ALLAH (1) - İsmi Uca Allahın digər bütün İsimlərini əhatə edər. Əsməul Husnə olaraq bilinən bütün İsim və Sifətlər bu ada dayanırlar. Buna görə də Rəhman, Rəhim, Əziz, Gaffar Allahın adlarındandır deyilir. Lakin Allah, Rəhmanın adlarındandır deyilməz. Bu İsim Qurani Kərimdə 2697 dəfə keçməkdədir. «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, Rahməndir, Rəhimdir. O, özündən başqa heç bir ilah olmayan Malikdir (mütləq sahibdir), Quddusdur (nöqsanlıqdan münəzzəhdir), Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), Mumindir (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), Muheymindir (hamilik edən, qoruyandır), Əzizdir (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), Cəbbardır (hökmünə məcbur edəndir), Mutəkəbbirdir (təkəbbürlük haqqına tək sahib olandır). Allah müşriklərin Ona qoşduğu bütlərdən uzaqdır. O, Allahdır ki, Xaliqdir (hər şeyi yaradandır), Bəridir (yoxdan var edəndir), Musavvirdir (yaratdıqlarına istədiyi kimi surət verəndir), O, Əzizdir, Həlimdir (yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). ƏL-İLƏH- İləh, tanrı, məbud deməkdir. «Sizin ilahınız (İLƏH) tək olan Allahdır. Ondan başqa ilah yoxdur». (əl-Bəqərə 163). Kəlimələrin ən açıq olanı Allah kəliməsidir. Lakin dilçilər bu mövzu ilə böyük bir ixtilafa düşmüşdülər. Allah - ismi hansısa bir kəlimədən törənmişdir? Yoxsa heç bir kəlimədən törənməmişdir? Əgər törənmişsə o, zaman Ə-LƏ-HƏ kəliməsindənmi, VƏ-LƏ-HƏ kəliməsindənmi, LƏ-HƏ kəliməsindənmi törənmişdir. Bütün insanlar aləmlərin Rəbbinin və göyləri, yeri yaradanın İsmi olduğunu bilirlər. Ən doğru rəy isə Allah isminin ƏL-İLƏH kəliməsindən törəndiyidir (2). TƏBƏRAKƏ - kəliməsi bərəkət kökündən TƏFƏALƏ - vəznində bir kəlimə olub, bərəkət, çoxluq, genişlik, bolluq və ucalar ucası deməkdir. Qurani Kərimdə bu sifət 9 yerdə keçməkdədir. «Aləmlərin Rəbbi olan Allah ucalar ucasıdır». (əl-Əraf 54). «Mütləq hokmüranlıq əlində olan Allah ucalar ucasıdır». (əl-Mulk 1). Həmçinin bu kəlimə TƏAZƏMƏ - əzəmətli, TAHARƏT- təmizlik mənalarını da verdiyini söyləmişlər. ---- (1)Şeyx Useymin bu İsimləri «Allahm İsim və Sifətlərinə dair ideal qaydalar» kitabmda zikr edir. (2)İbn Qeyyim «Savaikul Mursələ» s. 92, «Bədaiul fəvaid» 2/249, Kitabu Sibaveyh 1/309.