Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » May » 23 » Müsəlmanları kafir adlandırmayın!
    Müsəlmanları kafir adlandırmayın!
    11:35
    Çəkinməyimiz zəruri olan ən dəhşətli ifrat əməl – küfrdə günahlandırmadır (təkfirdir). Bu, olduqca təhlükəli problem olub vahimələndirici nəticələrə aparıb çıxara bilər. Çünki kiməsə kafir demək zəruri edir ki, həmin kəs ümmətdən xaric edilsin, var-dövləti əlindən alınsın, həyat yoldaşı ondan boşatdırılsın və nəhayət, özü də edam olunsun.

    Əgər bu şəxs edam olunmasa belə, varsız-yoxsuz və əyalsız qaldığından, ümmətdən xaric edildiyindən "canlı” meyit kimi şeydir.

    Bəli, bir müsəlman üçün ən böyük cəza onu kafirlikdə təqsirləndirməkdir. Bu, elə bir qapıdır ki, hər yerindən durana onu açmağa icazə vermək olmaz. Çünki belə insanlar heç bir qaydaya, dəlilə, həqiqətə əsaslanmadan başqalarına kafirlik donu geydirirlər.

    Yadımızdan çıxartmayaq: yəqinliklə müsəlman olan şəxsi qəti dəlil olmadan islamdan xaric etmək olmaz! Yekdilliklə qəbul edilmiş qaydalardan biri belə səslənir: yəqin və zənn bir yerdə addımlamazlar!

    Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) kimisə kafir adlandırmağı qəti şəkildə qadağan edərək demişdi: "Bir şəxs müsəlman qardaşına: "Ey kafir!” – deyərsə, (hərəkətinə görə) onlardan biri küfrə düşər”[1].

    Yəni, onlardan biri kafir olar. Əgər biz kiməsə kafir deyiriksə və həmin şəxs yəqinliklə kafir deyilsə, onda, küfr ittihamı bizim özümüzə yönəlir, – bu, olduqca təhlükəli məsələdir!

    Ümmət hələ qədimdən kafirlikdə günahlandırma – "təkfir” xəstəliyinə düçar olmuşdur; bəzi səhabələrə kafir damğası vurulmuşdur. Hətta, İslamın süvarisi, onun ilk övladı, Fatimeyi-Zəhranın həyat yoldaşı, Peyğəmbərin əmisi oğlu, onun kəsərdən düşməyən qılıncı Əli ibn əbu Talibi kafir adlandırmaqla qanını halal sayıb qətlə yetirənlər tapılmışdı. Onların şairi, Həzrəti Əlinin qətlinə mədhiyyə də yazmışdı:

    Ey təqvalı kəsin zərbəsi!

    O, səni yalnız Ərş sahibinin rizası üçün endirmişdir.

    Mən o günü, o insanı xatırlayır və onu –

    Allahın qatında tərəzisi ağır, vəfalı məxluq sayıram.

    Biz müasir dövrdə həmin insanların xələflərinin – neotəkfirçilərin (kafirlikdə ittiham edənlərin) şahidi oluruq. Onların bir hissəsi "Küfrdə günahlandırma və köç” camaatının (Əhl ət-Təkfir vəl-Hicrə) üzvləridir. Bir hissəsi isə formal olaraq bu adı daşımasa da, onlarda da kafirlikdə təqsirləndirmə meyli güclüdür.

    Bu şəxslər aralarında heç bir fərq qoymadan bütün insanlara kütləvi formada kafir damğası vururlar. Belələrinə görə, onlara qoşulmayan hər bir kəs kafirdir.

    Bu insanlar liderləri və təbəəni, alimləri və savadsızları küfrdə ittiham etməklə onların canlarını və mallarını özlərinə halal bilirlər. Aşağıdakı səhih hədislərin əksinə olaraq onlara görə, yuxarıdakı zümrələrin malı, qanı və namusu toxunulmaz deyildir:

    - "Mənə əmr edilib ki, insanlar "lə iləhə illəl-lah” deyənədək onlarla vuruşum. Bu sözü dedikdən sonra onların canları və malları toxunulmazdır...”[2].

    - Habelə, Buxari və Müslimin eyniadlı "Came əs-Səhih” hədis toplularında Üsamə ibn Zeydin dilindən deyilir ki, o, bir şəxsi "lə iləhə iləl-lah” dedikdən sonra qətlə yetiribmiş. Bunu Peyğəmbərə (Ona Allahın xeyir-duası və salamı olsun!) xəbər verdiyi zaman sonuncu: "Ey Üsamə, o, "lə iləhə illəl-lah” dedikdən sonramı onu öldürdün?” – deyə soruşur və sualını o qədər təkrarlayır ki, Üsamə öz-özünə deyir: "Kaş, mən həmin gün müsəlman olaydım (yəni, o gün kafir ikən o şəxsi öldürsəydim, bəlkə məzəmmətə tuş gəlməzdim – mütərcim)”[3].

    - Səhabələrdən Miqdad ibn əl-Əsvəd rəvayət edir ki: "(Bir dəfə) Allahın rəsulundan (Ona xeyir-dua və salam olsun!) soruşdum:

    – Əgər bir kafirlə rastlaşsam və onunla döyüşdüyüm zaman qılıncla vurub bir əlimi kəsərsə, daha sonra ağacların birinə çıxaraq: "Müsəlman oldum”, – deyərsə, onu öldürümmü, ey Allahın elçisi?

    Peyğəmbər dedi:

    – Xeyr, öldürmə.

    Təəccübləndim:

    – Ey Allahın rəsulu, axı o, əlimi kəsib və kəsdikdən sonra bunu deyib!

    Peyğəmbər:

    – Onu öldürmə – dedi və sözünə davam etdi – Əgər onu öldürsən, o, sənin onu öldürməzdən qabaqkı məqamına yüksələr, sən isə onun "Müsəlman oldum” deməsindən qabaqkı məqamına enərsən!”[4]

    Sonuncu hədisdən də görünür ki, müsəlman olmaq əvvəlki küfr əməllərinin üzərindən xətt çəkmək deməkdir. Hədisin mətnidəki "müsəlman olmaq” təbiri tövhid kəlməsinin özüdür. Müsəlman olduqdan sonra bir insanı öldürmək – əməllərin puça çıxmasına səbəb ola bilir, Allah saxlasın! (Ardı var)

    [1] Hədisi İbn Ömərə istinadən Buxari ("Came əs-Səhih” kitabı, "Ədəb-ərkan” fəsli, 6104), Müslim ("Came əs-Səhih” kitabı, "İman” fəsli, 60), İmam Əhməd ("əl-Müsnəd”, 5933) və Tirmizi ("əs-Sünən” kitabı, "İman” fəsli, 6237) rəvayət etmişlər.

    [2] Yekdilliklə mötəbər sayılan bu hədisi Əbu Hüreyrəyə istinadən Buxari ("Came əs-Səhih” kitabı, "Cihad və yürüşlər” fəsli, 2946), Müslim ("Came əs-Səhih” kitabı, "İman” fəsli, 21), İmam Əhməd ("əl-Müsnəd”, 8544, 8904), İbn Macə ("əs-Sünən” kitabı, "Hərc-mərclik” fəsli, 3927) Əbu Davud ("əs-Sünən” kitabı, "Cihad” fəsli, 2640), Tirmizi ("əs-Sünən” kitabı, "İman” fəsli, 2606) və Nəsai ("əs-Sünən” kitabı, "Hərbetmə” fəsli, 3424) rəvayət etmişlər.

    [3] Yekdilliklə mötəbər sayılan bu hədisi Üsamə ibn Zeydə istinadən Buxari ("Came əs-Səhih” kitabı, "Vuruşmalar” fəsli, 4269), Müslim ("Came əs-Səhih” kitabı, "İman” fəsli, 96 (21802)) və Əbu Davud ("əs-Sünən” kitabı, "Cihad” fəsli, 2643) rəvayət etmişlər.

    [4] Yekdilliklə mötəbər sayılan bu hədisi Miqdad ibn əl-Əsvədə istinadən Buxari ("Came əs-Səhih” kitabı, "Qanbahası” fəsli, 6865), Müslim ("Came əs-Səhih” kitabı, "İman” fəsli, 95), Əbu Davud ("əs-Sünən” kitabı, "Cihad” fəsli, 2644) və Nəsai ("əl-Kübra” kitabı, "Yürüş” fəsli, 8537) rəvayət etmişlər.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 664 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2012  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 22
    Qonaqlar: 22
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru