Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19623 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16670 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13819 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9569 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9094 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Dekabr » 25 » HİCAB QADAĞASI ÖLKƏNİ YENƏ QARIŞDIRDI
    HİCAB QADAĞASI ÖLKƏNİ YENƏ QARIŞDIRDI
    12:01

    Bakıda bir qrup dindar orta məktəbə hücum edib. Bakı Şəhər Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov APA-ya deyib ki, dekabrın 23-də 20-yə yaxın dindar Bakının Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən 103 saylı orta məktəbə hücum edərək təhsil müəssisəsinin şüşələrini sındırıb. Onlar bu addımı məktəbdə hicaba qoyulmuş qadağaya etiraz əlaməti olaraq atdıqlarını deyiblər.

    Dindarlar məktəbin qapısına xəbərdarlıq yazaraq məktəblilər arasında hicaba qoyulmuş qadağa aradan qaldırılmasa, təhsil müəssisəsini yandıracaqları barədə xəbərdarlıq ediblər. M.Bayramov hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verildiyini, artıq polis tərəfindən araşdırmalara başlandığını qeyd edib: "Hüquq-mühafizə orqanları araşdırmalara başlayıb. Binəqədi Rayon Polis İdarəsi tərəfindən məktəbin mühafizəsinə polis nəfərləri ayrılıb”.
    M.Bayramov onu da deyib ki, paytaxt məktəblərində təxminən 1000 şagird hicab taxır. Aparılan danışıqlar nəticəsində onların yarısı hicabdan imtina edib.
    Bu olayı yerindəcə aydınlaşdırmaq üçün dünən adıçəkilən məktəbə baş çəkdik. Məktəbin direktoru Yusif Alməmmədov səhhətində yaranmış problemlə əlaqədar işə gəlmədiyi üçün suallarımızı tədris işləri üzrə direktor müavini Vaqif Quluzadə cavablandırdı.

    "Bacılarımızın başını açsanız, məktəbi yandıracağıq”

    V.Quluzadə bildirdi ki, Xocasən dindar kənd yeri olduğu üçün iş bu yerə gəlib çatıb: "Bizim məktəbdə 545 şagird təhsil alır. Onlardan təqribən 20-si hicablı şagirdlərdir. İndiyə qədər şagirdlərə qarşı kobud rəftar olunmayıb. Biz sadəcə Təhsil Nazirliyinin əmrinə tabeyik və qəbul olunan qərarı yerinə yetirməliyik. Hicablı şagirdlərə hicabla dərsə gəlməmək barədə məlumat verdik. Artıq bir neçə gün idi ki, hicablı şagirdlərin valideynləri narazılıq edirdi. Biz onlara deyirdik ki, bir qədər dözümlü olsunlar, bəlkə problem həll oluna. Ancaq dekabrın 22-də məktəbin divarına vurulan xəbərdarlıq xarakterli yazıdan işarəni anlamışdıq. Orada yazılırdı ki, "Bacılarımızın başını açsanız, məktəbi yandıracağıq, oturub bu barədə fikirləşin”.
    V.Quluzadə ertəsi gün dərsdən sonra bir qrup dindarın məktəbə hücum etməsini təxribat kimi qiymətləndirdi: "Məktəbin şüşələrini sındırdılar, rəhbərliyi hədələdilər. Binanı yandıracaqlarını bildirdilər. Vəziyyətin gərgin olduğunu görəndə rayon icra hakimiyyətinə, polisə və təhsil idarəsinə məlumat verdik. Onların dediklərindən belə görünür ki, bu proses davam edəcək. Ancaq bura təhsil müəssisəsidir, bizim heç bir təqsirimiz və ixtiyarımız yoxdur. Onlar Qafqaz Müsəlmanları İdarəsinə və Təhsil Nazirliyinə müraciət etsinlər”.
    V.Quluzadə sonda onu da dedi ki, 103 saylı məktəbdə bazar ertəsindən etibarən yenə də ənənəvi dərs günüdür: "Məktəb işləyəcək və hamı dərsə gələcək. Yalnız hicablı şagirdlər dərsə hicabla buraxılmayacaq. Nazirliyin əmri bütün orta məktəblərə olduğu kimi bizə də şamildir”.

    Dindarlar polisin təxribat törətdiyini iddia edir

    Dindarların orta məktəbə hücum edərək orada şüşələri sındırması barədə məlumatlar təkzib olunub. Bu barədə "islam-azeri” saytı xəbər yayıb. Xocasəndəki 103 saylı məktəbə etiraz üçün getdiklərini bildirən yerli sakinlər orada heç nə sındırmadıqlarını və məktəbi yandıracaqları ilə hədələmədiklərini bildiriblər. Xocasən sakini Azər Sərcanov isə daha maraqlı açıqlama verib: "Məktəbdəki təxribat elə polis tərəfindən törədilib. Biz qəsəbə sakinləri təbii ki, övladlarımızın məktəbə hicabla buraxılmaması ilə razı deyilik. Elə bu narazılıq bizi məktəb direktoruna etiraz etməyə sövq edib. Lakin hazırda dövlət mətbuatında yazıldığı kimi, biz orada heç nə sındırmamışıq və direktoru məktəbi yandırmaqla hədələməmişik. Bunlar hamısı yalandır, dindarlara atılan böhtandır. Oradakı təxribat məhz polis əməkdaşları tərəfindən törədilib”.
    Xocasənin axundu Hacı Telman Əsədullayev APA-ya deyib ki, dindarların orta məktəbə hücum etməsi barədə yayılan məlumatlar həqiqətəuyğun deyil: "Biz məktəbə hücum etməmişik. Şüşələri də biz qırmamışıq. Şagirdlərə hicaba qadağa qoyulmasına etiraz edirik. Hicab bağlayan övladlarımız təhsildən kənarda qalmamalıdır. Məktəb rəhbərliyi ilə bununla bağlı dəfələrlə danışıq aparmışıq. Lakin nəticə olmayıb. Hicablı şagirdlər dərsə buraxılmasa, onlar övladlarını məktəbdən çıxaracaq. Mənim qızım da bu məktəbdə oxuyur. Onun 6 yaşı var və bu yaşda hicab bağlamır. Şəriət buna imkan verir ki, uşaqlar 9 yaşa çatandan sonra hicab taxa bilər. Qızımın 9 yaşı tamam olanda o da hicab bağlayacaq. O zaman qızımı məktəbə buraxmasalar, bu problem müsbət həllini tapmasa, övladımı məktəbdən ayırmağa məcbur olacam. Kəndin bütün dindarları bu fikirdədir”.
    Xocasən məktəbinə etiraz üçün getdiklərini bildirən yerli sakinlər orada heç nə sındırmadıqlarını və polisə qarşı güc tətbiq etmədiklərini bildiriblər. Qəsəbə sakini Hacı Azər deyerler.org saytına bunları deyib: "Hicablı uşaqların valideynləri məktəbin həyətinə yığışıb övladlarının dərslərə buraxılmamasına etiraz etdilər. Onlar tələb edirdi ki, bizə hicablı uşaqların məktəbə buraxılmaması ilə bağlı təhsil nazirinin sərəncamını göstərsinlər. Orada heç bir qarşıdurma olmayıb. Məktəbin şüşəsinin sındırılması da tam yalandır, çünki məktəbin şüşəsini oranın şagirdlərindən biri 3-4 gün qabaq sındırıb. Dünən (srağagün-red.) məktəbə Binəqədi RPİ 40-ci polis bölməsinin rəis müavini, təhsil idarəsindən nümayəndə də gəlmişdi. Camaatla çox pis rəftar etdilər. Hətta polisə göstəriş verdilər ki, nəyin bahasına olursa-olsun camaatı ərazidən uzaqlaşdırsınlar. Tam əminliklə deyirəm ki, orada hansısa qarşıdurmanın olması xəbəri həqiqətəuyğun deyil”.
    Qeyd edək ki, 22 hicablı uşaq dünən də birinci dərsdən sonra yenə məktəbdən çıxarılıb.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də baş verənlərə münasibət açıqlayıb. Komitədən APA-ya bildirilib ki, məktəbdə vahid məktəbli formasının tətbiqinə etiraz edən və bunu hicabın qadağan olunması kimi qələmə verənlər səmimilikdən uzaq adamlardır: "Onlar qəbul etməlidir ki, bu məsələ qanunla tənzimlənir və qanunun tələbinə hər kəs əməl etməlidir. Bütün qanunsuz aksiyaların qarşısı alınmalıdır. Bu, din yox, hüquq məsələsidir”.

    "Məscidlərin önünə polis qüvvələri yerləşdirilib”

    Dünən Gəncədə "Şah Abbas” məscidinin yaxınlığında da 500-dən çox dindar etiraz aksiyası keçirib. Onlar orta məktəblərdə şagirdlərin hicab bağlamasına qadağa qoyulmasına etiraz edib. Aksiya iştirakçıları məscidin önündə "Allahu-Əkbər” şüarını səsləndirib. "Azadlıq” radiosunun verdiyi xəbərə görə, polis dindarların aksiyasını dağıdıb. Qadınlarla da kobud rəftar edilib, onlarla aksiya iştirakçısı saxlanılıb. Polis "Azadlıq” radiosunun hadisə yerində olan əməkdaşına da təzyiq göstərib, jurnalistin çəkiliş aparmasına imkan verilməyib.
    Gəncədəki "Furqan” İctimai Birliyinin sədri Hacı Vüqar İsgəndərov deyerler.org saytına bu aksiya ilə bağlı açıqlamasında deyib ki, 500-dən çox dindar Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına yürüş etmək istədikdə məscidin ətrafında olan 100-ə qədər polis inanclı insanlara hücum edib: "Polis dindarlara zor tətbiq edib, onları dəyənəklərlə döyüb. Həbs olunanların dəqiq sayını hələ bilmirik. Amma 30-40 nəfərin saxlanılması haqda məlumatlar var. Bu etiraz aksiyalarına heç bir aidiyyəti olmayan, yoldan keçən insanlar da həbs edilib. Bu da azmış kimi, polislər məscidin qapısını bağlayaraq içəridə namaz qılan insanları bir-bir çölə çıxarıblar. Onların arasında yaşca böyük olanlar da saxlanılıb və polis zorakılığına məruz qalıb. Bildiyimiz kimi, bu gün (dünən-red.) ölkə başçısının doğum günüdür və bununla bağlı Gəncədə bu gün (dünən-red.) keçiriləcək tədbirlərə dünəndən (srağagündən-red.) hazırlıq gedib. Şəhərdə tanınmış insanlar polis idarəsinə aparılaraq izahatları alınıb. Hazırda məscidlərin qarşısında polis qüvvələri yerləşdirilib. Biz polis zorakılığını pisləyirik”.
    Xatırladaq ki, Təhsil Nazirliyinin hicabla bağlı məlum qərarından sonra bu ay yasağa etiraz olaraq Bakı, Masallı və Astarada da etiraz aksiyaları keçirilib.

    Emil SALAMOĞLU

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 1028 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2010  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru