Həyatımızı yönləndirən, saxta həqiqətlərə bizi inandıran müasir sehirbazları tanıyaq! Cənubi İraqda iki ali təhsilli ingiltərəli komando zabiti 2005-ci ildə İraq polisi tərəfindən həbs edildi. İngiltərə qüvvələri isə zabitlərin yatdığı həbsxananı tanklarla dağıdaraq, həmin zabitləri xilas etdilər.
O zaman bu hadisə yerli mətbuatda elə də geniş şəkildə göstərilmədi. Həmin iki zabit ərəb paltarı geyinib dinc sakinləri silahla öldürdükləri zaman həbs edilmişdilər. Bəsrə hökuməti onları geri qaytarmaqdan imtina etsə də, müstəmləkəçi İngiltərə bunu zor gücünə etməyi bacardı. Bu, olduqca mühüm bir hadisə idi, ancaq gizlədildi. Yerli mətbuatda şəkillər belə dünyaya göstərilmədi. İraq müharibəsinin bitməməsi üçün işğal qüvvələrinin səyləri böyük idi. Deməli, pərdənin arxasındakı şəxslər, medya sektorunun arxasındakı adamlar məkirli niyyətlərini reallaşdırmaq arzusunda idilər. İraqda dinc əhaliyə qarşı məqsədli aparılan bu müharibə kimə nə qazandırır? Bölgəni parçalamaq, neft və silah şirkətlərini gəlirli müqavilələr imzalaması, davamlı hərbi bazaların qurulması, İraqda daxili çəkişmələrin davam etməsi üçün vacib idi. Medya "toru” ilə əhatə edilmiş dünya... Dünyada mediya gücünü əlində saxlayan qüvvələr insanları aldatmaq və aldatdığından əmin olmaq üçün bütün güclərini səfərbər ediblər. Medya, yəni kütləvi informasiya vasitələri həqiqət deyə, bizə yalan məlumatlar verir, fərqində olmadan həyatımızı yönləndirir. Həqiqəti cəmiyyətə açıqlamırlar. İnanmağımızı və düşünməyimizi istədikləri şeyi həyasızcasına bizə sırımağa çalışırlar. Diqqətimizi dağıdıb, bizləri həqiqətlrədən uzaqlaşdırmağa nail ola bilirlər. Diqqətimizi dağıdıb hər şeydən xəbərsiz əyləncə və sürətli yaşayış ilə bizi uyuşdura bilirlər. Narkotik maddə, qumar, fanatizmə bağlı idman növləri ilə bizi tələyə salmaq, bunula düşünməyimizin qarşısını almağa çalışırlar. Uşaqlarımızın inkişafını istəmirlər. Çox düşünməyimiz dünyada bəzi qrupların işinə yaramır. Elmli, düşünmə qabiliyyətinə malik bir ümmət olmamağımız üçün həyatımızda yeganə həqiqətin televizor olmasını istəyirlər. Televizor sehir qutusu kimdiri.... Televizor inancın zəyif olduğu bir dünyada düzməcə həqiqətlər yarada bilir. Məgər sehir, saxta həqiqətlərə insanları inandırmaq deyilmi? Televizordakı illuziyalara inanan bir kəs sehirlənmiş kimi "İstehlakın köləsi və könüllü məhbus” həyatını qəbul edir. Bilməyimiz vacib olan şeyi bizə deməyən və həyatımıza kökündən təsir edəcək hadisələri bizdən gizlədənlər, bəzi həqiqət olmayan şeyə bizləri inandırırlar. Dəfələrlə təkrarlayıb, inandığımıza əmin belə olurlar. Medya həqiqi olmayanı həqiqət kimi bizə inandıra bilirsə, bunun adını çəkinmədən müasir sehir qoya bilərik. Düşünməyimizi istəməyən, uşaqlarımızı KİV ilə tərbiyə edən, yeni dünya imperatorluğu qurmaq isyətənlərin planı nədir görəsən? "RFİD” adlı nəzarət mikrosxemi Təhlükəsizliyindən narahat olan ABŞ artıq elektron pasportlara keçib. Yaxın zamanda bütün şəxsiyyət vəsiqələrinə mikroçiplər yerləşdiriləcək. Sonda isə dəri altına radyo frekans ilə mikro implantlar yerşləşdiriləcək. Pultla idarə edilən və monitorda izlənən insan necə azad ola bilər? İraqda müharibənini bitməməsi üçün məzhəb qarşıdurmalarını yaradan və dünyaya hakim olmaq istəyən ac-göz qüvvələr, eyni insanlar deyilmi? Əgər onları tanısaq, hər şey bitəcək. Qurduqları oyunların üstü açılacaq. İçimizdəki gücü və özünə əminliyi hərəkətə keçirdiyimiz zaman, bizlərə təqdim edilən saxta həqiqətlərin təsiri altında qalmayacağıq və bunula da müasir sehirbazların sehirlərini pozacağıq. Prof. Dr. Nevzat Tarhan