ƏL-HƏLİM (1)– Səbirli və təmkinli. Cəzalandırmağa gücü çatdığı halda həmən cəzalandırmayan, qullarının üsyanlarına qarşı həmən qəzəbə dalmayan deməkdir. «Allah bağışlayan və həlimdir». (əl-Maidə 101). İbn Qeyyim – rahmətullahi aleyhi – deyi ki: «Allah həlimdir. Etdiyi günahdan ötrü tövbə etməsi üçün qulunu cəzalandırmada tələsməyəndir». Xattabi –rahmətullahi aleyhi – deyir ki: «Həlim günahları bağışlayan, cəzalandırmağa tələsməyən. Bu İsmi gücü olduğu halda bağışlayana verilir, gücü olmadan bağışlayana bu İsim verilməz». «Əgər Allah insanları etdikləri günahlara görə cəzalandırsaydı yer üzündə bir nəfəri də belə (sağ) qoymaz. Lakin Allah onları müəyyən bir vaxta qədər gecikdirir». (Fatir 45). «Əgər Allah insanları günahlarına, haqsızlıqlarına görə cəzalandırsaydı, yer üzündə bir canlını da sağ qoymazdı. Lakin Allah onlara müəyyən müddət möhlət verir». (ən-Nəhl 61). Qurani Kərimdə 15 yerdə keçməkdədir. Bunlardan 11-də Allaha, 2-də İbrahimə, 1-də Şueybə, 1-də İsmailə izafə edilmişdir. Bu İsim Qurani Kərimdə tək işlədilməyərək bütün günahları bağışlayan GAFUR, haqqı ilə bilən ALİM, hər şeydən mustəğni olan, hər şeyin Ona möhtac olduğu varlıq GANİYY, az yaxşılığa çox mükafat verən ŞƏKUR ilə birlikdə işlədilmişdir. «Şübhəsiz Allah biləndir Həlimdir». (əl-Həcc 59). «Və bilin ki, şübhəsiz ki, Allah bağışlayandır, (qullara) yumşaq davranandır». (əl-Bəqərə 235). Halimi – rahmətullahi aleyhi – deyir ki: «Günahları səbəbilə qullarına nemət verməyi və yaxşılıq etməyi kəsməyəndir. O, ona itaət edəni ruziləndirdiyi kimi, Ona üsyan edəni də ruzilən-dirir. Ondan qorxan və yaxşılıq edənlərə nemət verməyə davam etdiyi kimi, günah etməyə davam edən qullarına da nemət verməyə davam edər. Bəla və müsibətlərdən qoruması üçün Ona dua edəni və ya ibadət ilə məşğul olub bu istəkdə olmayanı qoruduğu kimi, dua etməyib və Ondan qafil olan kimsələri də bəla və müslibətlərdən qoruyar»(2).
(1)Şeyx Useymin bu İsmi «Allahın İsim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir. (2)Beyhəqi «Əsməu vəs Sifət» 53.
|