Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 4 » İMANIN HZ. ƏBU BƏKİR (Allah ondan razı olsun) ZİRVƏSİ
    İMANIN HZ. ƏBU BƏKİR (Allah ondan razı olsun) ZİRVƏSİ
    07:48
    Biz yenə də ənənəmizə sadiq qalaraq məzhəbləri bir-birinə yaxınlaşdırma, “şəxsiyyət söyülməsi” problemini aradan qaldırmaq xüsusundakı məqalələr silsiləsini davam etdiririk. “Hz. Əli(radiallahu anhu) – arzu edilən şəxsiyyət” adlı məqaləmizlə başlanan bu slsiləvi məqalələrin müsəlmanlar arasındakı münasibətləri siyasi, məzhəbi arenadan iman səviyyəsinə qaldıracağına ümid edirik.

    Qeyd edək ki, Hz Əbu Bəkir ® barəsindəki məqalə də eyni mənbədən tərcümə edilmişdir.
    “Məkkənin girişində Əbu Cəhlin (Əmr ibn Hişam) başçılığı ilə kiçik bir dəstə gələn karvanı qarşıladı. Həsrətlə bir-birlərinə sarıldılar... Əbu Cəhl dedi: “Ey Atiq (Əbu Bəkirin müsəlman olmadan qabaqkı adı), dostunun xəbərini sənə çatdırdılarmı?”
    Əbu Bəkir soruşdu: “Məhəmməd əl-Əminimi nəzərdə tutursan?”
    Əbu Cəhl: “Bəli, Haşim oğullarının yetimini nəzərdə tuturam” – deyə cavab verdi.
    Onların söhbəti belə davam etdi:
    - Ey Əmr, sən onun dediklərini özünmü eşitdin?
    - Bəli, özüm eşitdim. Hamı daeşitdi.
    - Nə deyirdi?
    - Göydə tək ilahın olduğunu və o ilahın onu bizə atalarımızın bütlərini tərk edib o tək ilaha qulluq edək deyə göndərdiyini söyləyir.
    - Allahın ona vəhy etdiyini deyirmi?
    - Bəli.
    - “Rəbinin onunla necə danışdığını söylədimi?”
    - Bəli. Cəbrayıl Hira mağarasında ona görünüb...

    Əbu Bəkirin üzü parladı, sanki günəş bütün aydınlığı və parlaqlığı ilə onun üzünə qonmuşdu. Sakit bir səslə dedi: “O deyirsə, doğrudur!”
    Birdən-birə dünya Əbu Cəhlə dar gəldi, addımları bir-birinə dolaşdı, az qaldı ki, yerə yıxılsın.
    Əbu Bəkirin sözü dildən-dilə gəzdi. Hər kəs arılar kimi uğultu ilə bu barədə danışırdı.
    İndi isə onun yuxarıdakı sözü barəsində bir az danışaq:

    “O deyirsə, doğrudur!”

    Bəli... Onun bundan sonrakı həyatını etimad və aydınlığı özündə ehtiva edən bu söz müəyyənləşdirəcəkdi.
    O, sahib olduğu ali zəkası, təbii xüsusiyyətləri və məntiqi sayəsində insanları tanıma xüsusunda hədsiz təcrübəyə sahib idi. Uzun illər boyu Məhəmmədlə (s) birlikdə yaşamışdı. Kamil insanın canlı nümunəsini onda görmüşdü. Bundan dolayı bu böyük xəbəri eşitdikdə onu qəbul etməyə hazır vəziyyətdə idi.
    Məhəmmədin (s) dodaqlarından bir sözün çıxması Əbu Bəkirin inanaraq qəbul etməsi üçün kifayət idi. Onun (s) dilinin bir sözlə hərəkət etməsi onun üçün yetərli idi. Onu (Əbu Bəkiri – mütərcim) misli-bərabəri olmayan bir təsdiq, ali, qəti bir inanc müşayiət edirdi.
    Artıq dilindən düşməyəcək şüarı və nəqəratı “O deyirsə, doğrudur!” sözü olacaqdı. Hər bir ayə endikdə bu sözü deyəcəkdi. Bir fitnənin ortaya çıxdığı zaman bu sözü söyləyəcəkdi. Hər məğlubiyyətdə də bunu təkrarlayacaqdı. Allah onu bu sözə görə mükafatlandırdığı, onu “ikinin ikincisi” və “siddiq” adlandırdığı zamana qədər bu söz onun dilindən düşməyəcəkdi...
    Əbu Bəkir ® Hz. Peyğəmbərin (s) evinə sarı yollandı.... Qapını döydü və çağırdı...
    Allahın elçisi (s) zövcəsinə dönərək səsləndi:
    “Xədicə, bu Atiqdir”
    Peyğəmbər (s) dostuna tərəf getdi. Aralarında belə söhbət oldu: Əbu Bəkir soruşdu:
    - Qardaşım, xalqın barəndə danışdıqları doğrudurmu?
    Peyğəmbər (s) sual etdi:
    - Sənə barəmdə nə dedilər ki?
    - “Dediklərinə görə, Allah yalnız Ona ibadət edib Ona heç bir ortaq qoşmamağımız üçün səni bizlərə peyğəmbər göndərib.
    - Ey Atiq, sən onların dediklərini eşitdikdə nə cavab verdin?
    - Onlara: “O deyirsə, doğrudur” dedim”.
    Bu cavabı eşidən Hz. Peyğəmbərin (s) gözləri məmnunluq və şükür duyğuları ilə yaşardı...
    İnsanlar deyirdilər: “Məhəmməd və Əbu Bəkir... Allaha and olsun ki, onlar heç vaxt zəlalət və sapma üzrə bir araya gəlməzlər.”
    Peyğəmbər (s) sonralar onun barəsində tez-tez söhbət açacaqdı. Dedikləri arasında bunlar da yer alacaqdı:
    “Bizə dəstək olan hər bir kəsin qarşılığını verdik. Ancaq Əbu Bəkir bu kəslərdən deyildir. Onun bizə etdiyinin qarşılığını Allah Qiyamətdə verəcəkdir!”
    “Heç kimin var-dövləti mənə Əbu Bəkirin var-dövləti qədər faydalı olmamışdır”.
    “Kimə İslamı qəbul etməsi üçün yaxınlaşdımsa, tərəddüd edərək yubandı. Ancaq Əbu Bəkir xaric... O, nə tərəddüd göstərmiş, nə də yubanmışdır”.
    Bu deyilənlər Əbu Bəkirin imanına işıq salan ən dürüst, ən doğru, ən təmiz sözlərdir. Bu, heç vaxt yerində saymayan, tərəddüd etməyən imandır!!!
    İslamla ilk dəfə qarşılaşdığı zaman duruxmamış, qəbul etməkdə yubanmamış, əksinə, sanki uzun müddət gözləyirmiş kimi, dərhal qəbul etmişdi.
    Qəbilələr islamdan üz çevirdikləri zaman da (Riddə hadisəsi) səndələmədi, duruxmadı. Əksinə, bu iman müsibət və çətinliklər burulğanında daha da gücləndi. Əbu Bəkir (s) o günlərdə dərhal edilməsi lazım olanı dərk etmiş və bu vəzifəni ən gözəl şəkildə yerinə yetirmək üçün hərəkətə keçmişdi.
    Möminlərin imanının ağır bir imtahanla yoxlanıldığı bu dövrdə Əbu Bəkirin imanından güclü, sabit iman yox idi...
    Bir gün ikindi vaxtı bütün Məkkə lərzəyə gəlmişdi. Əbu Cəhl bəzi işlərini görmək üçün çölə çıxmışdı. Kəbənin yanından keçirdi. Peyğəmbərin (s) tək başına oturduğunu gördü. Təhqiredici şəkildə onu üzmək üçün soruşdu:
    - Dünən gecə sənə yeni bir şey gəlmədi ki?
    Peyğəmbər (s) ona sarı başını qaldırdı və ciddi bir şəkildə cavab verdi:
    - Bəli, gəldi. Dünən axşam Şamdakı Beyt əl-Məqdisə aparıldım.
    Əbu Cəhl lağedici tərzdə soruşdu:
    - Sonra da səhər buraya gəldin, hə?
    Peyğəmbər (s) bu suala: “bəli” – deyə cavab verdi.
    Əbu Cəhl dəli kimi bağırdı: “Ey Kəb ibn Lüey oğulları! Buraya gəlin!”
    Qüreyş əhalisi bir-birini səsləyərək toplaşmağa başladı. Peyğəmbər (s) İsra hadisəsi barədə onlara hələ heç nə danışmamışdı. İnsanlar Kəbənin ətrafına toplaşdılar. Əbu Cəhl də bir az əvvəl eşitdiklərini keyflə onlara danışmağa başladı. O, bunu bütün möminləri ondan uzaqlaşdırmaq üçün bir fürsət zənn edirdi. Möminlərdən biri ona (Peyğəmbərə - mütərcim) yaxınlaşıb soruşdu:
    - Ey Allahın rəsulu, həqiqətən də dünən gecə bu səfəri etdinmi?
    Peyğəmbər (s) ona: “Bəli, həm də orada peyğəmbər qardaşlarıma namaz qıldırdım” – deyə cavab verdi.
    Toplaşmış izdiham bu sözləri inkaredici tərzdə qarşıladı. Müşriklər bu hadisə ilə Peyğəmbərin (s) sonunun gəldiyini düşünürdülər. Bəzi müsəlmanlarda şəkk-şübhə halı sezilirdi. Bir neçə Qüreyş lideri sevinc içərisində Əbu Bəkirin ® evinə sarı qaçdı. Onlar bundan sonra insanların yeni dini tərk edəcəklərinə şübhə etmirdilər.
    Əbu Bəkir Şam və Məkkə arasındakı məsafənin uzaqlığını və bu məsafəni qət etmək üçün nə qədər əzab-əziyyətli bir yolçuluğun tələb olunduğunu hamıdan daha yaxşı bilirdi.
    Bir insan bir-neçə saat ərzində oraya necə gedə, namaz qılıb qayıda bilərdi, axı?
    Əbu Bəkirin evinə çatdılar və ona səsləndilər:
    - Ey Atiq, bu vaxta qədər dostunun dediklərini bir az bel bağlamaq olardı. Ancaq indi yox. Gəl, bir dinlə, gör nə deyir.
    Sükut və təəccüb içərisində evdən çölə çıxdı:
    - Xeyirdir, nə var?
    - Dostun...
    - Vah halınıza, yoxsa başına nə isə bir şeymi gəlib?
    - O, Kəbənin yanında xalqa dünən gecə Beyt əl-Məqdisə gedib necə geri qayıtması haqqında danışır.
    Bu arada aralarından birisi qabağa gələrək istehza ilə dedi:
    - Gecəyarısı getib, səhər də yanımıza qayıdıb.
    Əbu Bəkir bu sözlərə belə qarşılıq verdi:
    “Burada təəccüb ediləsi nə var, axı? Mən onun daha böyük, inanılması insanlara mətin kimi görünən sözlərinə inanıram. Gecənin, gündüzün istənilən anında özünə göydən bir xəbər gəldiyini bildirdikdə dediyini təsdiq edirəm. O deyirsə, doğrudur!”
    Əbu Bəkirin imanı ® təsadüfün deyil, əksinə, saf yaradılışın gətirdiyi bir iman idi...
    O, duyğuların səbəb olduğu həyəcanla deyil, məntiq və zəkasının yol göstəriciliyi ilə iman etmişdi.
    Onu iman etməyə sövq edən güc, yalnız qəlbinin səsi deyil, qəlbindən qabaq ağlının səsi idi.
    Əbu Bəkir sürətli addımlarla Kəbəyə, Peyğəmbərin yanına yollandı. Onu qucaqlayaraq dedi:
    “Anam-atam sənə qurban olsun, ey Allahın rəsulu! Allaha and olsun ki, sən doğru danışırsan, vallah, sən doğru danışırsan”.
    Hicrətin 5-ci ili, Zülqadə ayı... Peyğəmbərlə (s) birlikdə müsəlmanlar ümrə məqsədilə Məkkəyə getmək üçün Mədinədən yola çıxırlar. Bu yolçuluq xəbəri çox qısa bir müddətdə Məkkəyə çatır. Məkkədə Peyğəmbərin (s) gəlişinə mane olmaq üçün bir izdiham yaranır. Bu məsələ ilə bağlı Süheyl ibn Əmri Peyğəmbərin (s) yanına göndərirlər...
    Nəticədə tərəflər arasında bir anlaşma bağlanır. Müsəlmanlar bu il ümrə etməyəcək, Mədinəyə qayıdacaqdılar...
    Bu, müsəlmanların dözmələri mümkün olmayan bir səhnə idi. Beytülhəramı ziyarət etməyərək necə geri dönə bilərdilər, axı?!
    Baş verən bu qorxulu, həyəcanlı anları imanla, fədakarlıqla dolub-daşan insanlardan biri – Ömər ibn əl-Xəttab ® bizə belə təsvir edir. Peyğəmbərin (s) yanına gedərək onunla mübahisə etməyə başlayır:
    - Ey Allahın rəsulu! Sən haqq və doğruluq peyğəmbəri deyilsənmi?
    - Bəli, ey Ömər. Mən Allahın haqq və doğruluq peyğəmbəriyəm.
    - Elə isə dinimiz xüsusundakı bu rəzilliyi nə üçün qəbul edirsən?
    - Ey Ömər! Mən Allahın elçisiyəm. Ona qarşı çıxmaram. Etdiklərimdə O, mənə kömək edəcəkdir.
    - Sən bizə Allahın evini ziyarət edəcəyimizə dair söz vermədinmi?
    - Ey Ömər mən sizə: “bu il ziyarət edəcəksiniz”mi dedim?
    - Xeyr.
    - Heç bir şübhə yoxdur ki, sən Allahın evinə gedəcək onun ətrafında dövrə vuracaqsan!
    Bu dialoq o günlərdə müsəlmanların şahid olduqları böhranın dərəcəsini göstərir... Ancaq, görəsən, bu hadisə zamanı Əbu Bəkir ® nə ilə məşğuldur? Şübhəsiz ki, Əbu Bəkir bu çətin saatlarda iman sənətinin ustadıdır və o, hər bir zaman iman ustadı olaraq qalacaqdır...
    Ömər ® həyəcanla Peyğəmbərin (s) yanından ayrılır. Sahib olduğu əxlaqı, ədəbi Peyğəmbərlə (s) mübahisəsini davam etdirməsinə imkan vermir. Bu məsələni kimlə danışsın? Bu məsələni açıb-danışması üçün Əbu Bəkirdən ® savayı heç kim yoxdur...
    Peyğəmbərdən soruşmuş olduqlarını ondan soruşur. Əbu Bəkir də ® Peyğəmbərin (s) dediklərinin eynilə ona təkrarlayır. Sonralar Ömər ® bu barədə deyəcəkdi: “Əbu Bəkir ® əlimdən tutdu və qüvvətlə özünə sarı çəkərək dedi: “Ey insan! O, Allahın peyğəmbəridir. Əsla, Ona (Allaha – mütərcim) qarşı çıxmaz. Şübhəsiz ki, Allah ona işində kömək edəcəkdir. Onun dediklərini eşit, göstərdiyindən yapış. Allaha and olsun ki, o (Peyğəmbər (s) – mütərcim), haqlıdır!”
    Əbu Bəkirin dediklərindən sonra Allah qəlbimə bir rahatlıq verdi və mən bunun həqiqət olduğunu baş düşdüm”.
    Bax, bu, Əbu Bəkirin ® səndələməyən, tərəddüd göstərməyən imanıdır...
    Gizlində və açıqda heç vaxt qəflət içərisində olmayan, şübhəyə düşməyən bir imandır bu...”
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 658 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 22
    Qonaqlar: 22
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru