Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 16 » HƏFİZ-HAFİZ
    HƏFİZ-HAFİZ
    15:28


    ƏL-HƏFİZ (1)– Qoruyan, mühafizə edən deməkdir. «Heç şübhəsiz ki, Quranı biz nazil etdik və biz də onu qoruyacağıq (HƏFİZ)». (əl-Hicr 9). «Allah özü ən yaxşı qoruyandır…». (Yusif 64). Halimi – rahmətullahi aleyhi –deyir ki: «Həfiz qullarını din və dünya işlərində təhlükələrdən qoruyan deməkdir». Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah –sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən biriniz yatağına təkrar dönərsə paltarının ətəyi ilə yatağını silsin və Allahın adını söyləsin. Çünki yatan kimsə ondan sonra yatağına hansı məxluqun girdiyini bilməz. Yatmaq istədiyi zaman sağ yanı üzərə uzanaraq belə dua etsin: Ya Rəbbim! Sən bütün

    nöqsanlıqlardan uzaqsan. Ya Rəbbim! Sənin adınla yatağıma uzandım və yenə də Sənin adınla qalxıram. Əgər canımı alacaqsansa ona məğfirət et. Əgər sağ qalacağamsa onda saleh qullarını qoruduğun kimi məni də qoru»(2).
    ƏL-HAFİZ – Allah qullarına qarşı hafiz – qoruyan və himayə edəndir. Hər müsəlman bütün şeyləri qoruyanın uca Allah olduğunu, Onun Hafizolduğunu bilməlidir. Allah bizi, söz, əməl və mələkləri ilə qullarını qoruyur.«Sənin Rəbbin (hər şeyi) hifz edəndir». (Səba 21). «Allahdan başqasını dost tutanlar üzərində Allah özü nəzarətçidir (HAFİZDİR)». (əş-Şura 6). Hafiz –sıxıntı anında səni şikayət etməkdən qoruyan, nemət zamanında da səni fəlakətlərdən qoruyandır. Abdurrahman əs-Sədi – rahmətullahi aleyhi – deyir ki, bu İsmin iki mənası vardır. 1. Hafiz – qullarının xeyir, şərr, qəbul, inkar, itaət və günah etdiklərini qoruyandır. Çünki zərrə miqdarı belə olsa, bunlarla əlaqəli heç bir şey Ondan qaçmaz. Onun bu əməlləri qoruması, bu əməlləri nəzarət altına alması və hesabını etməsi deməkdir. Onun elmi qullarının açıq və gizli bütün əməllərini əhatə edir. O, bu əməlləri, bu əməllər meydana gəlmədən əvvəl, hətta göyləri və yerləri yaratmadan əvvəl Lövhi Məhfizda yazmışdır. Allah qullarının bu əməllərini nəzarət etmək işini Hafizi, Kiramən Kətibin mələklərinə vermişdir. Çünki bu mələklər qulların nə etdiklərini bilirlər. 2. Hafiz – Allahın qullarını xoş olmayan bütün şeylərdən qorumasıdır. Allahın qullarını qoruması isə iki cürdür. 1) ÜMUMİ QORUMA – Allahın yaratdıqlarını, güclərinin yetəcəyi və niyyət etdikləri şeyləri onlara asanlaşdırmaq surətilə qorumasıdır. Onlar Onun hidayətinə və öz məsləhətlərinə uyğun şeylərə Allahın irşadı və hidayəti sayəsin-də çatırlar. «Rəbbimiz hər şeyə öz surətini, şəklini verən sonra ona doğru yolu göstərən Allahdır!». (Ta ha 50). Hər bir varlığa zərurətlərinə və ehtiyaclarına görə doğru yolu göstərir. Sonra da ona təqdir edilən yemək, içmək və bunları qazanmaqda vəsilələr və alətlər verir. Əgər Allahın bütün varlılıqları qoruması olmasaydı varlığı mümkün olan heç bir şeyin varlığı davam etməzdi. Allah bütün varlılıqları təkrar yoxluğa dönməkdən qorumuşdur. Göyləri yerə düşməkdən qoruyan və tutan Odur. «Həqiqətən Allah göyləri və yeri zaval tapmasınlar deyə tutub saxlayır. Əgər onlar öz mehvərindən çıxsalar Allahdan başqa onları kim tutub saxlaya bilər. Doğurdan da Allah həlim və bağışlayandır». (Fatir 41). 2) XÜSUSİ QORUMA – bu da Allahın öz dostlarını xüsusi olaraq qorumasıdır. Çünki Uca Allah dostlarını onların imanlarına zərər verəcək və inanclarını sarsıdacaq fitnələrdən, şübhələrdən və şəhvətlərdən qoruyar. Bu cür zərərli şeylərdən onları uzaq tutar və onları salamat edər. Onları cin və insanlardan olan düşmənlərdən qoruyar. Düşmənlərinə qarşı onlara yardım edər. Düşmən-lərinin hilələrini onlardan uzaqlaşdırar. «Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah həqiqətən heç bir xain və nankoru sevməz!». (əl-Həcc 38). Ən mühüm qoruması isə qəlbləri qorumasıdır. Müsəlmanın dinini hər cür küfr, nifaq, fitnə, hədsiz arzu və istəklərdən, bidətlərdən qoruması qorumaların ən böyüyüdür. Çünki bu sayədə müsəlman doğru yoldan ayrılıb başqa yollara sapmaqdan qurtulur. «Allah iman edənləri dünya və axirətdə möhkəm bir sözlə sabit-qədəm edər». (İbrahim 27). Əgər bu cür qoruma olmasa insan Cəhənnəmə girər.

    Abdullah b. Abbas - radiyallahu anhə– rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbər –sallallahu aleyhi və səlləm– in arxasında oturmuşdum. O, buyurdu: «Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, onu öz qarşında tapasan»(3). Burada Allahı qorumaqda məqsəd onun əmrlərini yerinə yetirərək qadağalarından çəkinərək və qoyduqları sərhədləri aşmayaraq qorumaqdır. Sən belə davrandıqda O, da sənin dinini, malını, uşaqlarını və özünü hər bir şeydən qoruyar. Əbu Suleyman Xattabi – rahmətullahi aleyhi – deyir ki: «Hafiz, Həfiz mənasındadır. Qadir ilə Qədir, Alim ilə A’lim kimi. Allah göyləri və yeri və ikisi arasında olanları müəyyən etdiyi bir zamana qədər qoruyandır. Buna görə də varlılıqlar yox olub dağılmazlar. «Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir». (əl-Bəqərə 255). «(Biz həm də göyü) itaətdən çıxmış hər bir şeytandan qoruduq». (əs-Saffət 7). Allah qullarını təhlükələrdən, fəlakətlər-dən və pis sonlardan qoruduğunu bizə belə xəbər verir. «İnsan üçün onu öndən və arxadan təqib edən mələklər vardır». (ər-Rəd 11). Mələklər Allahın əmri ilə onları qorumaqdadırlar. Onların bütün sözlərini və əməllərini yazmaqdadırlar. Allah insanların niyyətlərini, sirlərinivə sinələrində saxladıqlarını da bilməkdə-dir. Heç bir şey Ona gizli deyildir.Onun üçün gizli sayılan bir şey gizli deyildir. Allah dostlarını günah etməkdən və şeytanın hiylələrinə düşməkdən qoruyar. Bu sayədə Allah dostları şeytanın hiylələrindən və fitnələrindən qurtulurlar. Hər bir müsəlman bütün varlığı qoruyan Uca Allah olduğunu, Onun Hafiz və Həfiz olduğunu bilməlidir. Allah bütün varlığı qoruyandır. O, bütün hər şeyi toplu və ayrıntılı olaraq biləndir. O, heç bir şeyi unutmaz, səhf etməz və itirməz. O, Quranı hər cür təhrif və dəyişikliklərdən qoruyar. Sıxıntı zamanında səni şikayət etməkdən qoruyan. Nemət zamanında da səni fəlakətlərdən qoruyandır.

    Allahın bütün varlıqları qoruması olmasaydı, varlığı mümkün olan heç bir şeyin varlığı davam etməzdi. Allah bütün varlıqları təkrar yoxluğa dönməkdən qorumuşdur. Göyləri yerə düşməkdən qoruyan və tutan da Odur. Yer üzünü su üzərində yaradan da Odur. Qüdrəti ilə yer üzünü, üzərində yaradıldığı suyun dibinə çökməsini qoymayan Odur. Ancaq Allahın qoruması buna manedir.


    (1) Şeyx Useymin bu İsimləri «Allahın İsim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr
    edir.
    (2)Buxari 6320, Müslim 2714.
    (3)Tirmizi 2516. əl-Albani «Səhih əl-Cəmi» 7834-cü hədis.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: azik30 | Baxılıb: 839 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 13
    Qonaqlar: 13
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru