ƏL-BƏRİ (1) - varlıqları yoxluqdan varlığa çıxaran deməkdir. Qurtubi - rahmətullahi aleyhi - deyir ki: «Bəri - yoxdan var edən, ortaya çıxaran deməkdir». «O, (hər şeyi) yaradan, yoxdan var edən (BƏRİ) və (hər şeyə) surət verən Allahdır». (əl-Həşr 24). Buna göıə də Bəri BƏ-RƏ'Ə kökündən gələn BƏRİYYƏ varlıqlar, yaradılanlar mənasında işlədilir. O, halda Allah Bəri yaradandır. Çünki O. Bütün bədənləri, cisimləri yoxluqdan varlığa çıxarmışdır. Halimi - rahmətullahi aleyhi - deyir ki: «O, suyu, atəşi, torpağı və havanı yoxdan yaratdı. Daha sonra isə bu maddələrin qarışığından digər məxluqları yaratdı. «Mən palçıqdan bir insan yaradacağam». (Sad 71). «Sizi torpaqdan yaratması... Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 20). «Hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?». (əl- Ənbiya 30). «İnsanı saxsı kimi quru palçıqdan O, yaratdı. (Cinlərin əcdadı) Cannı da tüstüsüz (təmiz) oddan O, xəlq etdi». (ər-Rahmən 14,15).
(1)Şeyx Useymin bu Isimləri «Allahın Isim və Sifətlərinə dair ideal qaydalar» kitabında zikr edir.