Ana Səhifə » 2010»Sentyabr»5 » Möminlərin əmiri Həsən ibn Əlinin (A.r.o.) Xilafəti (Hicri 40)
Möminlərin əmiri Həsən ibn Əlinin (A.r.o.) Xilafəti (Hicri 40)
00:19
Əlinin (Allah ondan
razı olsun) qətlindən sonra Kufə camaatı Həsən ibn Əliyə beyət etdilər.
Kufədə beyət edildikdən sonra Şam vilayətinə tərəf getdi. Çünki onlar
bu vaxta qədər möminlərin əmiri Əli ibn Əbu Talibə itaət etməmişdilər.
Qan tökülməsini xoşlamayan Həsən ibn Əli sülh niyyəti ilə Şama gedir.
Hətta Həsən ibn Əli, atası Əli ibn Əbu Talibin Şamlılara qarşı döyüşə
getməsinə razı deyildi[1]. Onun sülh istəməsinin əlaməti, Qeys ibn Səd
ibn Ubadəni qoşun sərkərdəliyindən azad edərək əvəzinə Abdullah ibn
Abbası təyin etməsidir[2]. Allah onların hər ikisindən razı olsun.
Həsən
əl-Bəsri deyir: Həsən ibn Əli Müaviyənin qoşunu yerləşən bölgəyə
gəldikdə Amr ibn əl-As Müaviyəyə dedi: Mənə elə gəlir bu qoşunun ardı
kəsilən deyil. Həsən əl-Bəsri deyir: Mən Əbu Bəkrənin belə dediyini
eşitdim. Bir gün Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı
olsun) xütbə verərkən Həsən ibn Əli gəldi və bu zaman Peyğəmbər (Ona və
ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Mənim bu oğlum
alicənabdır. Allah onun əli ilə iki müsəlman dəstəni sülhə
bağlayacaqdır"[3]. Zuhri deyir: Müaviyə, Həsən ibn Əliyə möhürlü
məktub göndərərək dedi: Orada istədiyini yaz qoy istədiyin sənin olsun.
Amr ibn əl-As dedi: Xeyr, gərək biz ona qarşı döyüşək. Müaviyə dedi:
(Zuhri deyir Müaviyə iki nəfərin xeyirlisi idi) Ey Əbu Abdullah tələsmə.
Sən bunları qətlə yetirənə qədər o sayda Şam camaatı həlak olmaldır.
Bundan sonra həyatın mənası nə olar! Allaha and olsun, mən məcburiyyət
qarşısında qalana qədər döyüşə əl atan deyiləm[4]. Bundan sonra
Müaviyə Həsən ilə görüşdü. Həsən ibn Əli (Allah ondan razı olsun)
xilafəti Müaviyəyə təhvil verdi və beləliklə Müaviyə möminlərin əmiri
oldu. Bu il camaat (birlik) ili adlandırıldı. Həsənin hakimiyyəti cəmi altı ay davam etdi.