Astroloji hesab ilə ramazan orucuna başlamaq olar?
Cavab:
Alimlərdən bəziləri hesab ilə oruc tutmağa icazə verirlər və bu, şafi məzhəbində bir görüşdür, güman edirəm ki, bu, İbn Sureyc’in seçdiyi görüşdür. Lakin onlardakı (yəni şafi məzhəbində) əsas görüş digər məzhəblərdə olduğu kimi hədislərin dəlalət etdiyi və sabit sünnətdən bilindiyi kimi orucun yalnız hilalı görməklə başlaması görüşüdür. Buna görə də hədisdə deyilir: "Biz savadsız bir ümmətik, nə yazırıq, nə də hesablamırıq.”[əl-Buxari (1814), Muslim (1080)] "Ayı görməyənə qədər oruc tutmayın, yenə onu görməyincə orucu kəsməyin!”[Muslim (1080)]
Mənbə:
"Fətava va Rasail əş-Şeyx Muhamməd bin İbrahim bin Abdil-Lətif Al əş-Şeyx”, 4/151; Mətbəatul-Hukumə, birinci nəşr: hicri 1399