Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19922 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17090 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14156 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9946 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9362 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2012 » Noyabr » 4 » ANANI QIZINDAN MÜSƏLMAN OLDUĞU ÜÇÜN AYIRIBLAR
    ANANI QIZINDAN MÜSƏLMAN OLDUĞU ÜÇÜN AYIRIBLAR
    07:42
    Almaniyanın ədalət məhkəməsi türk ananın psixologiyasının sağlam olmadığını iddia edərək qızı Əlifi ondan ayırıb. Məhkəmə Əlifi əqrəbalarının yanına yerləşdirmək əvəzinə katolik ailəyə övladlığa verib. Ölkə xaricində yaşayan türklərin həyat səviyyələri ilə bağlı mübahisələrə hər gün daha biri əlavə olunur.

    Almaniyada türk cəmiyyətinin nümayəndələri ilə görüşən Türkiyənin keçmiş millət vəkili Turhan Çöməz üç minə qədər türk gəncinin assimilyasiya təhlükəsi ilə qarşı – qarşıya olduğunu deyib. Çöməz buna türk qızı Əlifin katolik ailəyə övladlığa verilməsini nümunə göstərib.

    Övladımı mənə qaytarın: Çöməz Almaniya səfəri əsnasında türk cəmiyyətinin nümayəndələri ilə bir sıra görüşlər keçirib. Bu zaman Helzenkirhen şəhərində yaşayan Aişə Yaman adlı xanım Çöməzə müraciət edərək başına gələnlər hadisə və qarşılaşdığı çətinliklər barədə ona məlumat verib. Yaman başına gələnlər barədə bunları deyib: “1991-ci ildə ailə həyatı qurmuşam. 36 yaşım var. Bir il sonra qızım Əlif dünyaya gəlib. Bir müddət sonra ərimlə aramızda baş verən mübahisələrdən sonra ayrı yaşamağa başladıq. Qızımın beş yaşı olarkən Osnabrükdəki Qadınlar Evinə pənah apardım. Bir gün yaşadığım çətinliklər və stres səbəbilə qızımı döydüm. Sonra çox peşman olmuşdum, ancaq artıq iş işdən keçmişdi. Barəmdə bəzi instansiyalara şikayət etmişdilər. Bir müddət sonra Osnabrük Gənclik Dairəsi gələrək övladımı əlimdən aldı. Qızım iki ay onların himayəsində qaldı. Mən isə məhkəməyə müraciət edərək qızımın mənə qaytarılmasına çalışdırdım. Gənclik dairəsi ilə görüşlərdə: “Xahiş edirəm, övladımı məndən ayırmayın. Onsuz yaşaya bilmərəm, ölərəm” dedim. Bu sözümü fürsət bilən səlahiyyətli şəxslər intihara meylli olduğumu iddia edərək məni psixoloji müayinəyə göndərdilər. Həkimlər məndə heç bir xəstəlik aşkar edə bilməsələr də mənim kifayət qədər yaxşı ana ola bilməyəcəyimə qərar verdilər. Buna görə də mən başqa bir həkimə müraciət edərək əksini isbat edən arayış aldım. Ancaq bu arayışı məndən qəbul etməyərək qızımı məndən ayırdılar. O vaxtdan etibarən artıq 9 aydır ki, övladımı mənə göstərmirlər. Mən müsəlman olduğum üçün övladımın da müsəlman dəyərlərinə uyğun tərbiyə olunmasını istəyirəm. Amma onu qatı bir katolik ailəyə verib və kilsəyə aparmağa başlayıblar. Qızımı məndən uzaq tutmağa çalışırlar. Bir bir insanlıq ayıbıdır, xahiş edirəm övladıma sahib çıxın”.

    3 min Əlif var: Məsələni iki vəkil, vətəndaş cəmiyyəti təşkilatları və türk cəmiyyətinin nümayəndələri ilə müzakirə edən Çöməz bir həkim kimi Aişə Yamanda psixoloji pozuntu halına rast gəlinmədiyini vurğulayaraq: “Son dərəcə sağlam düşüncəsi, rasional və təsirli danışıq qabiliyyətinə malikdir. Əsas problem Əlif Yamanın anasından ayrılması deyil, məhkəmə qərarı ilə müsəlman ola bilməyəcəyinə hökm verilməsidir. Alman məhkəsi Əlifin müsəlman kimi həyatına davam etməməsinin vacibliyinə hökm etmişdir. Bu insan haqlarına zidd bir vəziyyətdir. Əlif hələ də qatı bir katolik ailənin yanında xristian dəyərlərinə uyğun yetişdirilir” deyib. Bunun Almaniyanın assimilyasiya siyasətinin bir məhsulu olduğunu deyən Çöməz baş konsul Asim Temizgilin də bənzər hadisələrlə qarşılaşdığını söyləyib. Çöməz 3 min türk körpənin eyni vəziyyətlə qarşı – qarşıya olduğunu deyərək bunları əlavə edib: “Türkiyənin bu vəziyyətə dərhal müdaxilə etməsi və bir an əvvəl problemi həll etməsi vacibdir. Bu yavru Almaniyadan rəsmi şəkildə tələb edilərək Türkiyədə öz dəyərlərimizə uyğun yetişdirilməlidir. Bundan başqa eyni aqibətlə qarşılaşan 3 minədək övladımızın taleyi də bizim üçün çox qiymətlidir. Türkiyə öz qızına Almaniyanın ədəbsiz Markosa göstərdiyi diqqətdən daha çox diqqət ayırmalıdır”. Qeyd edək ki, Çöməz ana Aişə Yamanın müraciətini Dövlət naziri Nemət Çubukçuya göndərib.
    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Terane | Baxılıb: 668 | Tarix: 24.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2012  »
    BeÇaÇCaCŞB
       1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 5
    Qonaqlar: 5
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru