Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9945 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2011 » Mart » 3 » Böyük islam alimlərinin fətvaları
    Böyük islam alimlərinin fətvaları
    21:39

    Böyük İslam alimi Abdullah bin Ğudeyyanın (Allah onu qorusun) fətvası

                  SUALHörmətli Şeyx özünü partladaraq həyatına qəsd etmək cihad sayılırmı?

                  CAVAB: Qardaşım indi Allah yolunda olan cihad yoxdur, get elm öyrən.

     

    Böyük İslam alimi Salih Luheydanın (Allah onu qorusun) fətvaları

                  SUAL: Bu günümüzdə insanları cihada çağırıb onları coşduranlara nəsihətiniz nədir?

                  CAVAB : Əgər cihadın şərtləri yerinə yetərsə artıq müsəlmanlara vacib olur.Əhli-sünnəyə görə cihad saleh və facir başçının rəhbərliyi altında ola bilər. Amma bu günümüzdə cavanları elmsiz olaraq cihada çağırmaq şərdən başqa bir şey deyil.

                  SUAL: Dövlətdə çevriliş etmək İslamın xüsusiyyətlərindəndirmi? Bu əməl cihad sayılırmı?

                 CAVAB:Sualı belə versəydi yaxşı olardı:Özbaşnalıq,haqsız yerə qan axıtmaq İslamın xüsusiyyətlərindəndirmi?!Bu əməllər İslam dövlətlərinə qarşı olan ən böyük sui-qəsddir.Əgər kafirlərə baxsaq xüsusiyyətlərindəndirmi? görərik ki,onlarda çevirliçlər olmur. Üsyan qaldırıb çevrilişlər etmək yalnız öz millətinin məsləhətini fikirləşməyənlərə aiddir. Bu kimi işlərdə şərr açıq-aydındır. Müsəlmanlarda ilk çevriliş Osmana(Allah ondan razı olsun) qarşı çıxmaq oldu. Sonda Osmanı (Allah ondan razı olsun) öldürdülər. Bütün səhabələr bu əməlin fəsad olmasına icma etdilər.

                   Hər bir müsəlmanın üzərinə vacibdir ki, bu kimi əməllərdən uzaq dursun. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmr sahiblərinə itaət etməyi əmr edərək onlara qarşı çıxmağı qadağan etmişdir.

                   SUAL: Şeyx bu günümüzdə yer üzündə İslami cihad varmı?

                   CAVAB: Nəfslə, münafiqlərə rədd etməklə, onların nifaqını bəyan etməklə olan cihad vardır. Həmçinin zülm olunanlara malla yardım  etməyə qadir olan varsa yardım edə bilər.

     

    Böyük İslam alimi AbdulMuhsin ƏlUbeykanın (Allah onu qorusun) fətvaları

                    SUAL: Kafirlərin binalarını partlatmaq, təyyarələri oğurlayıb qaçırmaq cihadın növlərindən sayılırmı?

                    CAVAB: Vallahi qardaşım bu kimi əməllər heç vaxt cihaddan sayıla bilməz. Birincisi, o kəslər ki, kafir ölkələrinə gedirlər, onlar kafirlərdən əmin-amanlıq almaq şərtilə əhd bağlayırlar. Sonra da həmin əhdə xəyanət edirlər. Diqqət edirsinizmi ki, bir insan kafir dövlətinə gedir, ona orda əhd verirlər, sonra da əhdə xəyanət edir?! Hədisdə gəlib ki, "Qiyamət günü hər bir xəyanətkarın bayrağı qaldırılacaq və deyiləcək ki, bu filankəs oğlu filankəsin xəyanətidir”(Buxari, Muslim). Yəni Qiyamət günü xəyanətkar kimi tanınacaqdır. Sən necə xəyanət edirsən ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun)  deyib ki, "Sənə xəyanət edənə belə xəyanət etmə” Bunlar isə gedib kafirlərdən əmin-amanlıq alıb sonra da xəyanət edirlər. Bu möminlərin yolu deyil. Nə də Peyğəmbər  (ona və ailəsinə Allahın salavatı və salamı olsun) və onun səhabələrinin sifəti deyil. Xəyanət yəhudilərin sifətidir. Onlar xəyanətkar millətdir. Amma sən onlar kimi edib onlara oxşama. Həmçinin ola bilsin ki, sənin uçurub dağıtdığın binaların altında müsəlmanlar, yaxud İslamla düşmənçiliyi olmayan insanlar qalır. Axı onların günahı nədir? Guya sən istəyirsən ki, həmin ölkənin iqtisadiyyatına zərbə vurasan? Bəziləri deyir bu əməlimizdə məsləhət varbu həqiqətən belədirmi? O hadisələrdən (11 sentyabr) sonra hansı fəsadlar törəndi? Məsələn Əfqanıstanda Taliban hakimiyyətdə olduğu zaman İslamın şüarlarını qaldırırdılar, yaxşılığı əmr edib pis işlərdən çəkindirmək mövcud idi, dinin qayda-qanunlarından gücləri çatanı yerinə yetirirdilər, əmin-aman dövlətdə yaşayırdılar. İndi görün nələr baş verir? Heç kim deyə bilməz ki, əfqanların bu günkü vəziyyəti dünənki vəziyyətindən yaxşıdır! Baxın görün indi bunda məsləhət var, yoxsa fəsad? Şübhəsiz ki, fəsaddan başqa bir şey deyil. Əfqan xalqı öldürüldü, əsir götürüldü, ölkələri dağıdıldı, insanlar və əkinçilik məhv oldu- nədir ki,onlar amerikanın iqtisadiyyatına zərər vurmaq istədilər! Lakin insanların həlak olmasına səbəb oldular.

                      Həmçinin kafirlər İslamı və müsəlmanları terrorçu adlandırdılar, bu səbəblə dəvət mərkəzlərinə təzyiqlər oldu. Bununla da həmin partlayışlardan sonra İslam dini hamının diqqət mərkəzində oldu və terror dini kimi qələmə verildi. Harda qaldı məsləhət? Çox təəssüf ki, insanlara uzaqgörən olmayan, şərii elmi olmayan və hadisələri olduğu kimi öyrənməyən adamlar başçılıq edəndə fəsad baş verir. Cihad yalnız əmr sahibinin başçılığı ilə baş verə bilər. İmam Tahavi "Təhavi əqidəsi” kitabında deyir: "Cihad yalnız əmr sahibi ilə olur, istər əməli saleh olsun,istər facir” bu da əhli sünnənin məzhəbidir.

                    İbn Teymiyyə öz zamanında olanlarla birlikdə gedib tatarlara qarşı vuruşdu. Baxmayaraq ki, onlarda nə qədər xətalar var idi. Lakin Şeyx cihad xatirinə onlarla vuruşmağa razı oldu.  Bununla da onlar qələbə çaldılar. İbn Teymiyyə demədi ki, ey mənim camaatım gəlin gedək biz ayrıca vuruşaq. Cihad nəyə görə əmr sahibi ilə məşru olur? Çünki, əmr sahibinin yanında məsləhətçilər, təcrübəli insanlar olurlar və onlar da, hər şeyi ətraflı öyrənirlər. Peyğəmbər  (ona və ailəsinə Allahın salavatı və salamı) müharibə etmək istədiyi zaman səhabələr ilə məsləhətləşərdi. Cihad o deyil ki, ölən ölsün, qalan qalsın. Bu doğru deyil. Gərək ümumi məsləhətlər nəzərə alınsın, insanları, onların mallarını, namuslarını qorumaq düşünülsün. Bu şeylər nəzərə alınmadan cihad, cihad demək doğru deyildir. Peyğəmbər  (ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanların ən şücaətlisi idi, bununla belə onunla bərabər olanları qorumaq üçün neçə dəfə döyüşü tərk etdi. Vacib olan da budur. Ona görə də danışanda "Cihadı elan etmək lazımdır! Mən cihad etmək istəyirəm! Mən şəhid olmaq istəyirəm!” sözlər deyib yalnız özünü fikirləşmə! Əgər sən cihad etmək istəyirsən, yaxud ölmək istəyirsənsə bu o demək deyil ki, insanların korlanmasına, onların dağılmasına səbəb olmalısan. Bu kimi fikirlər insanlarda olan xəyallardan başqa bir şey deyil. Yalnız özünü fikirləşir. Yəni başqalarının məsləhətini düşünmədən istəyir ki, Allah yolunda öldürülsün və cənnətə düşüb şəhidlik mərtəbəsinə çatsın. Bu kimi şeylər olmaz. Bu müsəlman əxlaqından deyil. Vallahi biz də istəyirik ki, Allahın kəliməsini qaldırmaq üçün vuruşan bir başçının bayrağı altında səhih bir cihad olsun. Torpaq azad etmək, hakimiyyətə gəlmək uğurunda olmasın.Bu günkü gündə isə onların istəkləri yalnız budur. Yox, səhih , doğru olan cihad bu deyildir! Tələb cihadı belə olmur.

                     Amma müdafiə cihadı isə hər kəs üçün açıqdır. Belə ki, kimsə sənin malına, qanına, namusuna təcavüz edərsə o zaman özünü müdafiə edirsən, onunla vuruşursan və ölsən də şəhid sayılırsan. Bu müdafiə cihadı adlanır.

                      Amma tələb cihadı isə yalnız Allahın kəliməsini qaldırmaq üçün və müsəlman başçının bayrağı altında olur. Həmçinin bu cihadın müəyyən şərtləri olur və müsəlmanların ümumi məsləhətləri nəzərə alınır. Başçı da cihadı yalnız əlinin altında olanların salamat olduğunu biləndən sonra elan edə bilər.

     Böyük İslam alimi AbdulƏziz Racihinin (Allah onu qorusun) fətvaları

                     SUAL: Bu günümüzdə mövcud olan-özünü partladaraq kafirləri öldürmək istəyən-hərəkətlər haqda nə deyirsiniz?

                     CAVAB: Bu kimi əməllər məşru deyildir. Bu iki qoşun arasında olan döyüş növlərindən deyil. Nə də ki, özünü romalıların üzərinə atan kişinin misalına bənzəmir. Onlar deyirlər ki, bu həmin şeydir. Xeyr belə deyil. Çünki, birincisi bu əməllər döyüş meydanında baş vermir. Həmin insan əmin-amanlıqda olan insanların yanına gəlir və onların arasında özünü partladır. Bu döyüş meydanı deyil. Ikincisi, özünü kafirlərin üzərinə atan özünü öldürmüş sayılmır. Çünki, onun sağ qalmaq ehtimalı var. Amma özünü partladan isə artıq özünü öldürmüş sayılır. Üçüncüsü, Səhih Buxaridə hədisdə gəlir ki, Xeybər döyüşündə Amr bin Əkva(Allah ondan razı olsun) yəhudi ilə döyüşdüyü zaman qılıncın ucu özündən aslı olmayaraq ayağına batır, ayağını yaralayır və bu yaradan da vəfat edir. Səhabələr deyirlər ki, Amr bin Əkvanın(Allah ondan razı olsun) cihadı batil oldu. Peyğəmbər  (ona və ailəsinə Allahın salavatı və salamı olsun)  Amr bin Əkvanın(Allah ondan razı olsun) qardaşının yanına gəlib onu kədərli gördükdə səbəbini soruşur. O deyir: Ey Allahın Rəsulu insanlar deyirlər ki, Amrın cihadı batil oldu. Peyğəmbər  (ona və ailəsinə Allahın salavatı və salamı olsun)deyir: "Kim bunu deyirsə yalan danışır, O vuruşaraq cihad etdi” Baxın əgər Amrın özündən aslı olmayaraq həyatına qəsd etməsi səhabələrə qaranlıq qaldısa və dedilərsə ki, onun cihadı batil oldu- onda özünü qəsdən partladanın halı necədir? Ona görə də bu kimi əməllər cihaddan deyil.  

    Hazırladı: Mədinə Beynəlxalq İslam Universitetinin tələbəsi Emin Hacıyev

                                   

     

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: ABDULLAH | Baxılıb: 800 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Mart 2011  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru