Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 4 » ISLAMDA BIRLIK
    ISLAMDA BIRLIK
    07:45
    Heç şübhə yox ki, İslam dünyasının və əsrin ən aktual problemlərindən və mühüm mövzularından biri də müsəlmanların birlik məsələsidir. Qeyd etmək lazımdır ki, keçən əsrin ortalarında müsəlmanların birliyi üçün yeni bir tendensiyanın-məzhəblərarası yaxınlaşma hərəkatının başlanğıcı qoyulmuşdur. Belə ki, bu tendensiya belə bir missiyanı öhdəsinə götürərək həm nəzəri, həm də praktiki baxımdan məzhəblər arasında barışdırıcı və maarifləndirici işlər görmüşdür.

    Əlbəttə, bir-birindən ayrı düşmüş müsəlmanlar yalnız birləşdikləri təqdirdə güclü və möhkəm ola bilərlər.Məzhəblərarası yaxınlaşma dedikdə, məqsəd heç də çoxlarının başa düşdüyü kimi sünnilərin şiə, şiələrin də sünni olması demək deyildir. Əksinə, hər bir müsəlman İslam çərçivəsinə daxil olan məzhəblərdən birinə tabe ola bilər. Məzhəbləri birləşdirən əsas və müştərək cəhətləri ön sıraya gətirərək onların ətrafında birləşməklə İslamın birliyini qorumuş ola bilərlər.
    Məzhəblərarası yaxınlaşmaya dəvət tövhid və vəhdətə dəvət etməkdən, sülh və əmin-amanlığa, qarşılıqlı anlaşmaya çağırışdan ibarətdir. Bu dəvətin yolu və mexanizmi isə hikmətlə, öyüd-nəsihətlə, gözəl tərzdə münaqişə aparmaqla həyata keçirilir.
    İnsanları yaradan Allah kimin haqq yolda, kimin isə də zəlalətdə olduğunu daha yaxşı bilir. Allah təala buyurur: “De: "Hərə öz qabiliyyətinə görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!” (Əl-İsra, 84).
    Artıq məlumdur ki, İslam dünyası bu gün dünəni ilə müqayisədə daha çox çətinliklərlə üz-üzə gəlir. İstər siyasi, iqtisadi, ictimai-mədəni sahələrdə, istərsə də dini ayinləri yerinə yetirməkdə müsəlmanlar bir çox maneələrlə rastlaşırlar. İmperialist və sionist qüvvələr yenə də öz mənfur niyyətlərindən əl çəkməyərək demokratiya və islahat şüarları adı altında müsəlman cəmiyyətlərin zəif nöqtələrini hədəfə alır, onu daxildən parçalayaraq istədikləri siyasəti yeridə bilirlər.
    Allah təala Qurani-kərimdə onlar haqqında İslam ümmətini maarifləndirərək buyurur: “Onlara: "Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!"-dedikdə: "Bizim işimiz ancaq yaxşılıq etməkdir”, - deyə cavab verirlər. Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər” (əl-Bəqərə, 11,12).
    Başqa bir ayədə isə Allah təala buyurur: “Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, (onların sizə bəslədikləri ədavət barəsindəki) ayələri artıq sizə izah etdik” (Ali- İmran,118).

    Açıq-aydın dəlalət edən ayələrlə bu gün müsəlmanların başına gələn hadisələr, görün necə də üst-üstə düşür. Müsəlmanlar, əlhəmdulillah, bir-birlərini sevdikləri kimi, insanlıq naminə, hamısı Adəmin övladıdır deyə, özlərindən başqalarını da sevməyi bacarmışlar. Lakin həmin o başqaları bu sevgidən öz mənfi qərəzləri üçün istifadə etmiş və islam ümmətinin vəhdətini parçalamağa çalışmışlar. Allah təala buyurur: “Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: "Biz də inandıq", - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. (Ya Rəsulum!) De: "Acığınızdan ölün!" Əlbəttə, Allah ürəklərdə olanları biləndir” (Ali-İmran,119).
    İndi İslam ümmətinin vəziyyəti elə bir hala gətirilib ki, ayaq üstə durması üçün onun cərgələri yenidən birləşməli, vahid ümmət yenidən təşəkkül tapmalı, vəhdət mehvəri-Quran və Sünnəyə qayıtmaqla bərpa olunmalıdır.
    Belə bir acı faktın yaşandığı dövrdə müsəlmanların vəhdət halına yenidən qayıtmasını düşünən bir sıra görkəmli və islamşünas alimlər ortaya çıxaraq və töhid bayrağını yüksəldərək İslamın əsasları əsasında müsəlmanları birləşməyə çağırmışlar. Bu dəvət onlar üçün nə qədər məşəqqətli olsa da belə bir yüksək hədəfin əsasını qoya bilmişlər.
    Müsəlmanların birliyi üçün İslamın əsaslarına, onları birləşdirə bilən əsas və müştərək nöqtələrə aydınlıq gətirmək lazımdır. İslam ümməti məzhəbindən, milliyyətindən, irqindən, qrupundan asılı olmayaraq əqidə, ibadət, adət və ənənələrində, mədəni və siyasi əlaqələrində vahid hesab edilən bir ümmətdir. Quranda buyurulur: “(Ey insanlar!) Həqiqətən, bu (tövhid dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!” (əl-Ənbiya, 92).
    İslam məzhəbləri İslamı və onun hökmlərini başa düşmək üçün yaranan yollardır. Bu məzhəblər heç də İslamdan kənar və ya müstəqil deyildir. Başqa sözlə ifadə etsək, məzhəblər öz forma və surətlərini İslamdan götürmüş və onun əsaslarına-Quran və Sünnəyə söykənir. Məzhəblərin yaranmasında və onları bir-birindən fərqləndirən şəriət məsələlərindəki fikir ayrılıqlarının başında isə ictihad durur. Belə ki, ortaya çıxan məsələ və ya hadisə ilə bağlı Qurandan və ya hədislərdən qəti dəlil və açıq-aydın dəlalət edən hökm olmadığı üçün alimlər həmin məsələyə İslamın məqsədləri çərçivəsində ictihad edib fikirlərini söyləyirlər. Belə olduğu təqdirdə İslam alimlərinin öz aralarında fikir mübadiləsi edib ayrı-ayrı görüşlər səsləndirməsi təbii haldır. Çünki alimlər yeni məsələdə ictihad edərkən eyni müstəvidən ona yanaşmırlar. Hər birinin dəlillərə istinad etməsinə rəğmən onların elmi bilikləri, yanaşma tərzi, əldə etdikləri məlumatlar bir-birindən fərqlidir.
    Şəriət məsələlərində ictihad dərəcəsinə yüksəlmiş alimlər qəti sübutlu və açıq aydın dəlalətli ayə və hədislər olmayan yerdə ictihad edib öz rəy və fikirlərini səsləndirə bilərlər. İslam dini ictihad etməyə qadağa qoymayıb, bir halda ki, ictihad əhli mövcuddur. Hələ Peyğəmbərin (s) dövründə belə səhabələr ictihad edərdi, səhv olan yerdə Peyğəmbər (s) onlara düzəliş verər, doğru olan yerdə isə təsdiqləyərdi. Peyğəmbər (s) Əhzab günü Bəni-Qüreyzəyə yola düşəndə səhabələrinə: “Heç kəs Bəni-Qüreyzəyə çatana qədər əsr namazını qılmasın”-deyir. Səhabələrin bir qismi əsr namazını vaxtı çatan kimi yolda qılırlar. O biri qisim isə namazlarını Bəni-Qüreyzəyə saxlayırlar. Birinci qisim Peyğəmbərin (s) əmrindən yalnız tələsməyin vacib olduğunu başa düşür, ona görə də ora vaxtında çatacaqlarından arxayın olub əsr namazını yolda qılırlar. İkinci qisim isə Peyğəmbərin (s) əmrinin zahirini götürüb əsr namazını Bəni-Qüreyzəyə çatana qədər yubadırlar. Peyğəmbər (s) bunu eşidəndən sonra heç birinə etirazını bildirmir və hər iki tərəfin haqlı olduğu anlaşılır. Bu səhabələr tərəfindən ictihad kimi qəbul edilir.
    Başqa bir rəvayətdə isə iki səhabə yol gedir. Namaz vaxtı yetişir. Dəstəmaz almağa su tapmadığından təyəmmüm etməli olurlar. Namaz vaxtı çıxmamış yolda su tapılır. Onlardan biri su ilə dəstəmaz alıb namazını təzələyir. O biri isə təyəmmümlə qıldığı namazla kifayətlənir. Onlar səfərdən qayıdandan sonra Peyğəmbərə (s) bunu xəbər verirlər. Peyğəmbər (s) onlardan namazı təyəmmümlə qılıb kifayətlənə: “Sən sünnətə əməl etdin”-deyir, yenidən dəstəmaz alıb namaz qılana isə: “Sən ikiqat savab qazandın”-deyir.
    Məzhəblərarası yaxınlaşma müsəlmanların bir-birini başa düşməsi üçün İslam alimləri tərəfindən İslam məzhəblərini obyektiv olaraq öyrənilməsi, yeni üslublardan istifadə olunması, cüzi məsələlər istisna olmaqla hər bir məzhəbin əsasnaməsinə aydınlıq gətirilməsi məqsədini güdür.
    Hal-hazırda İslam dünyasında görkəmli alimlər və ziyalılar mövcuddur ki, məzhəblərarası yaxınlaşma mövzusunda beynəlxalq səviyyəli konfranslar keçirdərək bu tendensiyanı inkişaf etdirməkdədirlər. Belə alimlərdən nümunə olaraq görkəmli Misir alimi Doktor Yusif əl-Qərdavini, Əli Cüməni, İran İslam Respublikasının dini rəhbəri Ayətullah Xamneyini, Ayətullah Təsxirini və s. göstərmək olar. Çünki belə bir maarifləndirmə yolu ilə alimlər cəmiyyətdəki boşluqdan və cəhalətdən istifadə edən ekstremist və radikal qüvvələrin qarşısını ala bilərlər.
    Bu nəcib məqsədə nail olmaq üçün Ayətullah Seyyid Əli Xamneyi İslam məzhəblərarası yaxınlaşmanın beynəlxalq akademiyasının əsasını qoymuşdur. Hal-hazırda həmin mərkəz İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərir. Həmin mərkəzin “Risalətut-təqrib” jurnalı iki ayda bir nəşr olunaraq dünya müsəlmanlarını məzhəblərarası yaxınlaşmanın əsas prinsipləri ilə yaxından tanış edir. Həmin jurnal məzhəbindən asılı olmayaraq böyük İslam alimlərinin məqalələrini dərc etdirərək müsəlmanların böyük oxucu kütləsinə çevrilə bilmişdir. Onu da qeyd edək ki, həmin jurnalın indiyədək altmışıncı sayı nəşr olunmuşdur.
    Belə bir nəcib və hədəfli plan tarixdə birinci deyildir. Ondan qabaq İslam məzhəblərarası yaxınlaşma mərkəzi Misir Ərəb Respublikasında da olmuşdur. Belə ki, əl-Əzhər universitetinin şeyxi Mahmud Şəltut belə bir hərəkatın təşəbbüskarı olmuşdur. Onun dövründə “Risalə əl-İslam” jurnalı nəşr olunaraq müsəlmanların məzhəbindən asılı olmayaraq orta xətt üzrə mərkəzləşdirilməsinə çalışmışdır.
    Sonda onu qeyd etmək istərdik ki, məzhəb alimlərinin öz aralarında ortaq məxrəcə gəlməsi müsəlmanların vahid ümmət şəklinə düşməsi üçün geniş imkanlar yarada bilər. İslam alimləri, dini liderlər və mütəfəkkirlər bu sahədə hamıdan daha çox məsuliyyət daşıyırlar. Onların bugünkü və sabahkı nailiyyətləri gələcək İslam nəslinin tərəqqisinin rəhni kimi qiymətləndirilə bilər.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 714 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 2
    Qonaqlar: 2
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru