ƏL-HƏFİ (1)–Lütfkar, xoşsifət, bilmək, sevinmək, «O, mənə qarşı çox mehriban və lütfkardır (HƏFİ)». (Məryəm 47). Əzhəri – rahmətullahi aleyhi –deyir ki: «Həfi – bilmək, sevinmək». Suddi – rahmətullahi aleyhi – deyir ki: «Dostluq, yoldaşlıq, çox yaxın bir münasibət». Bəzən də Həfi Hakim mənasında da işlədilir. Ərəblər hakimlərə Həfi də deyərdilər. Həmçinin də yaxşılıq edən, hörmət edən, köməyə gəlmək mənasındadır. Dilçi alimlərindən əl-Fərra – rahmətullahi aleyhi – deyir ki: «O, mənə qarşı çox mehriban və lütfkardır». (Məryəm 47) ayəsində mən qarşı lütfkar davranan, dua etdiyimdə duamı qəbul edən, ehtiyaclarımı qarşılayan şəkilindədir» deyə açıqlamışdır.
(1) Şeyx Useymin bu İsimləri «Allahın İsim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir.