1) Peyğəmbər (s.ə.s) demişdir: "Ümmətim arasında zinanı, ipəyi, şərabı və musiqi alətlərini halal edən insanlar çıxacaq” (Səhih Buxari, 5590)
2) Peyğəmbər (s.ə.s) demişdir: ”Qiyamət gününün yaxınlaşmasına az qalmış düşkünlük, alçaqlıq və eybəcərlik baş alıb gedəcək”. Ondan (s.ə.s) soruşdular” Ya Peyğəmbər, bu nə vaxt olacaq?" Peyğəmbər(s.ə.s) dedi: ”Musiqi alətlər və müğənnilər çox olduğu zaman” (İbn Macə, Şeyx Əlbani, Səhih əl-Cəmi 3665)
3) Peyğəmbər (s.ə.s) demişdir: "İki şey bu dünyada və Axirətdə lənətlənmişdir sevinc halında çalınan tütək səsi və kədərli nəsə baş verəndə deyilən ağı” (əl-Bəzzar. Şeyx Əlbani, Səhih əl-Cəmi 3801)
4) Abdullah İbn Məsud demişdir: ”Mahnı oxumaq qəlbdə münafiqlik əmələ gətirir” (Sünən Əbu Davud, 4928. səhihdir)
5) Nafiədən rəvayət olunduğuna görə Abdullah ibn Ömər tütək səsini eşidərkən əlləriylə qulaqlarını tutmuş, sonra isə həmin yerdən uzaqlaşdıqda demişdi: "Mən Peyğəmbərin (s.ə.s) də eynilə belə davrandığını, çobanın tütək çaldığını eşidərkən belə etdiyini görmüşdüm” (Əhməd 4535, əbu Davud 4929. səhihdir)
6) Peyğəmbər (s.ə.s) demişdir: ”Zınqırov (zəng) şeytan tütəyidir” (Səhih Muslim, 2115)
7) Peyğəmbər (s.ə.s) demişdir: "Halal və haram arasındakı sərhəd dəfə(qavala) vurma və mahnı oxumaqdır." (Tirmizi, 1088. səhihdir)
8) Peyğəmbər (s.ə.s) demişdir: "Ümmətimin arasından elə insanlar çıxacaq ki, içki içəcəklər və onu başqa adla çağıracaqlar, musiqiyə və müğənnilərə qulaq asacaqlar, Allah onlara zəlzələ göndərəcək və onları meymunlara və donuzlara döndərəcək" (İbn Hibban. Şeyx Əlbani, Səhih əl-Cəmi, 5454)
9) Peyğəmbər (s.ə.s) demişdir: "Həqiqətən də Allah içkini, qumarı və təbili (baraban) qadağan etmişdir" (Əhməd, 1/289. səhihdir)
Hazırladı - Əli Zülfüqar