir: "Kim "lə iləhə illə Allah” deyərsə və Allahdan başqa ibadət olunan şeylərə küfr edərsə, malı və qanı haram olar və hesabı Allaha aiddir.”

    Şeyxul-İslam Muhamməd bin Abdulvahhab – rahiməhullah – deyir: "Bu, "lə iləhə illə Allah” kəliməsinin mənasını izah edən dəlillər içində ən əzəmətlisidir, çünki bu, sadəcə şəhadət kəliməsini söyləməyi, qanı və malı qoruyan amillərə aid etməmişdir. Hətta tələffüz etməklə birlikdə mənasını bilsə, hətta bunu təsdiq etsə, üstəlik şəriksiz Allahdan başqa heç kəsə dua etməsə belə, yenə qanı və malı qorunmuş sayılmır, gərək mütləq Allahdan başqa ibadət olunan şeylərə küfr etməyi də bu şərtlərə əlavə etmək lazımdır. Çünki şəkk və tərəddüd onun malını və qanını haram etmir. Bundan da üstün məsələ varmı?! Bundan da aydın bir izah varmı?! Qarşı çıxan tərəf üçün bundan da qəti bir dəlil varmı?!” ("Təysir əl-Aziz əl-Həmid”, səh: 147)

    Yenə ondan rəvayət olunur ki, o, əl-Fərazdəq’ə belə demişdir: "Bu, (çadırın) dirəyidir, bəs (çadırı bərkidən) iplər hardadır?”
    əl-Həsən’dən soruşurlar: "İnsanlar soruşurlar ki, "lə iləhə illə Allah” deyən kəs Cənnətə daxil olacaqmı?” Cavabında buyurmuşdur: "Kim "lə iləhə illə Allah” deyərsə, haqqını və fərzlərini ödəyərsə Cənnətə daxil olacaqdır.”
    "Məgər "lə iləhə illə Allah” Cənnətin açarı deyilmi?” deyərək soruşan bir kəsə Vəhb bin Munəbbəh belə cavab vermişdir: "Bəli! Lakin bütün açarların dişləri vardır və əgər dişləri olan açarla gəlsən, (Cənnətin qapıları) sənin üçün açılacaq, əks təqdirdə açılmayacaq.”( əl-Buxari (3/109) bunu mualləq olaraq rəvayət etmişdir, lakin "ət-Tarix əl-Kəbir”də (1/95) tam sənədlə rəvayət edir. Bunu eləcədə Əbu Nueym "əl-Hilyə” əsərində (1/66) rəvayət etmişdir.)

    "Lə iləhə illə Allah” Cənnətin açarıdır” hədisini İmam Əhməd munqati (qopuq, qırıq) isnadla rəvayət etmişdir. Əhməd "əl-Müsnəd” (5/242) və hədisin sənədi müəllifin – rahiməhullah - dediyi kimidir. əl-Heysəmi "Məcmə əz-Zəvaid”də (1/21) deyir: "Bunu Əhməd və Bəzzar rəvayət etmişdir və bunda (yəni sənədində) Şəhr və Muaz arasında inqita (qopuq) vardır. Üstəlik İsmayıl bin Əyyaş’ın Hicaz əhlindən rəvayətləri zəifdir və bu, həmin rəvayətlərdən biridir.”

    Muaz’dan rəvayət olunur: "Allahın Elçisi – salləllahu aleyhi va səlləm – mənə dedi: "Yəmənin əhalisi səndən Cənnətin açarı barədə soruşsa de: "Allahdan başqa ibadətə layiq məbud olmadığına şahidlik etmək.”

    Bu görüşün səhihliyini göstərən dəlillərdən biri də budur ki, peyğəmbər – salləllahu aleyhi va səlləm – bir çox hədislərdə Cənnətə daxil olmağı saleh əməllərdən sonra qeyd etmişdir. "əs-Səhiheyn”də Əbu Əyyub’dan rəvayət olunduğu kimi bir nəfər deyir: "Ey Allahın Elçisi! Məni Cənnətə daxil edəcək bir əməl haqqında mənə məlumat ver!” Dedi: "Allaha ibadət et və Ona heç bir şərik qoşma! Namaz qıl, zəkatı ödə və qohumluq əlaqələrini gözlə!” (əl-Buxari, 2/108-109)

    "Səhih Muslim”də isə Əbu Hureyrə’dən rəvayət olunan hədisdə bir nəfər soruşur: "Ey Allahın Elçisi! Onu etməklə Cənnətə daxil olacağım bir əmələ yönəlt məni!” Dedi: "Allaha ibadət et və Ona heç bir şeyi şərik qoşma! Vacib buyurulmuş namazları qıl, fərz olan zəkatı ver və Ramazan ayını oruc tut!” Həmin şəxs dedi: "Nəfsimi əlində tutana and içirəm ki, buna heç bir şey əlavə etməyəcəm və bundan heç bir şey əksiltməyəcəm.” Peyğəmbər – salləllahu aleyhi va səlləm – dedi: "Kim Cənnət əhlindən birini görmək istərsə, bu kimsəyə baxsın!”( əl-Buxari, 2/109; Muslim (rəq: 15)

    "əl-Müsnəd” əsərində isə Buşeyr bin əl-Xasasiyyə’dən belə dediyi rəvayət olunur: Peyğəmbərə - salləllahu aleyhi va səlləm – beyət etmək üçün onun yanına gəldim. Mənə "lə iləhə illə Allah və Muhammədur-Rasulullah” şəhadətini, namaz qılmağı, zəkat verməyi, İslam həcci ilə həcc etməyi, Ramazanda oruc tutmağı və Allah uğrunda cihad etməyi şərt qoşdu. Dedim: "Ey Allahın Elçisi! Bu ikisinə gücüm çatmaz; cihad və sədəqə.” Allahın Elçisi – salləllahu aleyhi va səlləm – onun əlindən tutdu, sonra silkələdi və dedi: "Nə cihad, nə də sədəqə!!! O zaman nə ilə Cənnətə girəcəksən?” Dedim: "Ey Allahın Elçisi! Sənə beyət edirəm.” Bunların hamısında ona beyət etdim.” (Əhməd, "əl-Müsnəd”, 5/224. əl-Heysəmi "Məcmə əz-Zəvaid”də (1/47) deyir: "Bunu Əhməd və ət-Tabərani "əl-Kəbir” və "əl-Əvsat”da rəvayət etmişdir. Hədisin ləfzi ət-Tabərani’yə aiddir. Əhmədin rəvayətindəki ravilər siqadır.”

    əl-Hakim hədisi səhih saymış və əz-Zəhəbi onunla razılaşmışdır; (2/80) deyir: "Bu, isnadı səhih bir hədisdir və onlar (Buxari və Muslim) bunu rəvayət etməyiblər.Bişr bin əl-Xasasiyyə ənsar arasından səhabəlikdə qeyd olunanlardan biridir: radiyallahu anhu.

    İbn Rəcəb əl-Hənbəli
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 3544 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru