Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19779 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16946 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13941 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9746 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9189 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » İyul » 14 » Fitneler qarshisinda ISLAMIN movqeyi
    Fitneler qarshisinda ISLAMIN movqeyi
    13:39


    Şübhəsiz ki, həmd ALLAH`adır. Ona həmd edir, Ondan yardım və bağışlanma diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq. ALLAH kimə hidayət versə, heç kim onu azdıra bilməz. Kimi də azdırsa, heç kim hidayət edə bilməz. Şəhadət edirəm ki, ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur; O təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur.

    "Ey iman gətirənlər! ALLAH`dan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali İmran surəsi, 3/102)

    "Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox insan və qadınlar törədən RƏBB`inizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz ALLAH`dan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki,  ALLAH sizin üzərinizdə gözətçidir!” (ən-Nisa surəsi, 4/1)

    "Ey iman gətirənlər! ALLAH`dan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, ALLAH) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs ALLAH`a və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.” (əl-Əhzab surəsi, 70/71)

    Ey müsəlmanlar! Şübhəsiz ki,  İslam şəriəti üstün şəriətdir. Ən dəyərli xüsusiyyəti isə yaradılanların RƏBB`in qoyduğu qaydalara tabe olaraq yer üzündə yalnız ALLAH`a ibadət etmələri və Ona şərik qoşmamalarıdır. Bütün bunlar xeyir, nur və xoşbəxtlikdir.

    "ALLAH yanında (haqq olan) din, əlbəttə, İslamdır. Kitab verilmiş şəxslər (yəhudilər və xaçpərəstlər) ancaq (bu dinin həqiqi olduğunu) bildikdən sonra aralarındakı paxıllıq üzündən ixtilafa (ayrılığa) başladılar. ALLAH`ın hökmlərini inkar edənlərlə, şübhəsiz ki, ALLAH tezliklə haqq-hesab çəkəcəkdir.” (Ali İmran surəsi, 3/19)

     "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Ali İmran surəsi, 3/85)

    Ey ALLAH`ın qulları! İslam dini ALLAH`ın ədalətli, bütün aləm üçün adil olan şəriətidir. Peyğəmbərlərin sonuncusu Muhəmmədi - insanlara yalnız ALLAH`ın dinini qəbul etsinlər deyə müjdələyici kimi göndərmişdir.

    "…(Dini) ALLAH`ın dinindən daha gözəl olan kimdir?! Biz ancaq Ona ibadət edənlərik” (əl-Bəqərə surəsi, 2/138)

    Ey ALLAH`ın qulları! İslam dini bidətə deyil, örnək almağa və tabe olaraq İslamla getməyə əsaslanır. İnsanın dini yalnız Ona boyun əydikdə haqq din olur. İnsanların getdikləri ən xeyirli yol da ALLAH Rəsulunun - yoludur. Hətta dəvə iynə gözündən keçsə də, insanlar ondan daha doğrusunu gətirə bilməzlər!.

     "…Əgər o, ALLAH`dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar.” (ən-Nisa surəsi, 4/82)

     "(Ya Rəsulum!) De: "Əgər doğru deyirsinizsə, ALLAH`ın dərgahından bu ikisindən (Qurandan və Tövratdan) daha doğru yol göstərən bir kitab gətirin, mən də ona tabe olum!” (əl-Qasas surəsi, 28/49)

    Şübhəsiz ki, son zamanlar müasir dövrdə həyat tərzləri dəyişmişdir. Həmçinin insanların dinlərinə olan yaxınlığı və uzaqlığı da dəyişir. Peyğəmbərlərin sonuncusunun bütün bunlar arasındakı yeri kamilliyə və ədalətə dəvətdir. İnkişaf dövrləri kimi xarakterizə edilən əsrlərdə insan  tərəddüd etdikdə, iki yol arasında qalıb ikisindən birini seçməkdə çətinlik çəkdiyi zaman şübhəsiz ki, sünnə onu həmin iki yoldan ən xeyirli olana çağırır. Qaranlıq hadisələr qarşısında ağıl haqq və batıl, yaxşı və pis arasında tərəddüd etdikdə, sünnə onu haqqa və ən yaxşıya dəvət edir. Çünki, haqq dəqiq, batil isə qarışıqdır. Beləliklə, sünnə dəvətinin, insanların müxtəlif vasitələrlə tək kütlə vəziyyətindəki aləmlə əhatə edilən istəklərinə görə iki yoldan ən çətininə və iki işdən ən məşəqqətlisinə olduğu üzə çıxır. Burada bir qəribəlik yoxdur. Çünki, cəhənnəm şəhvətlərlə, cənnət də xoşlanılmayan şeylərlə əhatə olunmuşdur. Bu aydındır. Həmçinin istəklə alçalmaq asandır. Lakin yüksəlmək əziyyətlidir. Diqqət edin, su vadiyə toplanana qədər öz-özünə enir, lakin yuxarı böyük çətinliklə çıxır!.

    Ey insanlar!. Şübhəsiz ki,  nübuvvət zamanından uzaq olmaq onun təlimlərindən və əxlaqından dan da uzaq olmaq deməkdir. Rəsulullah - belə buyurur:

    "Şübhəsiz ki, siz gələcəkdə çox  ixtilaflar görəcəksiniz”

     Sonra belə buyurur:

     "Elə bir dövr olmaz ki, ondan sonra gələn dövr daha pis olmasın. RƏBB`inizə qovuşana qədər bu belə davam edəcək”

     Ey ALLAH`ın qulları! Bu səbəbdən ALLAH`ın vahid qəbul edilməsi, Ona iman etmək, Onun dininə dəvət etmək, Onun üçün sevmək və nifrət etmək kimi şəriətin dəyişməyən qaydalarının çoxu və ya bir qismi zaman keçdikcə istəklərin qalib gəlməsi və əyləncənin yayılması ilə zəifləmişdir. Bu zəiflikdən sonra onları yenidən canlandıracaq insanlara ehtiyac vardır. Çünki, əlimizdə bitməyən sərvətilə ALLAH`ın Kitabı, yolların ən təmizi olan nübuvvət nuru vardır. Belə olduğu halda, imanlı nəfs bütün bunları necə görməyə bilər? Hətta insan rahatlıq və etibarlılıq mənbəyi əlində olduğu halda və ALLAH`in:

    "İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!” (əl-Ən`am surəsi, 6/82)

    ayəsindən xəbədar deyilsə, dünyada necə yalnızlıq hiss edə bilər.

    Müəyyən dövrlərdə cəmiyyətlərin qarşılaşdığı böyük problemlərə və İslam ümmətinin qarşılaşdığı çətinliklərə, İslamın sağlam təlimləri və hər əsrin boyun əydiyi dəyişməyən qaydaların bütün İslam cəmiyyətlərinə gətirdiyi üstünlüyə baxmayaraq, yenə də bir məsələ vardır ki, həmin məsələ cəmiyyətlərin Rəsulullahın -:

    "(Ya Rəsulum!) Söylə: "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "ALLAH`dan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və ALLAH`ı qoyub bir-birimizi (özümüzə) RƏBB qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq (ALLAH`a təslim olanlarıq)!” (Ali İmran surəsi, 3/64)

    dəvətinə əməl edərək,  ALLAH`ın lütfünü və bağışlamasını diləməyə, rəhmətini və ehsanını xatırlamağa, Ona dönüb sığınmağa ehtiyaclarının olduğunu göstərir. ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur.

    "Necə ola bilər ki, onlar (kitab əhli) ALLAH`ın dinindən başqa bir din axtarsınlar? Halbuki göylərdə və yerdə olanlar istər-istəməz Ona (ALLAH`a) təslim olmuşlar və Onun hüzuruna qayıdacaqlar.” (Ali İmran surəsi, 3/83 )

    Ey müsəlmanlar topluluğu!. Hamımız ALLAH`ın dininə dəvət etməliyik. Çünki, o bizim şərəf mənbəyimiz və gücümüzün sirridir. Bunu, onun həqiqətini  ALLAH`ın razı olduğu şəkildə çəkinmədən və qorxmadan  söyləyərək, onun hər şeydə yalnız ALLAH`a qulluq etmə və Rəsuluna - bağlılıq dini olduğunu düşünərək etməliyik. ALLAH`ın dinindən danışarkən səhv etməkdən və onu həqiqətə zidd olan tərəfə çəkməkdən çəkinin!.

    İslama tam dəvət ədalətli mübarizədir. Lakin, təəssüflər olsun ki, həqiqəti dedikdə uğursuz müdafiəçilərin əlinə də düşmək olur. Bu uğursuzluq müəyyən mənfəət səbəbilə və ya bir şeydən qorxaraq sabit qaydaları pozmaq şəklində olur. Ey ALLAH`ın qulları! Burada təəccüblü bir şey yoxdur. Bəzən İslam adından danışanları və onu müdafiə edənləri dinləyib, "kaş susub bir hərf də deməsəydilər” deyə etiraz edirik. Şübhəsiz ki, onlar İslamı tam olaraq ALLAH dərgahından nazil olduğu kimi dərk edə bilməmişlər.

    İslam adından danışan və onu anladığını iddia edənlər doğru ilə səhvi bir-birilə qarışdırdıqları üçün onu dəqiq müdafiə etməyə bilərlər. Elə burada da təhlükə böyüyür. Çünki bizlər, anlayışlı və təcrübəli insanlara ehtiyac duyulan aldadıcı zamanda, saçları ağarmış qadının boyalar və bəzəklər arxasında sığınması kimi çirkin amillərin mövcud olduğu əsrdə yaşayırıq.

    İslam həddi çərçivəsində dərman kimidir, onu içənlərin başqa bir şey etməsinə ehtiyac yoxdur. Çünki, onda  yalnız şəfa mövcuddur. Lakin, bu, mütləq həkim məsləhəti ilə qəbul edilməlidir. Həkim məsləhəti olmadan özü dərman içən nəticədə xəstələnərsə, heç kimi günahlandırmasın!. Lakin cəmiyyətlərin intizamı ilə bağlı məsələlər arxa planda qalmışdır... Şəriət amilləri, ALLAH`ın dini ilə möhkəmləndirilən həyat əsasları zəifləmiş, Onun razı qaldığı və qalmadığı məsələlərə diqqət yetirilmir. Belə olduğu halda, həmin xüsusiyyətlərlə bağlı şübhə yaradılır və onları aradan qaldırmağa çalışırlar. Müsəlmanları günahlandırmaq, aralarına ayrılıq salmaq istəyirlər. Dindən uzaqlaşmağın qaydaları haqqında danışılır və ya ən azı İslamı tam qəbul edənin onu çox çətin dərk edəcəyi bildirilir. ALLAH`dan başqa güc və qüvvət sahibi yoxdur.

    Ey müsəlmanlar! Muhəmmədin - risaləsinin xüsusiyyətlərindən biri də ümmətini xeyrə yönləndirməsi, pislikdən çəkindirməsidir. Onun ümmətini çəkindirdiklərindən biri də ortaya çıxacaq fitnələr və ümməti hər cəhətdən əhatə edəcək çirkinliklərdir. Bu zaman onlar dəniz dalğaları kimi dalğalanacaq, hətta səbirli və dözümlü insanlar da heyrətlənəcəklər. Zəif nəfslər tədricən buna alışacaqlar. Sonra isə onu yalnız bütün xüsusiyyətləri itirdikdən sonra böyük çətinliklə tərk edəcəklər. Peyğəmbər - buyurur:

     "Fitnələr olacaq. Bu fitnələrdə oturan insan ayaq üstə dayanandan daha xeyirli, ayaq üstə dayanan yeriyəndən xeyirli, yeriyən qaçandan daha xeyirlidır. Ona yönələn bir daha xilas ola bilməz.” (əl-Buxari. Muslim)

     Hafiz ibn Hacər, "ona yönələn” sözü haqqında belə deyir: Onunla maraqlanıb, onunla üz-üzə gəlmək və ondan üz döndərməməkdir. Həmçinin  Peyğəmbər - belə buyurur:

     "Vaxt qısalıb, əməl azalacaq, xəsislik və fitnələr ortaya çıxacaq, "hərc” çoxalacaq!”

    Ondan soruşurlar: "Hərc”nədir? Belə buyurur: 

    "Öldürməkdir, öldürmək!” (əl-Buxari. Muslim)

    Ey ALLAH`ın qulları!. Fəlakət dərəcəsində olan fitnələrin tez-tez baş verdiyi, etibarlılığın azaldığı, ALLAH qorxusunun zəiflədiyi, insanların dünya və nəfsi arzularda yarışdığı, ölüm hallarının çoxaldığı bir dövrdə yaşayırıq. Ölüm halları o qədər çoxdur ki, peyğəmbərin - bildirdiyi kimi, öldürən nə üçün öldürdüyünü, öldürülən isə nə üçün öldürüldüyünü bilmir. "Bəs bu hadisələrdan çıxış yolu nədir və dünyanın sürətlə dəyişən şərtlərində möminin mövqeyi necə olmalıdır?” şəklində sual verilə bilər. ALLAH`a həmd olsun ki, bunun cavabı məlumdur. Hər xəstəliyin bir əlacı vardır. Bilən bilir, bilməyən bilmir. Belə vəziyyətlərin əlacı çox müxtəlifdir. Bunların ən əsası, insanların çoxunun başına gələn fitnələrdən, müharibə və fəlakətlərdən qoruduğu üçün ALLAH`a həmd etməkdir. Sonra Onun qədərinə səbr etmək və ALLAH`ın dilədiyinin şübhəsiz olacağına, insanların qarşılaşacağı hadisələrin mütləq baş verəcəyinə və qarşılaşmayacaqlarının isə əsla onların başına gəlməyəcəyinə inanmaqdır. ALLAH`ın dilədiyi olur və diləmədiyi olmur. ALLAH hökm verir və heç kim Onun hökmünə qarşı çıxa bilməz. O, əməllərin qarşılığını tez verir. Peyğəmbər - buyurur:

     "ALLAH yaradılanların qədərlərini, göyləri və yeri yaratmazdan əlli min il əvvəl yazdı. Qeyb aləminin açarları Onun dərgahındadır və onları yalnız ALLAH bilir. O quruda və dənizdə olanı bilir. Hər yarpağın düşməsini yalnız O bilir. Yerin qaranlıqlarındakı, bir dənə, yaş və quru yalnız açıq kitabdadır.” (Muslim.)

    ALLAH`dan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Onun elmi nə qədər də genişdir!.

    Ey ALLAH`ın qulları! Hadisələrə və yeni baş verənlərə diqqət yetirin. Belə hadisələr heç birimizin ağlına gəlmədiyi halda ani olaraq ortaya çıxır. Bunlar, ALLAH`ın Kitabına, Rəsulunun - sünnəsinə bağlı olmaq zərurətini, Ona sığınmaq və tövbə edərək Ondan qorxmaq, çox dua etmək və bağışlanma diləmək, sədəqə vermək, xeyirli əməl sahibi olmaq, yaxşı əməli əmr etmək və pislikdən çəkindirmək lazım olduğunu bildirir. ALLAH`dan başqa sığınılacaq yoxdur. İnsanlardan qorxan onlardan qaça bilər. Lakin ALLAH`dan qorxan Ondan qaçacaq yer tapmayacaq.

    "(Ya Rəsulum! Bu insanlara de: ) ALLAH`a tərəf qaçın! (ALLAH`ın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (ALLAH`ın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” (əz-Zariyat surəsi, 51/50)

    Peyğəmbərin - belə buyurduğu "səhih” olaraq rəvayət edilir:

     "Qədəri yalnız dua saxlaya bilər”

    Yaşadığımız dövrdə ani olaraq başımıza gələn fəlakətlər bizlərə Qiyamət saatlarını xatırladır. İşarələrin və şərtlərin gəlməsinə baxmayaraq, insanlar hələ də bundan xəbərsizdirlər.  Peyğəmbər - belə buyurur:

    "İki insan ortaya paltarlarını qoyur. Hələ alış-veriş etmədən və paltarları yığmağa macal tapmadan Qiyamət qopur. İnsan dəvəsinin südü ilə onun yanından ayrılır və onun dadına baxmadan Qiyamət qopur. İnsan yeməyini ağzına aparır və bunu edə bilmədən Qiyamət qopur.” (əl-Buxari. Muslim)

    Ey ALLAH`ın qulları! Bütün bunlar cəzanın dərhal gələcəyinin dəlilidir. Nəfs səhər nə əldə edəcəyini və harada öləcəyini bilmir.

    Bilin ki, müsəlman bu qorxunc hadisələr qarşısında ümidsizliyə qapılıb çarəsizliyə düşməməlidir. Həyatındakı xeyirli cəhətlərdən xəbərsiz olduğu halda nəfsini həbs etməməli və ətrafındakı qorxulu hadisələrə fikir verməməlidir. Bütün bu baş verənlər şüur baxımından doğru deyil, bəlkə də yalandır. Çünki, bədənlər xəstəliklə birlikdə sağlam olar, bəla ilə birlikdə qazanc, çətinliklə birlikdə xilas və hər çətinliklə bir asanlıq ola bilər. Şübhəsiz ki, hər çətinliklə yanaşı bir asanlıq da vardır. Bir çətinlik, iki asanlığa üstün gəlməyəcək. Yalnız kafirlər Onun rəhmətindən ümidini kəsər. ALLAH məni və sizi müqəddəs Quranla mübarək qılsın. Məni və sizləri onun ayələri və hikmətlərinin zikri ilə faydalandırsın. Deyəcəyimi dedim. Əgər doğrudursa, ALLAH`dan, səhvdirsə, mənim nəfsimdən və şeytandandır. ALLAH`dan bağışlanma diləyirəm. Şübhəsiz ki, O, bağışlayandır.

    RƏBB`imizin sevdiyi və razı olduğu təmiz və mübarək şəkildə ALLAH`a həmd edirəm. Şəhadət edirəm ki, Ondan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur. Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Rəsuludur. ALLAH Ona, ailəsinə, əshabına və Qiyamətə qədər onlara tabe olanlara xeyir-dua etsin.

    Ey insanlar! Şübhəsiz ki,  fitnələrin çoxluğu insan təbiətini sarsıdır. Müharibə fitili alışdırıldıqda söndürülməsi çətin olur. Təhrik, dedi-qodu, zənn və iftira hadisənin pisliyini artırır və həllini çətinləşdirir. Odu daha da alovlandırır. Müharibənin sözlə başlaması kimi od da bir neçə taxta parçası ilə başlaya bilər. Sələfi Salehin fitnələrdən çəkinmədə və özlərini bundan uzaqlaşdırmada insanlardan çox üstün idilər. Hətta fitnədən  ALLAH`a sığınırdılar. Ən kiçik bir  fitnə gördükləri zaman  Xaləf ibn Havşəbin rəvayət etdiyi kimi hərəkət edirdilər. Xaləf belə deyir:

    "Fitnə anında deyirdilər: "Döyüş, başlanğıcda hələ gənc ikən zinəti ilə hər axmağı aldadır. Lakin sonradan qızışdıqda, o saçları ağarmış, rəngi saralmış yaşlı və dul qadına bənzəyir” (əl-Buxari)

    Ey müsəlmanlar! Bilin ki, İslamın fitnə anındakı əxlaqından biri də dili, lazımsız yerə danışmaqdan, pis sözlərdən,  əxlaqsızlıqdan, gümandan və yalandan qorumaqdır. Bilinməyən mövzulara toxunaraq, diqqəti cəlb  edən məsələlərdən və təhlükəli mövzulardan zövq alaraq laqeyd danışmaq və yazmaq müsəlmanın imanını zəiflədir, onu təhlükələrə sövq edir. Həmçinin bu, Peyğəmbərin - Ukbə ibn Amirə,

    "Xilas nədir?”

    deyə soruşduqda etdiyi tövsiyəyə qulaq asmaqdır. Belə buyurur:

    "Dilinə diqqət et ki, evin geniş olsun və günahlarına görə ağla. (ət-Tirmizi)

    Evdə, bazarda, toplantılarda və konfranslarda, düşünmədən, araşdırmadan, elm və anlayışa əsaslanmadan edilən qarayaxmaların çox olduğu televiziya kanallarında hər hadisəni

    və hər xəbəri bəzən dili, çox vaxt isə qələmi ilə izləmək xətaları daha da artırır. Qarışıqlıq və azdırmadan başqa bir həll gətirmir.

    Əbu Hatim əl-Busti belə deyir: "Afiyət ondur. Bunun doqquzu susmaqdır.” Çünki, bəzi insanlara yalnız danışması üçün verilir və danışdığına görə alçaldılır. Ağıllı insan alçaldılanlardan olmamalıdır.

    Ey ALLAH`ın qulları! Bilin ki, danışıqlar və rəsmi görüşlər hər kəsin etdiyi bir iş və hər kəsin ağzında çeynədiyi saqqız olmamalıdır. Zəiflə qüvvətlini, aydın olanla olmayanı, ayıra biləməyən hər kəs insanların işlərinə istədiyi kimi qarışmamalıdır. İnsanın danışığı və ya yazdığı elmindən artıq olduqda bu mənfi qarşılanır.  Əlidən bunu rəvayət edirlər:

    "İnsanlara bildikləri haqqında danışın. ALLAH və Rəsulunu yalançı çıxarmaq istəyirsiniz?” (əl-Buxari

    Bilmədiklərindən danışan və öyünən insan ALLAH`ın haqlarında

    "Məhv olsun yalançılar!” (əz-Zariyat surəsi, 51/10.)

     buyurduğu insanlardandır. Qatadə belə buyurur:

    "Onlar, qəflət və zənn əhlidir.”

    Peyğəmbərdən - belə buyurduğu rəvayət edilir:

     "Dəccaldan əvvəl aldadıcı illər vardır. Həmin illərdə doğru insan yalançı hesab ediləcək, yalan danışanın sözünə isə doğru deyiləcək. Etibarlı insan xəyanətdə günahlandırılıb, xainə etibar ediləcək və "ruveybıza” danışacaq” 

    "Ruveybıza” nədir soruşulduqda, belə buyurur:

    "Bu insanların işləri haqqında danışan dəyərsiz insandır.” (Əhməd ibn Hənbəl.)

    Qələm və söz sahibləri ALLAH`dan qorxmalıdırlar. İnsanlara qarşı laqeyd olmamalı, müsəlmanlardan heç bir insanın əleyhində həddi aşmamalıdırlar.

    İbn Abdi`l-Bərr belə buyurur: Üç insan ucaldılmağa layiqdir: alimlər, qardaşlar və sultanlar. Alimlərə xor baxan insanlığını itirər. Sultanlara xor baxanın dünyasında fəsad baş verər. Ağıllı insan digər insanlara qarşı saymamazlıq etməmlidir.

    Ey ALLAH`ın qulları!. ALLAH və Rəsulunun - buyurduqlarından danışdıqda çox diqqət edin. Bunu yalnız təqvalı alimlər edər. Onlar Peyğəmbərlərin mirasçılarıdır. Alimlərin yolunu azıb Rəsulullahın -

     "Kimin üçün səhv fətva verilsə, günahı fətva verənindir”

     buyurduğuna aid olmaqdan çəkin!.

    Abdullah ibn Vəhb belə deyir: Ənəs ibn Malik mənə dedi ki: "Ey Abdullah! İnsanları arxanca daşıma! Heç zaman dininlə oynama!.” Bu səbəbdən Sufyan əs-Sevri  belə deyir: Sənin əvəzinə sual veriləcək və fətva verəcək biri varsa, bunu qənimət bil və fətva vermədə rəqabətə girmə! Sözünə əməl edilən, sözü yayılan və dinlənilməyi  xoşlayanlardan olma! Şöhrət arzusundan çəkin! Çünki, insana şöhrət arzusu, qızıl və gümüş arzusundan daha sevimlidir. Bu gizli bir qapıdır və yalnız alimlər görə bilər.

    "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki, qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır.” (əl-İsra surəsi, 17/36)

    Ey ALLAH`ım! İbrahim və İbrahim ailəsinə xeyir-dua etdiyin kimi Muhəmməd və Muhəmməd ailəsinə də xeyir-dua et. Şübhəsiz ki, Sən, çox həmd edilən, şərəf sahibisən. İbrahimi və İbrahimin ailəsini mübarək qıldığın kimi Muhəmmədi və Muhəmmədin ailəsini də mübarək qıl. Şübhəsiz ki,  sən, çox həmd edilən, şərəf sahibisən.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: rovshen | Baxılıb: 1215 | Tarix: 14.06.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2010  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru