ƏL-BƏSİR (1)– görən olmasının mənası isə hər nə qədər incə və hiss edilməz kimi görünürsə və ya uzaq olursa olsun hər bir şeyi gözəl bir şəkildə idrak edən (görən) deməkdir. BƏSİR – həmçinin də elmə, bilməyə də dəlalət edir. Allah qəlbdəki fısıltıları, beyindəki hisləri, fikirdəki gizlilikləri görür və bilir. «Həqiqətən Allah eşidən və görəndir». (əl-Mucadələ 1). Bu aləmdə olan ən kiçik parçaları, ən cüzi qarışqanı da belə, orqanlarını, ətini, qanını, beynini və damarlarını da görəndir. Yeddi qat göyün üzərində olanı gördüyü kimi, yeddi qat yerin altında olanı da görür. Allah yer və göylərin hər yerində görüləbiləcək hər şeyi Bəsir sifəti ilə onları görməktədir. Onun üçün görülməyən bir şey yoxdur. Heç bir şey Ondan gizli deyildir. O, görünəni və görünməyəni, hazır olanı və olmayanı görəndir. Hətta gözlərin hərəkətlərini, qəlb atışlarını və ağıla gələn düşüncələri dahi bilən və görəndir. «(Allah) gözlərin xainliklərini və kökslərin saxlamaqda olduqlarını biləndir». (əl-Mumin 19). İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Bəsir və Bəsirət arasında fərq olduğunu söyləyir. Bəsir yuxarıda söylədiyimiz kimi. Bəsirəti isə belə açıqlayır: «Bəsirət, Allahın qəlbə atdığı bir nurdur. Qəlbinə belə bir nur atılan kimsə, Peyğəmbərlərin xəbər verdiyi həqiqətləri görür. Belə ki, bunları sanki gözü ilə görməkdədir. Beləcə Peyğəmbərlərin dəvət etdiyi şeylərdən ən üstün dərəcədə faydalanır. Bu Bəsirətin dərəcələri vardır. Bunların hamısını əldə edən kimsənin Bəsirəti kamilliyə çatar. 1. İsim və Sifətlərdə Bəsirət. 2.
Əmir və Yasaqlarda Bəsirət. 3. Savab və Cəzada Bəsirət. Əbu Hureyrə -radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Şübhə yox ki, Allah haqqı ilə eşidən və haqqı ilə görəndir ayəsini oxuduqdan sonra baş barmağını qulağının, şəhadət barmağını isə gözünün üstünə qoydu»(2)(1) Şeyx Useymin bu Isimləri «Allahın Isim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir. (2) Səhih Sünnən Əbu Davud 3/895, «Avnul Məbud» 13/37, İbn Həcər «Fəthul Bəri» 13/375.
|