Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2010 » Sentyabr » 5 » Cəfər bin Əbu Talib (r.a.) fəziləti
    Cəfər bin Əbu Talib (r.a.) fəziləti
    00:21
    1. Əbu Hureyrə (r) peyğəmbərin (s) belə dediyini rəvayət edir: "Cəfəri Cənnətdə mələklərlə birlikdə uçan gördüm” (ət-Tirmizi, "Mənaqib”, 3767).
    2. Əş-Şəbi (r) rəvayət edir ki, İbn Ömər (r) Cəfərin (r) oğlu Abdullaha salam verərkən: "Sənə salam olsun, ey iki qanadlı adamın oğlu!” – deyərdi. (Buxari, "Kitabul-fadail əshab”, 10/57).
    3. Əbu Hureyrənin (r) belə dediyi rəvayət olunur: "İnsanlar: "Əbu Hureyrə çox hədis rəvayət edir” – deyirlər. Halbuki mən qarnımın doyması müqabilində Rəsulullahdan (s) ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə heç bir kişi və qadın xidmət etməmişdir. Mən aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşərlər ümidi ilə mən əzbər bildiyim ayələri bir kimsəyə-o məni evinə aparsın, məni doyursun məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cəfər bin Əbu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bəzən içi boşalmış yağ qabını verirdi, biz də onu kəsər və içində qalan yağ qırıntılarını yalayardıq” (Buxari, "Kitabul-fadail əshab”, 10/56; Tirmizi, "Mənaqib”, 3770).
    4. Əl-Bəra (r) Rəsulullahın (s) Cəfərə (r) belə dediyini rəvayət edir: "Əxlaq və yaradılış baxımından sən mənə oxşayırsan” (Buxari, "Kitabus- sülh”, 6/9, "Kitabul-məğazi”, 45/263; Müslim, "Cihad”, 90 (178); ət-Tirmizi, "Mənaqib”, 3769).
    Bu hədislər Cəfər bin Əbu Talibin (r) fəzilətinə dəlalət edir.
    İlk müsəlmanlardan sayılan Cəfər bin Əbu Talib (r) Əlidən (r) 10 yaş böyük və onun doğma qardaşıdır. Həbəşistana hicrət etmiş, peyğəmbər (s) onunla kral Nəcaşiyə məktub göndərmiş, onu mühacirlərə başçı və krala elçi təyin etmişdi. İki dəfə hicrət etmişdir. Xeybərin fəthi günü həbəşistandan Mədinəyə gəlmişdir. Peyğəmbər (s) onu qucaqlayıb , alnından öpüb və: "Bilmirəm, Cəfərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm” – demişdir.
    Ləqəbi Əbu Abdullah ət-Təyyardır (Qanadlı Cəfər). Bu ləqəbi hicrətin 8-ci ilində 41 yaşında ikən şəhid olduğu Muta döyüşündə almışdır. Bu döyüş zamanı Zeyd bin Haris öldürüldükdən sonra Peyğəmbərin (s) dediyi kimi, sərkərdə oldu və bayrağı götürdü. Döyüş zamanı əllərini itirmiş və şəhid olmuş Cəfər (r) haqqında Rəsulullah (s): "Qolları kəsildi, ancaq Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur” – müjdəsini verdi. Bədəninin 10 hissəsində 70-dən artıq yara aldığı qeyd olunur .
    Əbu Hureyrə (r) Cəfərin (r) kasıblara qarşı münasibətinə, əliaçıqlığına görə ona Əbu Məsakin (kasıbların atası) ləqəbini vermişdir.
    Rəsulullah (s) demişdir: "Məndən əvvəl hər peyğəmbərə yeddi seçilmiş vəzir verilmişdir. Mənə on dörd vəzir verildi: Həmzə, Cəfər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə, Səlman, Ammar və Bilal”. Rəsulullah (s) Cəfərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. Aişə (r) deyir ki, "Cəfərin ölüm xəbəri gəldikdə Rəsulullahın kədərləndiyini gördük”.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: selefi-saleh | Baxılıb: 786 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Sentyabr 2010  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    27282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru