ƏL-BƏRR (1)– Yaxşılıq edən, mütləq yaxşılıq sahibi, hər gözəlliyi və yaxşılığı özündə əks etdirən Uca Allahdır. Ona üsyan edilməsinə baxmayaraq yaxşılıq etməkdən vaz keçməyən və yaxşılığı kəsməyəndir. İbadət edənlərə bol-bol savab verəndir. «Biz bundan əvvəl Ona dünyada ibadət edirdik. Şübhəsiz ki, O yaxşılığı bol (BƏRR), rəhm edəndir». (ət-Tur 28). Pislik edənə yaxşılıq edən, haqsızlıq edəni bağışlayan, tövbə edənin tövbəsini qəbul edəndir. Halimi – rahmətullahi aleyhi – deyir ki: «Bərr –qullarına yumşaq davranan, onlara asanlıq diləyən, çətinlik istəməyən, bir çox günahlarını cəzalandırmadan bağışlayan, onları bütün etdiklə-rindən sorğuya çəkməyən, bir yaxşılığı on qat mükafatlandıran, buna qarşı pisliyi sadəcə bir misli ilə cəzalandıran, niyyət etdikləri pisliyi etmədikcə bu niyyətlərinə görə onlara pislik yazmayandır. Allah qullarına qarşı son dərəcə mərhəmətli, yumşaq və şəfqətlidir. Dualarını qəbul edər, şükrlərinə nemət verərək qarşılıq verəndir. «Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini və aşkar, gizli nemətlərini sizə bolluca ehsan etdiyini görmürsünüzmü?». (Loğman 20). Bu isim qullar üçün də işlədilə bilər. «O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar (BƏRRAN) etdi». (Məryəm 32). «Yəhya ata-anasına qarşı da olduqca itaətkar və nəvazişkar (BƏRRAN) idi». (Məryəm 14).
(1)Şeyx Useymin bu Isimləri «Allahın Isim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir.
|