Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19933 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17094 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14168 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9952 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9366 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » Oktyabr » 9 » MASALLIDA MOLLA ZİNAKARLARA KƏBİN KƏSİB
    MASALLIDA MOLLA ZİNAKARLARA KƏBİN KƏSİB
    01:56

    Masallı rayonu həmişə dindar ab-havası ilə seçilib. Bu rayon hələ sovet dönəmində İslam dininin müqəddəsliyini qoruyub saxlayıb. Ciddi qadağalara baxmayaraq Masallıda yaşayan ruhanilər İslam dininin əsas sütunlarının laxladılmasına da imkan verməyib. Onlar insanların həyatında mühüm rol oynayan kəbin, talaq kimi məsələləri bir an belə nəzarətsiz buraxmayıb.Bu, həm də Masallıdan çox məşhur din xadimlərinin çıxması ilə əlaqədardır. Məsələn, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, QMİ-nin məsul əməkdaşları Hacı Mirəziz Seyidzadənin, Hacı Əhməd Abbasovun və bir neçə tanınmış ruhanilərin ustadı olan Şeyx Qüdrət təqiblərə məruz qalan dövrlərdə belə kəbin kimi vacib şəri məsələləri ev şəraitində, yas məclislərində gizli və ya aşkar şəkildə icra edib.
    Bugünlərdə isə Masallı rayonunda çox əcaib hadisə baş verib. Digah kənd sakini Nadir Oruc oğlu Əliyev rayonun Türkoba kənd sakini Nuriyev Möhtaban Güləli oğlunun kəbinli arvadı Məmmədova Əsməgül Əşrəf qızını Masallı şəhər bazarından qaçırıb. Bu zaman M.Nuriyevin kəbinli arvadı ər evindən 5 min manata qədər nağd pulu da özü ilə götürüb. Bu isə qadının öz razılığı və əvvəlcədən qaçmaq planı qurduğunu göstərir.
    Kəbinli arvadının sorağını bir həftədən sonra Digah kəndindən alan M.Nuriyev Əsməgülün məhəbbətini ürəyindən çıxarsa da evindən aparılan 5 min manatın “məhəbbəti”ndən vaz keçə bilmir. Yazıq deyir ki, “o ləçər daha mənə lazım deyil, heç olmasa Nadir Əliyev pulumu qaytarsın”.
    Digahda isə Nadir Əliyev haqqında çox ilginc məlumatlar verirlər. Deyilənə görə, gününü sərxoşluqla keçirən N.Əliyev din-iman sarıdan kasaddır. Başqasının kəbinli arvadını isə elə məhz o 5 min manata görə qaçırıb. Hansı ki, o pulu M.Nuriyev bir neçə ildir min bir zillətlə - süpürgə, zənbil, xəkəndaz və digər məişət əşyaları düzəldib arvadı Əsməgülə satdırmaqla qazanıbmış.
    Bizim bu mövzuya marağımızı artıran məqam kiminsə kimisə qaçırmağından daha çox rayonun məşhur din xadimlərinin bu məsələyə əndirəbadi münasibətidir. Belə ki, M.Nuriyev qaçan arvadı Əsməgülü alan zaman qohumu Molla Mirxalıqa pul verərək onların kəbinini rayonun qazısı Mirqiyas Təhməzova kəsdirməsini xahiş edib. Dediyinə görə, M.Nuriyevin qohumu Molla Mirxalıq da onların kəbinini elə məhz M.Təhməzova kəsdirib.
    Beş rayonun qazısı olan M.Təhməzov isə Nadir olayından sonra məsələ ilə bağlı müəmmalı fikirlər söyləyir. Rayonun mollası, M.Nuriyevin qohumu Molla Mirxalıq da gicəlib qalıb. İnsanlar deyir ki, görünür, mollalar din-iman bilməyən N.Əliyevin həyasızlığından çəkinir.
    Bunlar hələ harasıdır. Şəriət yolunda guya canından keçən Molla Əliniyaz da Masallıda baş vermiş belə binamus işə mat qalıb. O da artıq nə edəcəyini bilmir. Deyirlər ki, tez-tez Arazın o tayına gedən Molla Əliniyaz bu hadisədən sonra İrana getməkdən də çəkinir. Bilmir ki, tez-tez görüşdüyü müctəhidlərə Masallıdakı kəbin əhvalatı ilə bağlı nə cavab verəcək.
    Digah kəndinin mollası Molla Əliqulu da çaş-baş qalıb. Bir sözlə, yuxarı bığ, aşağı saqqal. N.Əliyevin dinsizliyi şəriətin hökmünü və dövlətin qanunlarını arxa palana keçirib. Digah kəndinin ali təhsilli axundu, Bakı İslam Universitetinin məzunu Hacı İlqar da danışmağa söz tapmır. Elə bil bu məsələ ilə bağlı şəriətin buyruqları qeybə çəkilib. Sən demə, başqasının kəbinində olan arvada ikinci dəfə kəbin kəsən də elə axund Hacı İlqarın özü olub. Kənd camaatı axund Hacı İlqarı bu işə məcbur edən səbəblərə də aydınlıq gətirib. Məlum olub ki, Hacı İlqarın oxuduğu illərdə təhsil haqqını və sonra da Həccə getməsinin xərcini kəbinli arvadı qaçıran Nadirin qardaşı, hazırda Sankt-Peterburqda yaşayan iş adamı İlham Oruc oğlu Əliyev veribmiş. Amma ədalət naminə onu da deyirlər ki, İ.Əliyev qardaşı Nadirin bu hərəkətinə bəraət qazandırmayıb və onu özündən uzaqlaşdırıb.
    Nə isə. Vaxt çatıb və Nadir Hacı İlqardan qardaşının elədiklərinin əvəzi olaraq ona kəbin məsələsində kömək göstərməsini tələb edib. İnsaf da yaxşı şeydir, beş il təhsil haqqını ödə, Həccə göndər, di gəl bir kəbini də çox gör? Hacı İlqar “ədalətli” adam olduğundan bir kəbini Nadirə çox görməyib.
    İndi Masallıda aləm dəyib bir-birinə. Deyirlər, Bakıdan təzə fitva gəlib: yəni rayonun arvadları qaçarsa və yaxud da ər evini könüllü tərk edərsə, talaqları verilməmiş onlara ikinci dəfə kəbin kəsmək olar.
    Bu axundlar bizə cənnətin yolunu göstərənlərdir. Burada bir atalar sözü yerinə düşür: “Siçan yuvasına girə bilmirdi, süpürgəni də ardınca çəkirdi”.
    Gecə-gündüz məclislərdə halal-haramdan danışan əqidəsi zəif mollalar bir dinsizin əlində aciz qalıb. Halbuki ağlaya-ağlaya Həzrət Əlinin (ə), İmam Hüseynin (ə), Həzrət Əbülfəzlin (ə) qeyrətindən danışan bu kəslər nə yazıq ki, özləri bu gözəl xüsusiyyət - qeyrət anlamından xəbərsizdirlər. Dəhşətdir. Bilmək olmur, bu mollalar, axundlar, hacılar, kərbəlayilər, məşədilər Qiyamət günü şəriətin sahibi Peyğəmbərin (s) üzünə necə baxacaq...
    Masallıda baş verən biabırçı olaya İslamda münasibətin necə olduğunu öyrənmək üçün “İçərişəhər” cümə məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğluna müraciət etdik. O, baş verənlərin İslama zidd olduğunu dedi: “Əgər kimsənin kəbinli arvadını qaçırıblarsa, bu, İslama ziddir. Dinimiz boşanmadan qadının dərhal sonra başqa biri ilə kəbinə daxil olmasına da yol vermir. Bu baxımdan da baş verənlərə təəssüf edirik”.

    A.İSMAYIL

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: ABDULLAH | Baxılıb: 1286 | Tarix: 21.12.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Oktyabr 2009  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru