Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 1 » SABAH RƏBBİNƏ NƏ DEYƏCƏKSƏN???
    SABAH RƏBBİNƏ NƏ DEYƏCƏKSƏN???
    10:46
    Üstün və dürüst xarakterin ən başlıca əlaməti təkəbbürdən uzaq olmağıdır.

    Gözəl məziyyət, məftunedici alicənablıq və uğurlar insanın alınmaz qalasına təkəbbürdən divar hörə bilir.

    Əslinə baxanda Ömərə qürur çoxdan hakim kəsilməli idi...

    Çünki o, Peyğəmbər və səhabələrin qarşısında islamı təntənəli şəkildə qəbul etmişdi (və ya: onun müsəlman olmağı hamını sevindirmişdi)...

    Çünki o, müsəlman olduğu gündən islamın səsinin yüksəldiyini görmüşdü...

    Çünki Məkkəli azğınlar tərəfindən dünən alçaldılan müsəlmanlar Ömər onların sıralarına qoşulduqdan sonra əzab-əziyyətə alınları dik sinə gərir, Məkkə küçələrini “Allah böyükdür!” sədaları ilə doldururdular...

    Çünki Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) ona “Faruq” (ayırd edən) adını vermişdi... Axı Allah onu müsəlman qılmaqla haqı batildən, mülayimliyi sərtlikdən fərqləndirmişdi...

    Çünki Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) bəzən öz rəyini bildirdikdə Allahın elçisi nəinki onun görüşlərini qəbul etmiş, hətta dediklərini təsdiqləmiş ayələr də enmişdi...

    Çünki Həzrəti Əbubəkrdən sonra Peyğəmbərin xəlifəsi, Möminlərin əmiri olduğunda dünyanın qapıları islamın üzünə açılmış, dinin bayrağı hər yerdə dalğalanmışdır...

    Bütün bunlara baxmayaraq, təkəbbür özünü dürtəcək kiçik bir dəlik belə tapa bilməmişdi Ömərin şəxsiyyətində...

    Təkəbbürə Ömər qədər qalib gəlib, alınmaz qalasında nəfsin bütün hücumlarını dəf edən ikinci bir insana, az qalsın ki, rast gələ bilmirik...

    Görəsən, o bu gücü haradan alırdı?

    Şübhəsiz, xarakteri və fitri hazırlığı bu işdə ən böyük təsirə sahibdir...

    Şübhə yoxdur ki, Allahla rabitə onun bu xarakterinə ilahi yardım, sarsılmaz bacarıq və dünya həyatının təkəbbür oyadan hər bir şeyindən uzaqlıq bəxş etmişdi.

    Ömər bütövlükdə Allaha və dininə qayıtdı, sahib olduğu üstün keyfiyyətləri, yolgöstərənliyi və bacarıqları ilə qayıtdı.

    Din qardaşlarına hey deyirdi:

    “Allah bizi islamla şərəf-izzət sahibi edənədək heç kim idik. Ondan başqa yerdə şərəf-izzət axtarsaq, zəlil olarıq”.

    İndi isə baxaq görək rəbbi ilə Ömərin əlaqəsi necə idi...

    Öməri sadiq və güclü insana çevirən xarakterin ibadətlə əlaqəsinə nəzər salmalıyıq...

    Görəcəyik ki, onun bütün davranışları Allaha dərin və müstəsna ehtiram əsasında qurulmuşdu...

    Bəli, Ömər Allahdan bərk qorxurdu, Ona son dərəcədə təzim göstərirdi... Rəbbinin “parıltı”sını uzaqdan belə görsəydi, az qalsın, əriyib yox olurdu...

    Bu qorxulu sözləri hey zümzümə edirdi: “Sabah rəbbinə nə deyəcəksən?”

    Bəli, sabah rəbbinə nə deyəcəksən?

    Biz bu sözləri çox asanlıqla söyləyib üstündən keçə bilərik, amma Ömər bunu etməzdi. Bu sözlər onu titrədir və sarsıdırdı...

    Əhnəf ibn Qeys belə rəvayət edir ki, “Ömər ibn Xəttabla idim. Bir nəfər yanına gələrək dedi:

    – Ey Möminlərin əmiri, mənimlə gedək. Filan adam mənə zülm edib, kömək et mənə...

    Ömər qamçısını qaldırıb onun başına yavaşca vurdu:

    – Möminlərin əmirinin sizə işi düşəndə, yanınıza gələndə onu köməksiz buraxırsınız. Amma elə ki işiniz ona düşdü, o, müsəlmanların işləri ilə məşğul olduğu zaman gəlib: “Kömək et, kömək et” – deyirsiniz...

    Həmin şəxs başını buladı və qəzəbli halda çıxıb getdi. Ömər (yanındakılara) bildirdi ki, onu geri qaytarsınlar. Həmin şəxs geri gəldiyində Ömər qamçını ona uzadaraq dedi:

    – Götür, qisasını al.

    Həmin şəxs:

    – Əsla! Allaha and olsun ki, mən Allah üçün bu qisasdan vaz keçirəm, – deyə etiraz etdi və çıxıb getdi.

    Ömərlə birlikdə evinə qayıtdıq. İki rükət namaz qıldıqdan sonra özünü hesaba çəkməyə başladı:

    “Ey Xəttabın oğlu! Alçaq və rəzil birisi idin, Allah səni ucaltdı... Zəlalətdə idin, Allah sənə yol göstərdi... Zəlil gündə idin, Allah sənə şərəf-izzət bəxş etdi... Sonra O səni insanlara rəhbər qıldı. Sən isə yanına kömək üçün gəlmiş bir insanı vurdun. Sabah hüzuruna çıxdığında rəbbinə nə deyəcəksən?!”

    “Sabah rəbbinə nə deyəcəksən?”

    Bu cümlədə Ömərin dini və dinə baxışı, həyatının meyarı əks olunmuşdur.

    Bu cümlədə onun dünyaya, gözəlliklərinə baxışı vardır...

    Dadlı tikələr, soyuq içkilər və yeni geyimlər qarşında göz yaşlarını saxlaya bilmirdi... Çox ağlamaqdan gözlərinin aşağısında iki qara xətt yaranmışdı. Hey öz-özünə bu xəbərdarlığı edirdi: “Sabah rəbbinə nə deyəcəksən?”

    Bu insan Cahiliyyət dövrünün bahadırı, islamın da nəhəngi idi.

    Bu insan Möminlərin əmiri idi... Bayraqlarına ölkələrin qapılar açdığı, ordularının müjdə gətirənlər tək qarşılandığı bir hökmdar idi...

    O, namazda müsəlmanlara imamlıq edən, hıçqırığını ən axırıncı səfdəkilərin belə eşitdiyi insan idi...

    Bu həmin Ömərdir ki, axurundan qaçmış dəvənin arxasınca düşmüş, yolda Əli ibn əbu Talibə rast gəlmişdi:

    – Haraya belə, ey Möminlərin əmiri?

    – Sədəqəlik dəvələrin arasından biri qaçıb. Onu axtarıram.

    – Özündən sonra gələnləri yoracaq bir cığır açdın, ey Ömər.

    Ömər titrək səslə:

    – Məhəmmədi haqla göndərənə and olsun ki, bir keçi Fərat sahilində boğularsa, onun hesabını Qiyamət günü Ömərdən soruşacaqlar!

    Görəsən, Ömər Allahdan bir kölənin dəyənək başı və qamçı dilindən qorxması qədərmi qorxurdu?

    Xeyr! Əksinə, onda Allaha qarşı ehtiramlı davranan, Onu uca və böyük tutan, Onunla təqsirkar olaraq görüşməkdən utanan şəxsin qorxusu vardı...

    O hey bunu zümzümə edirdi:

    “Alçaq və rəzil birisi idin, Allah səni ucaltdı... Zəlalətdə idin, Allah sənə yol göstərdi... Zəlil gündə idin, Allah sənə şərəf-izzət bəxş etdi... Sonra O səni insanlara rəhbər qıldı. Sən isə yanına kömək üçün gəlmiş bir insanı vurdun. Sabah hüzuruna çıxdığında rəbbinə nə deyəcəksən?!”
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 693 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 13
    Qonaqlar: 13
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru