Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19624 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16671 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13820 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9570 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9095 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » May » 25 » Böyüklərimiz Hz. Əbu Bəkir, Hz. Ömər və Hz. Əli Allahdan nə istəmişdilər?
    Böyüklərimiz Hz. Əbu Bəkir, Hz. Ömər və Hz. Əli Allahdan nə istəmişdilər?
    09:18
    Uca Allaha yaxın olan böyüklərimiz həm yalnız qaldıqları, həm də xalq arasında olduqları vaxtlarda daim Allahı xatırlayardılar. Onlar yalnız ehtiyac duyduqda deyil, hər an Uca Allaha yalvarır, dua edirdilər.

    Böyüklərimiz olan səhabələr nemət bəxş edildikdə dualarını və tövbələrini daha da artırır, sıxıntı üz verdikdə dualarını səmaya ərz edirdilər. Onlar çətinə düşdükdə Yaradana yalvarıb, rahatlığa çıxdıqları zaman dualarını əsirgəyənlərdən deyildilər. Əgər siz onları dua etdikləri vaxt görsəydiniz, sanki cəhənnəmə atılacaqlarını zənn edərdiniz.

    Onların Allaha yalvarıb-yaxarmalarına qulaq versəydiniz, bir qədər sonra edam kürsüsünə çıxacaq bir günahkarın etiraflarını eşitdiyinizi güman edər, göz yaşlarını görsəniz, sanki dünyada bütün günahları işlədiklərini zənn edərdiniz.

    Böyük insanların namazlarında son nəfəsini verməzdən qabaq kəfənə bürünüb qəbrinə baxan bir insanın həyəcan və narahatlığını müşahidə edə bilərdiniz.

    Onların səmaya yönəlmiş əllərini görsəydiniz "Sənin mərhəmətinə, etibarına və qapına sığınmışam, ey mərhəmətlilərin ən mərhəmətlisi!” - deyən bir kəsin halını müşahidə edər, öz dualarınızdan və tövbələrindən utanardınız.

    Böyüklərimizin Allaha necə yalvarmalarına baxın və ibrət götürün:

    Həzrəti Əbubəkr dua edərkən deyərdi:

    "Allahım, mənə sarsılmaz bir iman bəxş et, məni imanımda yəqin qullardan qıl. Səndən sağlamlıq və xalis niyyət istəyirəm”.

    Həzrəti Ömər Uca Yaradana əl açaraq demişdi:

    "Ey Rəbbim, məni əməlisaleh bəndələrindən et. Mənə elə bir ixlas bəxş et ki, ibadətlərimdə və niyyətimdə Səndən başqasının payı olmasın. Allahım, bizi bağışla. Əgər şəhid olsam, öldürülməyimi ömründə bir dəfə namaz qılmış və ya bir dəfə imanla səcdə etmiş kəsə nəsib etmə ki, etdiyi səcdəni və qıldığı namazı irəli sürərək, qiyamət günü Sənin hüzurunda mənimlə mübahisə etməsin”.

    Allah Həzrəti Ömərin duasını qəbul etdi. Bu ədalətli xəlifə namaz qılarkən bir məcusi (atəşpərəst) tərəfindən bıçaqlanaraq şəhid edildi.

    Həzrəti Əli Allaha yalvarıb-yaxardığı zaman belə demişdi:

    "Allahım, Sən bilirsən ki, günahlarım Sənə zərər verməz. Bilirəm ki, Sənin mənə mərhəmətlə davranmağın Sənin mərhəmətindən heç nəyi əskiltməz”.

    Bilal Həbəşi dua etdikdə deyərdi:

    "Allahım, günahlarımı bağışla. Xəstələndiyim günləri günahlarımın bağışlanması üçün üzr və "fidyə” qəbul et!”

    Böyük səhabə Fədalə dua edərkən deyərdi: "Allahım, Səndən qədərimə razı olmağını və öldükdən sonra cənnətdə rahat yaşamaq istəyirəm. Sənin camalını görmək, Sənə qovuşmaq və bunun zövqünü dadmaq istəyirəm. Ey rəbbim, yolumu və istiqamətimi dəyişdirəcək sıxıntılardan və məni düz yoldan azdıracaq imtahanlardan Sənin mərhəmətinə sığınıram”.

    Əbdürrəhman ibn Övf Allaha yalvardığı zaman deyərdi:

    "Allahım, məni nəfsimin paxıllığından qoru. Çünki nəfsimin paxıllığından və acgözlüyündən qorunsam, nə oğurluq və zina edər, nə də qeyri günaha bulaşaram”.

    Abdullah ibn Məsud belə dua edərdi:

    "Ey rəbbim, Səndən şirkə bulaşmamış iman, bitməz-tükənməz cənnət nemətləri istəyirəm. Allahım, Səndən peyğəmbərin Məhəmmədə cənnətdə qonşu olmaq istəyirəm”.

    Abdullah ibn Ömər belə yalvarardı:

    "Allahım, məni dinin üzrə yaşat. Sənə və peyğəmbərinə itaət etməyi nəsib et. Ey rəbbim, məni Səni sevənlərdən, peyğəmbərlərini, mələklərini və əməlisaleh qullarını sevənlərdən qıl. Allahım, məni Uca zatına, mələklərinə, peyğəmbərlərinə və gözəl qullarına sevdirt, cənnətə aparan yolu mənim üçün asanlaşdır”.

    Uca Allah Quranda belə buyurur:

    "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!” (əl-Mumin, 60).

    P.S. Bəli, böyüklərimizin dualarında qorxu və narahatlıq, arzu-istək vardı. Bəs sizin dualarınız, narahatlıqlarınız, qorxularınız nədən ibarətdir? Heç bu barədə düşünübsünüzmü?
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 839 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  May 2012  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru