Avstraliyada anadan olmuşam. Atam hindu, anam xristian, mən isə ateist bir düşüncəyə sahib idim. Ailədə tək uşaq idim. Hər zaman ailə zorakılığının şahidi olmuşam. Dəfələrlə anamın atam tərəfindən döyüldüyünü görmüşəm. Uzun müddət məni bir otağa salıb arxadan kilidləyir, yemək verəndən-verənə qapını açırdı. Atamın başqa bir problemi də var idi. Hər zaman mənim sinifdə birinci olmağımı istəyirdi. İkinci-üçüncü olduğum zaman məni döyürdü. Bir müddət depressiya yaşadım. Məktəbdən qaçırdım. Davamlı olaraq atam məni evdən qovurdu. Bir gün üzərimə bıçaq çəkib, evdən çıxıb getməyimi istədi, əks təqdirdə məni öldürəcəyi ilə hədələdi. 11 yaşından küçələrlə tanışlığım başladı. Küçə insanlarının bütün pisliklərini öyrəndim. İlk narkotik maddəni 11 yaşımda qəbul etdim. Eroindən isə 14 yaşımda istifadə etdim.
Bəs sonra nə baş verdi?
Hamı məni pis yolda istifadə edirdi. Narkotik maddə satırdım. Əmim məni yolda görüb, evinə apardı. Əmimin yoldaşı məni gördükdə isə təhqir etdi. 1 həftədən çox onların evində qala bilmədim. Əmim mənə 500 dollar verib bundan sonra heç bir şey edə bilməyəcəyini dedi. Bir müddət sonra elanlarda ABŞ ordusu haqda məlumat gördü və mənə orduda xidmət etməyimi məsləhət gördü.
Xidmət üçün orduya daxil oldunuzmu?
Əmimin köməkliyi ilə... Amerikalılar bizi bir gəmiyə mindirib bir adaya gətirdilər. O adanın harada yerləşdiyini bilmirdik. 17 yaşıma qədər orada təlim gördüm. Snayper kimi orduda xidmətə başladım. İlk əməliyyatlara isə Əfqanıstan-Pakistan sərhədlərində başladım.
Həyatımın ən böyük sınağını yaşadım. Oyunlarda gördüyüm qorxunc səhnələrin şahidi oldum. Ölümü sanki ucuza satırdılar. İnsanların, dostlarımın gözümün önündə necə can verdiyinin şahidi oldum. Bir gün iki dostumla xidmətə getmişdik. Ancaq atışma zamanı dostlarım öldü və mən tək qaldım. Geri qayıda bilmirdim. Oradaca kiçik bir evin olduğunu görüb səhərə qədər həmin evdə gözlədim. Səhər açıldığında evin taliblər tərəfindən mühasirəyə alındığını gördüm və hər şeyin bitdiyini düşündüm. Onlar mənin amerikalı olmadığımı başa düşüb, evimə geri dönməyimi dedilər. Həmin vaxt çox yorğun idim və yorğunluqdan huşumu itirmişdim. Ayıldığımda isə ABŞ –a məxsus xəstəxanada olduğunu gördüm. Taliblər mənin əşyalarımı qənimət kimi götürsələr də, məni öldürməmişdilər.
Amerika əsgərlərinin fərdi keyfiyyətləri haqda bir az söhbət açardınız...
Amerika əsgərlərinin bəzisi narkotik maddə istifadə edirdi. İnsanları öldürmək üçün bu yola əl atırdılar. Əks təqdirdə belə bir iş görmələri qeyri-mümkün idi. Taliblərin ailələrinə qarşı zorakılıq var idi. Ailələrin onlara məxsus olduğunu sezdikləri anda içəri daxil olub hamını qırırdılar. İtləri belə öldürürdülər. Yaşlı amerikalı əsgərlər daha sərt və pis xarakterli idilər.
ABŞ həbsxanalarında insanlarla necə davranırdılar?
Mən iki ay Quantanamoda xidmət etmişəm. Ora insanların deyil, heyvanların saxlanıldığı yer idi.
Əfqanıstan, İraq və Somalidəki həbsxanalar necə idi?
Somalidə həbsxana deyilən bir şey yox idi. Həbs edilən hər kəs öldürülürdü. Əfqanıstandakı həbsxanalar isə bizim nəzarətimizdə idi. Taliblərdən kim həbs edilirdisə, dərhal Quantanamoya göndərilirdi. Onları ələ keçirmək isə elə də asan deyildi. İldə iki nəfəri ancaq ələ keçirə bilirdik.
Daha sonra bir müddət İraqda xidmət etdim. Sonra məni Xüsusi Dəniz Qüvvələrinə göndərdilər. 6 ay somalili dəniz quldurları ilə mübarizə apardıq. Burada bir quldur tərəfindən ayağımdan bıçaq yarası aldım. Məni Avstraliyaya göndərdilər.
İstanbula necə gəldiniz?
Avstraliyada ikən internetdə bir qız dostum var idi. Onsuzda Amerika ordusundan ayrılmağı düşünürdüm. Bu səbəbdən ayrılıb İstanbula gəldim. Təbii ki, bu qız mənə İslamdan və Qurani-Kərimdən bəhs edirdi. Bundan sonra İslamla maraqlanmağa başladım. Yaşadığım yerdə müsəlman dostlarım var idi. Mənim problemlərindən xəbərləri var idi. Mənə yalnız Allahın kömək edəcəyini söyləyirdilər. Mən də bu tövsiyələrə qulaq asaraq İslamı araşdırmağa başladım və şükürlər olsun ki, müsəlman oldum. Bütün xoşagəlməz davranışlarımdan asanlıqla xilas oldum. İndi isə namazlarımı qılır, ibadətlərimi axsatmamağa çalışıram. Müsəlman olduqdan sonra ilk namazımı Fateh Məscidində qıldım.
İslam necə bir dindir?
Yəhudilər bütün insanları özlərinə kölə etməyə çalışırlar. Ancaq İslam belə deyil. İslam məni sülhə dəvət etdi. İnsanlara yardım etməyi mənə göstərdi. Quran oxuduğum zaman ilk öyrəndiyim şey insanlarla danışarkən, onların əsla yalan danışmayacağını düşünməyim oldu. Bu mənim üçün çox əhəmiyyətlidir.