Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19629 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16748 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13827 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9576 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9099 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Noyabr » 1 » QURBAN KƏSMƏK İBADƏTDİR
    QURBAN KƏSMƏK İBADƏTDİR
    23:13
    QURBAN KƏSMƏK İBADƏTDİR: 
    Dəlil: "Rəbbin üçün namaz qıl və qurban kəs” (Kövsər /2) 
    Bu ibadətin qəbul olması üçün 2-şərtə əməl etməkvacibdir; 
    1) İxlas; yəni kəsilən qurban yalniz Allah üçün kəsilməlidir. 
    Dəlil: "De; Şüpəsiz ki,mənim namazım da qurbanımda,həyatımda,ölümüm də aləmlərin rəbbi Allaha üçündür”.(Əl-Ənam/162) 
    2) Sünnəyə uyğun olmalıdır; yəni kəsilən qurban peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) sünnəsində bəyan edilmiş şərtlərə uyğun olmalıdır. 
    Dəlil: "Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.”.(Əl-Həşr/7) 

    QURBANLIQ: Qurban bayramı munasibəti ilə təşriq günlərində, yəni Zilhiccə ayının 10-11-12-13-ü ibadət məqsədi ilə kəsilən heyvana deyilir. 

     HÖKMÜ: Qurban kəsmək imkanı olan hər bir müsəlmana vacibdir. Peygəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu barədə belə buyurmuşdur: "Kim imkanı olduğu halda qurban kəsməzsə, bizimlə namaz qılmağa gəlməsin” ( Sünən,İbn Macə) 

    QURBANIN KƏSİLMƏ VAXTI: Ay təqvimi ilə Zilhiccə ayının 10-u bayram namazından sonra başlayır. Zilhiccə ayınin 11-12-13 gününün günbatan vaxtına qədər davam edir. Qurbanlıq heyvan bayram namazından öncə kəsilməməlidir, kim qurbanlığı bayram namazından əvvəl kəsərsə yalnış etmiş olar və mütləq bayram namazından sonra başqa qurban kəsməlidir. 
    Dəlil: Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu barədə belə buyurmuşdur: "Kim qurbanını bayram namazından əvvəl kəsibsə, kəsdiyi heyvan qurban kimi qəbul olunmur, onun yerinə yenidən birini kəssin, kim kəsməyibsə indi kəssin.(Səhih,Əl-Buxari) 

    QURBANLIQ HEYVANLARIN CİNSLƏRİ VƏ YAŞLARI: 
    1.Dəvə: 5-yaş 
    2.İnək, Öküz: 2-yaş 
    3.Camış 2-yaş 
    4.Qoyun, Qoç 6-ay 
    5.Keçi 1-yaş 
         Qeyd: Qurbanlıq heyvan şəriətin icazə verdiyi heyvanlardan olmalıdır (Dəvə, öküz, inək, camış, qoyun və keçi). bu heyvanlardan qeyri-cins heyvanları (toyuq, xoruz, qaz, ördək, hind toyuğu, at, zebra və.s kimi) qurban kəsmək olmaz. 
    - 1 nəfər, qoyun və ya keçini öz adından və yaxud ailəsinin adından qurban kəsə bilər, ancaq bu cinsdən olan (Qoyun, keçi) heyvanları bir neçə nəfər şərikli kəsə bilməz. 
    - 2 nəfərdən 7 və ya 10 nəfərə qədər şəxs şərikli dəvə qurban kəsə bilər və bu halda şəriklərin hər biri qurban kəsmiş sayılır. 
    - 2 nəfərdən 7 nəfərə qədər şəxs şərikli bir öküz qurban kəsə bilər. Bu halda şəriklərin hər biri qurban kəsmiş sayılır. 
    Dəlil:Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Biz Hudeybiyyədə Peyğəmbərlə(Allahın ona salavatı və salamı olsun) birlikdə, dəvənidə, öküzüdə yeddi nəfərin adından şərikli olaraq qurban kəsdik. (Musnəd, İmam Əhməd) 
     Başqa bir hədisdə Abdulla ibn Abbas (Allah ondan razı olsun) buyurub: "Bir dəfə Peyğəmbərlə (Allahın ona salavatı və salamı olsun) birlikdə səfərdəydik, Qurban bayramının vaxtı gəldi, biz dəvə kəsmək üçün on nəfər, inək kəsmək üçün isə yeddi nəfər şərik olduq” (Sünən,Tirmizi) 
      
    QURBANLIQ HEYVAN BU EYİBLƏRDƏN UZAQ OLMALIDIR: 
    1.Kor və tək gözlü olmamalıdır. 
    2.Topal və axsaq olmamalıdır. 
    3.Xəstə, zəif və arıq olmamalıdır. 
    4.Qulağı kəsik, buynuzu və dişləri qırıq olmamalıdır. 
    Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu barədə belə buyurmuşdur: "Dörd cür heyvan qurbanlığa yaramaz, bir gözü kor, xəstəliyi aydın bilinən, axsaqlığı aşkar görünən, zəif və arıq olan.” (Müsnəd İmam Əhməd) 

    QURBANLIQ HEYVANDA BƏYƏNİLƏR ƏLAMƏTLƏR: 
    1.Qurbanlıq heyvan qoç və buynuzlu olsun. 
    2.Ağ rəngdə gözəl üzlü olsun. 
    3.Kök və bol ətli olsun. 
    QURBANLIQ HEYVANI KƏSƏRKƏN YERİNƏ YETİRİLMƏSİ VACİB OLAN ŞƏRTLƏR. 
    1.Qurban kəsən şəxs Müsəlman (Tövhid əhli) olmalıdır. 
    Qeyd: Kitab əhli sayılan Xristian və Yəhudilərin kəsdikləri istisna olmaqla, Qeyri müsəlmanların kəsdiyi ət mütləq haramdır və Allahın adının çəkilib-çəkilməməyindən asılı olmayaraq bu haramlıq dəyişməz. Kitab əhlinin isə qurban münasibətiylə kəsdikləri haram, digər vaxtlarda kəsdikləri isə halaldır. 
    Dəlil: "Bu gün pak nemətlər sizə halal edilmişdir, kitab-əhlinin (Yəhudi və Xristianların) yeməkləri (kəsdikləri) sizə, sizin yeməkləriniz (kəsdikləriniz) isə onlara halaldır.”(Əl-Maidə/5) 
    2. Qurban kəsmək üçün niyyət edilməlidir. 
    3. Qurban ağlı başında olub, dəli və sərxoş olmayan şəxs tərəfindən kəsilməlidir. 
    4.Qurban yalnız Allah üçün kəsilməlidir. 
    Dəlil: "Şübhəsiz ki mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi olan Allah üçündür.” (Əl-Ənam/162) 
    5. Qurban kəsici və iti alətlə kəsilməlidir 
    6. Qurban kəsərkən Allahın adı çəkilməli yəni Bismilləh Allahu Əkbər deyilməlidir. 
    Dəlil: "Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun adı çəkilmiş (bismilləh deyilərək kəsilmiş) heyvanları yeyin!” (Əl-Ənam/118) 
    Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu barədə belə buyurmuşdur: "Qanı axıdılmış və Allahın adı zikr edilərək kəsilmiş heyvanların ətindən yeyin” (Səhih, Əl-Buxari) 
    7.Qurban şəriətin buyurduğu yerdən, boğazdan nəfəs borusu, yemək borusu, sağ və sol tərəfdəki damarlar kəsilməklə tamamlanmalıdır. 
    8.Qurban, Allahdan qeyrisinin adı ilə kəsilməməlidir, yəni kəsilən qurban pir, ocaq və ziyarətgah deyilən yerlərin və yaxud orada dəfn edilmiş səxslərin adı ilə kəsilməməlidir, bu niyyətlə kəsilən heyvan leş və murdar hökmündədir. 
    Dəlil: "Rəbbin üçün namaz qıl və qurban kəs” (Kövsər/2) 
    Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu barədə belə buyurmuşdur: "Allahdan başqası üçün qurban kəsən şəxsə Allah lənət etsin” (Səhih, Əl-Muslim) 
    9. Qurban şəriətin icazəverdiyi yerlərdə kəsilməlidir. Şəriət tərəfindən qadağan edilmiş, Allahdan qeyrisinə ibadət edilən, pir, turbə,ocaq və ziyarətgah deyilən məkanlarda qurban kəsmək haramdır. Bu cür yerlərdə kəsilən heyvanlar hansı niyyətlə kəsilməyindən asılı olmayaraq, hətta "Bismilləh” deyilərək kəsilsə belə leş və murdar hökmündədir. 
    Dəlil: "Dikinə qoyulmuş daşlar (bütlər, ağac, daş, dağ, qəbirlər və ümumiyyətlə Allahdan qeyrisinə ibadət edilən yerlər) üzərində kəsilmiş heyvanlar sizə haram edildi” (Əl-Maidə/3) 
    Sabit bin Dahhaq (Allah ondan razı olsun) rəvayət edir ki, "Bir nəfər "Buvanə”adlanan yerdə dəvə qurban kəsməyi nəzir etmişdi və Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) bu haqda fikirini soruşdu, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) orada cahilliyə dövründə insanların ibadət etdiyi but olubmu? O isə "xeyr olmayıb” deyə cavab verdi. Peyğəmbər(Allahın ona salavatı və salamı olsun) yenə soruşdu: Orada müşriklərin (Allaha şərik qoşaraq ibadət edənlərin) bayram keçirdikləri yer olubmu? O,şəxs "xeyir” deyə cavab verdikdən sonra Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) belə buyurdu əhdinə əməl et, get qurbanını kəs.” (Sünən,Əbu Davud) 

    Qeyd: Əziz müsəlmanlar! Bu arada çox önəmli bir məsələni qeyd etmək lazımdır. Bu gün insanlar arasında geniş yayılmış adətlərdən biri də qurbanı pirlərdə,türbələrdə,yaxud hansısa seyyid, müqəddəs sayılan insanın qəbri üstündə kəsməkdir. Onlar bununla qurbanın Allah qatında daha yüksək səviyyədə qəbul ediləcəyini düşünürlər. İnsanlar bu əməllə Allaha daha yaxın olacaqlarını düşündükləri halda, əksinə Allahdan daha çox uzaqlaşırlar. Çünki onların bu əməli nəinki Allah tərəfindən əmr edilib, əksinə Allah öz kitabında və Peyğəmbərin sünnəsində bunu qəti şəkildə qadağan edib. Əgər bu əməlin zərrə qədər savabı olsa idi, ilk öncə onu Peyğəmbər etmiş olmazdımı? Bu əməlin savab olduğunu iddia edənlər, Peyğəmbərin kiminsə qəbri üzərində qurban kəsdiyini sübüt edə bilərlərmi? Əgər iddia olunursa ki Peyğəmbər özü Allaha yaxın idi və qurbanın qə 
     bulu üçün vasitəyə ehtiyacı yox idi və yaxud Peyğəmbər ən üstün insan olduğundan başqası vasitəsilə Allaha yaxınlaşmaq ona yaraşmazdı, o zaman Peyğəmbərin ölümündən sonra hansı səhabə qurbanı onun qəbri üzərində kəsirdi? Təbii ki heç biri. Çünki onlar bu əməlin İslama zidd olduğunu və heç vaxt Peyğəmbər tərəfindən edilmədiyini və tam əksinə qadağan edildiyinin şahidi olmuşdular. 

    QURBAN KƏSƏRKƏN BƏYƏNİLƏN ƏMƏLLƏR: 

    1.Heyvanı sol boynu üstə uzadıb, boğazını qiblə isdiqamətinə tutaraq kəsmək. 
    Dəlil:Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) qurbanını kəsərkən heyvanı qiblə istiqamətinə yönəldib "Mən, həqiqətən, batildən haqqa tapınaraq (dönərək) üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (Əl-Ənam/79) ayəsini oxudu (Sünən, İbn Macə, Sünən Əbu Davud) 
    2.Bıçağı kəsilən heyvana göstərməmək və onun gözü qarşısında itiləməmək. 
    Dəlil: Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) bizə bıçaqları heyvanların gözü önündə itiləməyi qadağan etdi (Sünən, İbn Macə) 
    3. Bir heyvanın gözü qabağında başqa bir heyvanı kəsməmək. 
    4. Heyvanı kəsdikdən sonra, canı çıxmamiş hər hansı bir əzasını sındırmamaq və bu kimi əməllərlə heyvana əziyyət verməmək . 
    Dəlil: Şəddad ibn Ovs (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbə r(Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur: "Allah hər şeyə yaxşılıq etməyi vacib etmişdir. Ona görə öldürdüyünüz zaman yaxşı oldürün heyvan kəsdiyiniz zaman yaxşı kəsin, bıçağı yaxşı itiləyib heyvanı rahat edin.” (Səhih, Əl-Muslim) 
    5. Dəvəni ayaq üstə, öküz və qocu uzanmış vəziyyətdə kəsmək. 
    Dəlil: "Onları (dəvələri) ayaq ustə durduqları halda, Allahın adını zikir edərək kəsin.” (Əl-Həcc/36) 
    6. Qurbanı kəsərkən kimin adından kəsdiyini dillə tələffuz etmək, yəni "Bismilləh və Allahu Əkbər” Allahım bu qurbanı mənim, ailəm və qurban kəsməyə imkanı olmayan qardaşdarımın adından kəsirəm deyərək kəsmək. 
    Dəlil: Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər(Allahın ona salavatı və salamı olsun) ilə birlikdə qurban bayramı namazını qıldım, namazı bitirdikdən sonra bir qoç gətirib "Bismilləh və Allahu Əkbər” Allahım bu mənim adımdan və ümmətimdən qurban kəsə bilməyənlərin adındandır-deyərək kəsdi (Müsnəd, İmam Əhməd bin Hənbəl) 
    7.Qurbanın qəbul olunması üçün dua etmək. 
    Dəlil: Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə(Allahın ona salavatı və salamı olsun) qurban kəsmək üçün bir qoç gətirdilər,O (Allahın ona salavatı və salamı olsun) bıçağı əlinə alıb heyvanı yerə uzatdıqdan sonra Bismilləh, Allahım bunu Məhəmmədən, Məhəmmədin ailəsindən və Məhəmməd ümməti adından qəbul et deyərək kəsdi (Səhih, Əl-Muslim) 
    8.Kəsilən qurbanın 1/3 özünüz üçün, 1/3 dostlarınız üçün, 1/3 –isə kasıb müsəlmanlar üçün ayıra bilərsiniz. 
         Qeyd: Qurban bayramı munasibəti ilə kəsilmiş ətdən və Ramazan bayramı munasibəti ilə çıxarılmış fitrə zəkatıdan qeyri müsəlmana pay vermək olmaz, lakin digər vaxtlarda kəsilən heyvan ətindən və zəkat malindan qeyri müsəlmanlara sədəqə və hədiyyə vermək olar. 
    9.Kəsdiyiniz qurbanın müəyyən hissəsini mutləq özünüz və ailəniz yeyin. Dəlil: Bu Allahın Quran və Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) Sünnə vastəsi ilə öyrətdiyi əməldir. 
    Dəlil: "Onlardan (kəsdikləriniz qurbandan ) özünüz də yeyin, sıxıntı içində olan yoxsullara da yedirdin” (Əl-Həcc/23-36) 
    Dəlil:Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) kəsdiyiniz qurbandan yeyin, başqalarına da yedizdirin və özünüz ailəniz üçün də (qovuraraq ) saxlayın deyə buyurmuşdur (Səhih, Əl-Muslim) 
    10. Qurban kəsmək niyyətində olan şəxsin Zil-hiccənin ilk on günü girəndən qurbanını kəsənə qədər saçını, saqqalını, bığını və dırnağını kəsməməsi bəyənilən əməldir. 
    Dəlil: Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) bu haqda bele buyurmuşdur: Sizlərdən hər hansı biriniz qurban kəsmək istəyirsə, Zilhiccə hilalını gördükdən sonra, qurbanını kəsincəyə qədər saçlarını və dırnaqlarını kəsməsin.” ( Səhih, Əl-Muslim) 
         Qeyd: Bu əməl yalnız qurban kəsəcək şəxsin özünə aiddir, ailə üzvlərinə şamil olunmur. 

    QURBANLIĞA DAİR BƏZİ ÖNƏMLİ MƏSƏLƏLƏR 
    1. Qurbanlıq heyvan halal pul ilə alınmalıdır. 
    2. Dişi qoyunu qurban kəsmək olar, ancaq imkan olduğu təqdirdə qoç kəsmək daha yaxşıdır. Qarnında balası olan heyvanın qurban kəsilməsi icazəli sayılsa da, kəsilməməsi daha yaxşıdır. 
    3. Qurban kəsmək istəyən şəxs, özü kəsməyib, başqasını kəsmək üçün vəkil təyin edə bilər. 
    4. Qaytarmağa imkanı çatacağı təqdirdə kiminsə borc alıb qurban kəsdirməyi halaldır. 
    5. Həddi buluğa çatmamış oğlan və qız uşaqlarının şərtlərinə əməl edə bildikləri təqdirdə qurban kəsmələrinə icazə verilir. Qadınların da qurban kəsməyində heç bir maneə yoxdur. 
    6. Qurban ətini satmaq və ya qəssablar tərəfindən kəsilmiş əti qurban əti adı ilə almaq olmaz. 
    7. Qurbanlıq heyvanı diri şəkildə satıcı ilə qiymətləşərək almaq olar, və yaxud satıcıdan ətin qiymətini razılaşdırıb heyvanı kəsdikdən sonra tərəzidə çəkdirib qarşılığını ödəyərək də almaq olar. 
    8. Qurbanlıq heyvanın başını, dərisini, qol və ayaqlarını qəssaba zəhmət haqqı kimi vermək və ya satmaq olmaz. Hədiyyə vermək olar. 
    9. Qurban kəsilmiş heyvanın yeyilməsi haram olan üzvü yoxdur, sadəcə erkək və dişi heyvanların cinsiyyət üzvləri kəsilərək atılır, qalan üzvləri isə yeyilir. Cinsiyyət üzvlərinin kəsilib atılmasının səbəbi haram olmağı deyil, sadəcə yeyilməməsidir. 
    10. Qoçun "ağ ətləri” yeyilir. Bu üzvün yeyilməsinin haram olmasını deyənlərin Quran və Sünnəyə əsaslanan heç bir sübutu yoxdur. 
    11. Heyvanın kəsilərək atılmış bəzi hissələrini itlərə yedirtmək olar. 
    12. Burulmuş (atxalanmış) heyvanları qurban kəsmək olar. 
    13. Qurban kəsən şəxs, qurbanı öz adından, ailəsi, qohumları, qurban kəsməyə imkanı olmayan qardaşları və hətta ölmüş qohumlarının adından da kəsə bilər. 
    14. Qurban kəsən şəxsin bayram namazını qıldıqdan sonra qurbanı kəsib ondan bir tikə yəyənə qədər heç bir şey yeməməsi bəyənilən əməldir. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Ramazan bayramında yemək yemədən evdən çıxmazdı, Qurban bayramında isə, namaz qılıb qurban kəsməmiş yemək yeməzdi. ( Sünən,Ət-Tirmizi) 
    15. Bayram namazına gedən şəxsin qüsl alması müstəhəbdir. 
    16. Bayram günü ilə Cümə günü eyni günə düşərsə, bayram namazını camaatla qılan şəxs, cümə namazını qılmaya bilər. Ancaq cümə namazını da qılması daha fəzilətlidir. 
    17. Təşqir genləri ( Zilhiccənin 10, 11, 12, 13) xüsusiləşdirərərək nafilə oruc tutmaq haramdır. 
    18. Təşriq günlərinin zikri: 
     Allahu Əkbər! Allahu Əkbər! Lə İləhə İlləllah, Allahu Əkbər! Allahu Əkbər! Və Lilləhil Həmd! 
    Zikrin vaxtı: Zilhiccə ayının 10 bayram günü, sübh namazından sonra başlayır və Zilhiccə ayının 11, 12, 
    13 günbatana qədər davam edir. 

    Həmd olsun aləmlərin Rəbbi olan Allaha. Allahın xeyir-duası və salamı Peyğəmbərimiz Məhəmmədə,onun ailəsinə və Səhbələrinin üzərinə olsun. 

                                                                                                        
    Mətini hazırladı:Toğrul İsrafiloglu 
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Selef | Baxılıb: 1403 | Tarix: 24.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2010  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru