Təqvimlər sübhün dəqiq vaxtını göstərmir. Müasir astronomiya şəfəqi əsasən üç hissəyə bölür. Birinci astronomic şəfəq, ikinci dəniz şəfəqi, üçüncü isə mədəni şəfəqdir. Şəfəq vaxtı astronomik şəfəqdən başlayır, bu isə günəş üfüq xəttindən təxminən 18 dərəcə aşağıda olduqda başlayır. Bu zaman işığın ilk şüaları səmadan özünü əks etdirir. İşıqın bu şualarının vertikal şəkildə göydə qırmızı rəngdə seçilməsi "yalançı sübh" adlanır. Dəniz şəfəqi isə günəş üfüqdən 12 dərəcə aşağı olduqda başlayır, bu zaman artıq səma göyərməyə başlayır, buludlar aşkar görünür. Bu şəfəq mədəni şəfəqə qədər davam edir və mədəni şəfəq günəş üfüqdən 6 dərəcə aşağıda olduğu vaxtdan başlayır. Artıq bu zaman hava tam işıqlıq olur.
Təqvimlər bunu fərqli təyin edirlər. İlk təqvimlər dəqiq olmayıb, ona görə bir çox alim təqvimlərə etibar etməyiblər. Bildiyim qədərilə Səudiyyənin keçmiş müftisi Şeyx Muhamməd bin İbrahim - rahiməhullah - tam əmin olana qədər sübh iqaməsini gecikdirərmiş. Eləcədə Şeyx əl-Albani - rahiməhullah - bir çox yerdə təqvimlərə etibar etməyin doğru olmadığını deyib. Bütün bunlarla mən sübhün vaxtını qəsd edirəm. Şeyx İbn Baz - rahiməhullah - mufti olanda bunu araşdırmaq üçün ayrıca komissiya ayırır və komissiyanın nəticəsi o olur ki, təqvimlər yalançı sübhə əsasən vaxtı təyin ediblər. Məsələn, Ummul-Qura təqvimi daha əvvəl günəş 18 dərəcə aşağı olanda vaxtı qeyd edərmiş, daha sonra isə ehtiyac üçün bunu bir dərəcə geri alıblar, yəni 19 dərəcə ediblər. "Rabitətul-Aləmil-İsləmi" və kuveytli astronom əl-Aciri'nin hazırladığı təqvim bunu 18 dərəcə olaraq müəyyən edir. ISNA (Islamic society of North America) öz təqvimində bunu 15 dərəcə olaraq qeyd edir. Şeyx İbn Bazın təyin etdiyi komissiya isə bunu 14 dərəcə ilə 15 dərəcə arasına salır.
Bu barədə dəqiq söz söyləmək çətindir, lakin ən doğrusu Şeyx İbn Bazın təyin etdiyi komissiyanın nəticəsinə dayanmaqdır, çünki daha ehtiyatlıdır. Belə olanda çalışın təqvimə düzəliş etdikdən sonra (calculations method: of North America) göstərilən vaxtdan təxminən 5 dəqiqə sonra sübh namazını qılın! Yəni, sübh namazı 6:04-də qeyd olunubsa, 6:09-da sübh namazının girmə vaxtı kimi hesablayın.
Həmin 5 dəqiqə olan fərqi sizə təqdim etdiyimiz proqramın menyu bölməsindən düzəltmək mümkündür:
Sonra namazın vaxtının girməsində şəkk edərək namaz qılmaq səhihdirmi? İmam Əhmədin görüşünə görə namazın girdiyindən tam əmin olmayınca namaz qılmaq olmaz, hənbəli alimlərindən Qadi Əbu Yalə və digərlərinə görə isə ğalibuz-zənn olarsa qılmaq olar. Yəni güclü zənn varsa qılmaq olar.
Maraqlıdır ki, yalançı fəcr ilə sadiq fəcr arasındaki fərqi hələ daha əvvəllər müsəlman alimləri Usturlab ilə ölçüb deyiblər. Məsələn İbn Abidin əl-Hənəfi "haşiyəsində" deyir:
"əl-Alləmə əl-Mərhum əş-Şeyx Xalil əl-Kəmili şeyxlərimizin şeyxi əl-Alləmə əl-Muhaqqiq Əli Əfəndi əd-Dağistani'nin "əl-Usturlab" risaləsinə yazdığı haşiyəsində qeyd edir ki, qırmızı və ağ fəcr və eləcədə şəfəqlər arasındakı fərq sadəcə olaraq üç dərəcədir."
"Raddul-Muhtar alə Durril-Muxtar", 2/14 Daru Aləmil-Kutub, ər-Riyad, xüsusi nəşr: 1423/2003