1) ƏL-ALI – Alçaqlığın ziddi olan yüksəklik və ucalıq mənasındadır. Allahın ucalığının üstündə heç bir ucalıq yoxdur. Bütün dərəcələr və mərtəbələr Ondan aşağıdır. Çünki Ali alçaqlığın ziddi olan Uluvdan törənmişdir. «Ən uca (ALİ) və ən böyük (AZIM) varlıq Odur». (əl-Bəqərə 255).
ƏL-Ə'LA - Ən uca, ülvi mənasındadır. Allah hər üstün və yüksək məqamın üstündədir. «Ən uca (Ə'LA) olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər də!». (əl-Əla 1).
ƏL-MUTƏALİ - Hər şeydən yüksəyə ucalmış mənasındadır. Allah öz zatında ucadır. Bu üzdən də hər şeydən daha ucadır. Ucalıqda Allahın heç bir qüsur və ayıbı yoxdur. O, mütləq olaraq ən ucadır. «O, (hər şeydən) böyük (KƏBİR) və ucadır (MUTƏALİ)». (ər-Rəd 9).
----------
(1)Şeyx Useymin bu İsimləri «Allahm İsim və Sifətlərinə dair ideal qaydalar» kitabmda zikr edir.