Sələf sözünün mənası “əvvəl gələnlər” deməkdir. Belə ki, bir şəxsdən əvvəl gələn onun üçün “sələf” sayılır. Lakin “sələf” terminindən (ləfzindən) söhbət getdiyində, bundan məqsəd səhabələr, onlara tabe olanlar və onlara tabe olanlardan ibarət “ilk üç şərəfli nəsil”. Bunlar “SƏLƏFİ SALEH” (Saleh Əcdadlarımız)dirlər. Onlardan sonra gələnlər və onların mənhəcinə tabe olanlar, hətta onlardan sonrakı zamanda gəlsələr də onlar kimi sələfin yolundadırlar. Çünki “əs-Sələfiyyə” termini saleh sələflərin, Allah onlardan razı olsun, izlədikləri mənhəcə aiddir. Necə ki, peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Onların hamısı Cəhənnəmə düşəcək, yalnız birindən başqa və bu camaatdır....” Hədisin digər bir ləfzində nicat tapmış kəslərin “Mənim və səhabələrimin yolunda olanlar” olduğunu bildirmişdir. Buna əsaslanaraq sələfiyyə termini bu mənanı ifadə edir. Ona görə də, hər kim səhabələrin və onlara tabe olanların və xeyirdə onlara tabe olanların yolunda olarsa o Sələfidir, hətta hicrətdən 14 əsr sonra olan bizim dövrümüzdə yaşasa da...