ƏL-HƏSİB (1)– Haqq-hesab tələb edən, heç bir şeyi nəzərdən qaçırmayan deməkdir. «Hesab edən olaraq Allah kifayətdir». (ən-Nisa 6). Həsib –qiyamət günü qullarını hesaba çəkəcək və sorğu-sual edəndir. Hər bir xeyir Ondan umulur, rəhməti ilə bəla və müsibətləri dəf edəndir. Ehtiyaclar üçün Ona dua edildiyinə görə ehtiyacları qarşılayandır. Hesab çəkən, şahid olan Uca Allahdır. Ömər – radiyallahu anhu – deyərdi ki: «Hesaba çəkilmədən əvvəl nəfislərinizi hesaba çəkin. Əməlləriniz çəkilmədən əvvəl sizlər əməllərinizi çəkin və Uca Allahın buyur-duğu o, günə hazırlaşın. «O, gün siz Rəbbinizin hüzuruna gətiriləcəksiniz. Sizin heç bir sirriniz (Allahdan) gizli qalmayacaqdır». (əl-Həqqa 18).
(1) Şeyx Useymin bu İsimləri «Allahın İsim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir.