Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19623 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16670 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13819 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9569 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9094 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2009 » İyul » 27 » Səfər namazı
    Səfər namazı
    08:38
    Mərhəmətli, Rəhimli Allahın adı ilə!

    Müsafirin Zöhr, Əsr və İşa namazlarını qısaltması vacibdir.
    Uca Allah buyurur: «Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rükətli namazı iki rükət qılmaq) sizə günah hesab edilməz...» ən-Nisa: 101.

    Yəla ibn Umeyyə bu ayə haqqında Ömər ibn əl-Xəttabdan soruşmuş və demişdir: «kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa...» - ayəsini necə başa düşək? Axı bu gün insanlar əminamanlıqdadırlar (yəni elə çıxır ki, bu gün səfər namazı qılınmalı deyil). Ömər isə cavabında demişdir: Mən də sənin kimi təəccüblənmişdim deyə bu haqda Peyğəmbərdən (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) soruşdum və o dedi: «Bu Allahın sizə bəxş etdiyi sədəqədir. Siz də onun sədəqəsini qəbul edin». Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3762. Müslim: 1/ 478/ № 686. Əbu Davud: 4/ 64/ № 1187. Nəsai: 3/ 116. İbn Macə: 1/ 339/ № 1065. Tirmizi: 4/ 309/ № 5025.

    İbn Abbas (Radıyallahu ənhu) deyir ki, «Allah Peyğəmbərin (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) dili ilə namazı sizə qeyri səfərdə dörd, səfərdə iki, qorxu anında isə bir rükət fərz etmişdir». Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 876. Müslim: 1/ 479/ № 687. Əbu Davud: 4/ 124/ № 1234. Nəsai: 3/ 118. İbn Macə: 1/ 339/ № 1068. Amma onun rəvayətində sonuncü cümlə qeyd olunmur.

    Ömər (Radıyallahu ənhu) deyir ki, «səfər və cümə namazı iki rükətdir. Fitrə və qurban bayramlarında qılınan namaz da iki rükətdir. Bu namazlar qısaldılmış deyil, tamdır. Bunu Muhəmməd (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) öz dili ilə demişdir». Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 871. Nəsai: 3/ 183. İbn Macə: 1/ 338/ № 1063.

    Aişə (Radıyallahu ənhu) deyir ki, «ilk vaxtlarda namaz iki rükət fərz buyrulmuşdu. Sonra səfər namazı bu sayda qaldı, qeyri səfər namazı isə artırıldı». Buxari: 2/ 569/ № 1090. Müslim: 1/ 478/ № 685. Əbu Davud: 4/ 63/ № 1186. Nəsai: 1/ 225.

    İbn Ömər (Radıyallahu ənhu) deyir ki, mən Peyğəmbərlə (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) səfərdə yoldaşlıq etmişəm. O, vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Həmçinin Əbu Bəkrlə səfərdə yoldaşlıq etmişəm. O da vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Ömərlə də səfərdə yoldaşlıq etmişəm. O da həmçinin vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Osmanla da səfərdə yoldaşlıq etmişəm. O da vəfat edənə qədər heç vaxt səfər namazını iki rükətdən artıq qılmayıb. Belə ki, Uca Allah buyurmuşdur: «Həqiqətən Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!». Buxari: 2/ 577/ № 1102. Müslim: 1/ 479/ № 689. Əbu Davud: 4/ 90/ № 1211. Nəsai: 3/ 123.

    Hansı məsafədən sonra namazı qısaltmaq olar?

    Alimlər namazın qısaldılmasını müəyyən edən məsafənin təyini haqda çoxlu müxtəlif fikirlər irəli sürmüşlər. Hətta İbn əl-Munzir və başqa alimlər bu məsələ haqqında danışarkən iyirmidən çox rəy nəql etmişlər. Lakin ən doğru rəyə görə əslində səfərin təyini üçün müəyyən məsafə həddi yoxdur. Peyğəmbərin (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) insanlara xitab etdiyi ərəb dilindəki səfər məfhumu bu haqda yetərlidir. Çünki, əgər səfərin təyin edilməsi üçün dediyimizdən başqa hansısa hədd olsaydı o zaman Peyğəmbər heç vaxt bundan bixəbər olmaz və səhabələri də bu haqda soruşmağı unutmazdılar. Nə də ki onu bildikləri halda hamısı onu bizdən gizlətməzdilər. əl-Muhəllə: 5/ 21.

    Hansı məsafədən sonra namaz qısaldılır?

    Əksər alimlərin rəyinə əsasən insan yaşadığı yerdən çıxdıqda artıq namazı qısaltmalıdır. Bu zəruri bir şərtdir. Həmçinin səfərdən qayıdarkən yaşadığı yerin ilk evlərini keçmədikcə namazı tam qılmamalıdır. İbn əl-Munzir deyir: Mənim bildiyim qədər Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) bütün səfərlərində namazları yalnız Mədinədən çıxdıqdan sonra qısaldardı. Ənəs (Radıyallahu ənhu) deyir ki, «mən Peyğəmbərlə Zöhr namazını Mədinədə dörd rükət, Zül-Huleyfədə isə (Əsr namazını) iki rükət qılmışam». Fiqhus Sünnə: 1/ 240-241. Ənəsin rəvayətini isə bu alimlər rəvayət ediblər: Buxari: 2/ 569/ № 1089. Müslim: 1/ 480/ № 690. Əbu Davud: 4/ 69/ № 1190. Tirmizi: 2/ 29/ № 544. Nəsai: 1/ 235.

    Müsafir yad diyarda işlərini görmək üçün daimi deyil müvəqqəti qalarsa, oradan çıxana qədər namazları qısaldıb qılmalıdır:
    Cabir (Radıyallahu ənhu) deyir ki, «Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) Təbukda iyirmi gün qaldı və bu müddətdə namazları qısaldıb qıldı». Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 1094. Əbu Davud: 4/ 102/ № 1223.

    İbn əl-Qeyyim deyir: Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) ümmətinə filan müddətdən çox qalsanız namazı tam qılarsınız – deyərək xitab etməmişdir. Lakin onun bu müddətdə namazı qısaltması dəqiqdir. Fiqhus Sünnə: 1/ 241.

    Əgər müsafir həmin yerdə qalmağı qərarlaşdırarsa o zaman on doqquz gündən sonra namazları tam qılmalıdır. Necə ki, İbn Abbas (Radıyallahu ənhu) demişdir: «Peyğəmbər orada on doqquz gün qalıb namazı qısaltmışdır. Biz də on doqquz gün qaldığımız müddətdə namazları qısaldar, bundan çox qaldıqda isə tamamlarıq». Hədis səhihdir. əl-İrva: № 575. Buxari: 2/ 561/ № 1080. Tirmizi: 2/ 31/ № 547. İbn Macə: 1/ 341/ № 1075. Əbu Davud: 4/ 97/ № 1218. Amma onun rəvayətində «on yeddi» deyilir.

    İki namazı bir vaxtda qılmaq:

    Bunun üçün müəyyən səbəblər olmalıdır. Onlar aşağadakılardır:
    1. Səfərdə olmaq: Ənəs (Radıyallahu ənhu) deyir ki, «Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) günəş zenit xəttini keçmədən öncə yola çıxardısa zöhrü əsrin vaxtına qədər gecikdirər, sonra düşüb iki namazı bir vaxtda qılardı. Günəş zenit xəttini keçdikdən sonra yola düşdükdə isə zöhrü qılar, sonra yola düşərdi». Buxari: 2/ 583/ № 1112. Müslim: 1/ 489/ № 704. Əbu Davud: 4/ 58/ № 1206. Nəsai: 1/ 284.

    Muaz (Radıyallahu ənhu) deyir ki, «Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) Təbuk döyüşündə günəş zenit xəttini keçmədən öncə yola düşdükdə Zöhrü Əsrlə qılmaq üçün saxlayar və hər iki namazı bir vaxtda qılardı. Günəş zenit xəttini keçdikdən sonra yola düşdükdə Zöhr və Əsr namazlarını qılar sonra yola düşərdi. Məğribdən öncə yola düşdükdə Məğribi İşa namazı ilə qılmaq üçün gecikdirərdi. Yox əgər Məğribdən sonra yola düşsəydi onda İşanı önə çəkib Məğriblə qılardı». Hədis səhihdir. Səhih Sünən Əbu Davud: q2, 1067. Əhməd: 5/ 120/ № 1236. Əbu Davud: 4/ 75/ № 1196. Tirmizi: 2/ 33/ № 551.

    Muaz (Radıyallahu ənhu) başqa rəvayətdə deyir: «Biz Təbuk döyüşü zamanı Peyğəmbərlə (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) birlikdəydik. Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) Zöhrlə Əsr, Məğriblə İşa namazlarını birləşdirdi. Bir gün o, namazı gecikdirdi. Sonra iqamətgahından çıxıb Zöhrlə Əsri qıldı. Sonra yenə iqamətgahına qayıtdı və yenidən çıxıb Məğriblə İşanı qıldırdı». Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 1065. Əbu Davud: 4/ 72/ № 1194. Nəsai: 1/ 284. Müslim və İbn Macə hədisin yalnız birinci hissəsini rəvayət etmişlər. Müslim: 1/ 490/ № 706. İbn Macə: 1/ 340/ № 1070.

    2. Yağış yağması: Nafi deyir ki, «əmirlər yağış yağan zaman Məğrib və İşa namazlarını bir vaxtda qıldıqda İbn Ömər də onlarla birlikdə qılardı». Rəvayət səhihdir. əl-İrva: 3/ 39. Malik: 1/ 428/ № 333 (tərc.)..

    Hişam ibn Urvə deyir ki, «atası Urvə, Səid ibn əl-Museyyib və Əbu Bəkr ibn Əbdürrəhman ibn əl-Haris ibn Hişam ibn əl-Muğirə əl-Məxzumi iki namazı bir vaxtda qılmaq istəyəndə yağışlı gecədə Məğrib və İşa namazlarını bir vaxtda qılar və başqaları buna etiraz etməzdilər». Rəvayət səhihdir. əl-İrva: 3/ 40. Malik: 102/ № 328.

    Musa ibn Uqbə deyir ki, Ömər ibn Əbdüləziz yağışlı günlərdə Məğrib və İşa namazlarını bir vaxtda qılardı. Səid ibn əl-Museyyib, Urvə ibn əz-Zubeyr, Əbu Bəkr ibn Əbdürrəhman və o vaxtın şeyxləri onlarla bu namazı qılar və etiraz etməzdilər. Rəvayət səhihdir. əl-İrva: 3/ 40. Beyhəqi: 3/ 168-169.

    İbn Abbas (Radıyallahu ənhu) deyir ki, «Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsri, Məğriblə İşanı bir vaxtda qıldı». Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1068.

    Başqa bir rəvayətdə İbn Abbas (Radıyallahu ənhu) deyir: «Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğriblə İşa namazlarını bir vaxtda qıldı». Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1070. Müslim: 1/ 489/ № 705. Nəsai: 1/ 290. Əbu Davud: 4/ 77/ № 1198. Onun rəvayətinin sonunda əlavə mövcuddur.

    «İbn Abbasın (Radıyallahu ənhu) hədisindən də başa düşülür ki, Peyğəmbərin (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) zamanında da yağış, iki namazın bir vaxtda qılınması üçün səbəb idi. Əgər belə olmasaydı onda İbn Abbas namazların birləşdirilməsinə açıqlama verərkən yağış amilini qeyd etməzdi». Bu sözləri Şeyx Albani əl-İrva kitabında (3/ 40) demişdir..

    3. Qəfil iş çıxdıqda: İbn Abbas (Radıyallahu ənhu) deyir ki, «Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğrib ilə İşa namazlarını bir vaxtda qıldı». Hədisin rəvayətçisi Əbu əz-Zubeyr deyir ki, mən Səiddən: “Bunu nə üçün etdi?” - deyə soruşdum. O isə dedi: Mən də bu haqda sənin kimi İbn Abbasdan soruşdum və o belə dedi: «O, ümmətindən heç kəsi çətinliyə salmamaq üçün belə etmişdi». səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1070. Müslim: 1/ 489/ № 705. Nəsai: 1/ 290. Əbu Davud: 4/ 77/ № 1198.

    Başqa bir rəvayətdə İbn Abbas (Radıyallahu ənhu) deyir ki, «Peyğəmbər (SƏLLƏLLAHU ƏLEYHI VƏ SƏLLƏM) Mədinədə olarkən heç bir təhlükə və ya yağış olmadığı halda Zöhrlə Əsr, Məğriblə İşa namazlarını bir vaxtda qıldı. İbn Abbasdan: “Bunu nə üçün etdi?” - deyə soruşdular. O isə belə cavab verdi: «O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi». səhihdir. Səhih əl-Cami əs-Səğir: № 1070. Müslim: 1/ 489/ № 705. Nəsai: 1/ 290. Əbu Davud: 4/ 77/ № 1198.

    İmam Nəvəvi (Allah ona rəhmət etsin) Müslimin Səhih əsərinin şərhində (5/ 219) deyir:
    «Bir qrup alim qeyri səfərdə olarkən ehtiyac üzündən, amma adət halını almamaq şərti ilə iki namazı bir vaxtda qılmağın icazəli olduğunu demişlər. Bu İbn Sirinin və Malikin tərəfdarlarından olan Əşhəbin rəyidir. Həmçinin Xəttabi adlı alim bu rəyi Qəffaldan, Şafiinin tərəfdarlarından olan əş-Şaşi əl-Kəbirdən, Əbu İshaq əl-Mərvəzidən və bir çox hədis alimlərindən nəql etmişdir. İbn əl-Munzir də bu rəyi seçmişdir. İbn Abbasın: «O, ümmətini çətinliyə salmamaq üçün belə etmişdi» - sözləri zahiri baxımdan deyilən rəyə əsas verir. Çünki, İbn Abbas burada xəstəlik və ya başqa bir səbəb qeyd etməmişdir.

    Daha doğrusunu Allah bilir».

    Tərcümə: Abdur-Rahim Muradlı.

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: Umar | Baxılıb: 2076 | Tarix: 20.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  İyul 2009  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru