Aqil Ələsgər Azərbaycan Dinşünaslar Birliyinin sədri
Bəxtiyar
Vahabzadənin "Gülüstan"da dediyi kimi, "bir deyən olmadı durun ağalar",
haradan çıxdı bu "Valentin", kim bunu bizə nə zaman sırıdı kimsənin
xəbəri olmadı?! Bir də gördük ki, məmləkətin növcavanları soyuq qış
günündə dənizkənarında öz leylilərini gəzdirmək zorunda qalıblar və bu
günün səhərisi də həmin leylilərlə məcnunların əksəri soyuqdan
sətəlcə(hənnə)m olublar. Yahu, sizi kim məcbur etdi, kiçik çillədə
bulvarda gəzəsiniz? Başınıza atmı təpmişdi, yoxsa günmü qəhətiydi,
bəylər? Deməssiniz, həmin gün 14 fevral Beynəlxalq Sevgililər günü imiş
(Adıbatmışın ismi yaman gurultulu səslənir). Soruşanda ki, kim bu günə
belə don geyindirib?
Kimsənin xəbəri yox! Yaxşı, bu
Valentin dediyiniz vələdüzzina kimdir? Vallahi xəbərləri yox! Bəs nə
üçün həmin şəxsin şərəfinə küçəyə tökülürsünüz? Əlqərəz, cavab belə
olur ki, adətdir, gərək həmin gün eşqinin qurbanı olan Valentinin
şərəfinə sevgililər küçələrdən yığışmasın. Kim qoydu bu qanunu? Bəlkə
hörmətli deputatxanamızın üzvləri belə qanun qəbul ediblər, xəbərimiz
yox?
...Bəndənizin də marağı güc gəlməsəydi, Valentin deyilən
bu mənasız adamın kimliyindən xəbərsiz olacaqdı. Neyləyim, nəyisə
beynimə qoydummu, Tanrımın köməyi ilə mütləq həmin işi görməliyəm.
Mətləbdən uzaqlaşmayaq, başladım, Valentinlə bağlı tarixi mənbələri
arayaraq "donos" yığmağa. Və məlum oldu ki, bu romalı keşiş nə məhəbbət
abidəsidir, nə də eşq dəlisi! Beləsinə olsa-olsa, çox-çox üzr istəyirəm
ifadəmə görə, sutenyor və ya homoseksualist deyilə bilər və bu adam
əxlaqsızın, zinakarın biri imiş. Və kim bu keşişin yolunu müdafiə
edirsə, Züleyxanın həzrəti Yusif Peyğəmbəri çağırdığı və peyğəmbərin
İlahinin qanunlarını riayət edərək getməkdən imtina etdiyindən də betər
əxlaqsız yola dəvət edir.
*** Tarixdə şəxsiyyətləri
öyrənərkən onun yaşadığı mühiti və o zamankı ab-havanı da nəzərə almaq
gərəkdir. Belə olmadıqda, şəxsiyyətin hərəkətlərinə düzgün qiymət
vermək və ümumiyyətlə doğru qərar çıxarmaq mümkün deyil. Katolik
xristianların "Əziz Valentin" deyərək öydükləri bu keşiş çox müəmmalı
bir kimliyə sahibdir. Fevral ayının sevgi-məhəbbət ayı olması isə onun
dövründən xeyli öncələrə, təxminən 1500 il əvvələ gedib çıxır. Bunun
əsası xristianlığa deyil, əski Roma adət-ənənələrinə dayanır. Qədim
Romada 14 fevral bütün Roma xalqı üçün isə xüsusi önəm daşıyırdı. Həmin
gün inancları gərəyincə, Roma "tanrı" və "tanrıçaları"nın kraliçası
olan Junoya duyulan sayğıdan dolayı bayram elan olunurdu. Səhərisi gün
isə Lupercalia bayramı başlayırdı. Bu bayram xalqın gənc kəsimi üçün
böyük önəm daşıyırdı. Bunun səbəbi isə həyatları qəti qanun-qaydalarla
müəyyənləşdirilmiş və bunun da təbii nəticəsi olaraq gəzib-əylənmə
şansı çox məhdud olan gənclərin bu bayramda bir-birləri ilə ifratcasına
əylənmələri idi (Bunun nəyi pisdir deyə tələsik qərar çıxarmayın.
Unutmayın ki, Allah səbredənlərlədir!) Bu bayramda hansı gəncin hansı
qızı seçməsi də öz istəklərinə bağlı deyildi. Bu seçim bir baxımdan
lotereya oyununu xatırladırdı. Romalı gənc qızlar adlarını kiçik kağız
parçalarına yazaraq, bir mağaranın önündəki çəlləyə tullayır. Həmin
kağızlardan birini seçən romalı gənc də seçdiyi kağızda adı keçən qızla
həmin gecə bir yataqda olaraq istənilən cinsi arzusunu həyata
keçirməkdə sərbəst buraxılırdılar və bayram boyunca ayrılmırdılar. Dini
nöqteyi-nəzərdən yanaşsaq, həmin gün yüzlərlə, bəlkə də minlərlə kişi
və qadın Allah-Təalanın lənətləyərək "çirkin bir həyasızlıq" deyə
qiymətləndirdiyi əməli gerçəkləşdirirdi.
***
Valentini
o dünyalıq etdirən imperator II Kladius isə bu hallara son qoymaq
istəyən bir imerator kimi xarakterizə olunur. Onun hətta ordunun
güclənməsi və nizam-intizamın qorunması üçün orduda xidmət edən
gənclərə müvəqqəti olaraq evlənməyi qadağan etdiyi də tarixi
qaynaqlarda yer tapmaqdadır. Və Valentinin ölümü və onun səbəbləri
barədə isə müxtəlif mülahizələr vardır. Bunlardan ən yayılmış olanı və
qüvvətlisi budur ki, həmin keşiş imperatorun əmri olmasına baxmayaraq,
gizli şəkildə qızlarla oğlanları görüşdürməkdə davam edirmiş və
romalıların məlum mağarasını özünə ibadətgah seçibmiş. Nəzərə alsaq ki,
Valentin xristianlığın yayıldığı ilk əsrlərdə yaşayıb, onun mağarada
fəaliyyət göstərməsi heç də təəccüblü sayılmamalıdır. İmperator da onun
bu hərəkətlərindən xəbər tutaraq zindana atdırır və 14 fevralda - məhz
romalıların əxlaqsızlığının tüğyan etdiyi bir gündə döydürərək,
təhqiramiz formada öldürtdürür. Bu da onu deməyə əsas verir ki, bu şəxs
heç də nə məhbəsxana müdirinin qızına aşiq olması ucbatından, nə də
katoliklərin iddia etdiyi kimi xristianlığın təbliği üzündən bizim
eranın 273-ci ilində öldürülüb, o, məhz sərt imperatorun əxlaqsızlığa
qarşı dözümsüz münasibətinin layiqli qurbanı olub. Bu qeyri-əxlaqi
davranışı aradan götürmək üçün həmin dövrdə bu işlərə stimulverici rol
oynayan şəxsi aradan götürmək kifayət idi ki, bu halın qarşısı alınsın,
ən azı bu hal səngisin. Ən maraqlısı isə onun həbsxanadan öz
yoldaşlarına, xüsusən də keşiş dostu Mariusa "Valentini unutmayın",
"Sizi sevirəm" deyə məktublar göndərməsi faktıdır. Bu fakt ümumiyyətlə,
Valentinin hansısa bir qıza görə öldürüldüyü məlumatını şübhə altına
alır və onun haqqında söylənən "homoseksualist" ifadəsinin doğruluq
dərəcəsini artırır. Axı kişinin kişiyə "səni sevirəm" deməsinə bundan
başqa hansı adı vermək olar?!
Katolik dünyasının bu şəxsə önəm
verməsinə gəlincə, xristian ruhanilər Romadakı bütpərəstlərin
"Lupercalia" bayramına xristian gənclərin də qatıldığından və bütpərəst
qızlarla əylənmələrindən narahat olduqlarından (bu narahatlıq əxlaqi
deqredasiyaya görə deyil, bütpərəstlərin saylarının çox görünməsi ilə
bağlı idi), buna bir çarə axtardılar. Bu zaman xristian
qəbristanlığında dəfn olunan Valentin "yada düşdü" və ruhani
xristianlar bununla vəziyyətdən çıxış yolu tapdılar. Onlar bu bayramın
sadəcə və sadəcə adını dəyişərək gənclərin xristianlığa bağlı bir adlı
şənlikdə - Müqəddəs Valentin günündə - əylənmələrini təmin etdilər.
Bununla həmin bu məlun Valentin günü meydana çıxdı. Bu hadisə
Valentinin ölümündən təxminən 226 il sonraya təsadüf edir. Yəni Papa
Gelasius tərəfindən 496-cı ildə "Lupercalia" bayramının adı Valentinin
şərəfinə dəyişdirilmişdir.
Düzdür, guya Papa 15 fevralı 14
fevralla əvəz etməklə, "Lupercalia" bayramının ənənələrini də ortadan
qaldırmışdır, ancaq elə həmin qərarnamədə sevginin azad olduğu və hər
şəxsin öz sevgisini şənliyə çevirməyə haqqının olduğu bildirilmişdir
ki, bu qərarnaməyə günümüzü deyil, həmin dövrün yaşam tərzini nəzərdən
keçirərək yanaşdığımızda bu qərarın "Lupercalia" bayramına bir xristian
don geyindirməkdən başqa heç nəyə xidmət etmədiyini deməyə əsas verir.
Halbuki bu, xristianlığın təməl dini meyarlarına zidd idi. Valentinə
xristianlığın təbliği yolunda şəhid obrazı yaratmaq da Kilsənin özünü
təmizə çıxarmaq niyyəti kimi yozula bilər.
***
İllər
boyu təbliğat aparıldı və zamanla bəzi ənənələr aradan qalxsa da,
Valentinin adı kilsənin də köməyi ilə yaşandı. Orta əsrlərin Fransa və
İngiltərəsində bu ad populyar ismə çevrildi. 1800-ci illərdən sonra
Amerika Birləşmiş Ştatlarında Ester Hovlandın ilk Sevgililər günü
kartını yollamasından sonra bu hadisə, dünya çapında qey olunmağa
başladı. Və çoxları da mahiyyətə varmadan, bu günü bayram kimi qeyd
etməyə davam etdi. Təbii ki, burada insan əxlaqının deqredasiyasında
maraqlı olanlarla yanaşı, ticari maraqlar da böyük rol oynayırdı.
***
Tarixə
nəzər saldıqdan sonra məsələnin mahiyyətinə fikir verək. Tutaq ki, lap
elə Valentin bir homoseksualist və ya zinakar əyyaş deyil, xristianlığa
özünü fəda etmiş bir şəxsdir. Bunun bizə nə dəxli, ay başınıza dönüm?
Bizim də çox bayramımız var və bunlardan hansı birini hansısa xristian
ölkəsinin məsihi əhli qeyd edirmi? Qətiyyən xeyr! Bəs onda bizə nə
olub? Nədən Valentin gününü bu qədər əzizləyirik? Bəyəm başımıza gün
qəhətdir ki, hansısa bir homoseksualistin və ya sutenyorun cəhənnəmlik
olduğu günü bayram edirik. Əslində o gün bayram kimi qeyd olunmağa
layiqdir, amma Sevgililər günü kimi deyil, yer üzünün hansısa əclafdan
canını qurtardığı gün kimi.
***
Əslində belə bir
şəxsin qutsallaşdırılaraq əzizlənməsi xristian törələrinə də ziddir.
Yəni xristianların müqəddəs saydıqları Həzrəti Məryəm bir təmizlik
nümunəsi idi. O, nə qədər iftiraya uğrasa da, Allah onu və oğlu həzrəti
İsanı daim insanların gözündə pak və üzüağ çıxarmışdır. Və istənilən
dindən olan şəxs həzrəti Məryəmi sayğı və sevgi ilə anmaqdadır. Qurani
Kərimin "ət-Təhrim" surəsinin 12-ci ayəsində həzrəti Məryəm haqqında
buyurulur ki, "İmranın qızı Məryəmi də (zikr et) ki, o, öz irz-namusunu
qorumuşdu. Beləcə, Biz ona ruhumuzdan üflədik. O da Rəbbinin
kəlimələrini və kitablarını təsdiq etdi. O, (Rəbbinə) könüldən bağlı
olanlarladı." Eyni zamanda Kilsənin "Lupercalia" bayramını Valentin
günü ilə əvəzləməsində ataların batil inancına tabe olmaq və dinin
qoyduğu prinsiplərlə ziddiyyət vardı. Qurani Kərimdə "ataların dini"
deyə keçən bu kəlimə tək İslamla bağlı qalmayıb, Tövrat və İncildə də
"ataların törəsi" adı ilə keçməkdədir.
Halbuki bütün dinlərə
görə, Allah qatında qəbul olunan din, elçilər tərəfindən təbliğ edilən
dindir və kor-korənə şəkildə dədə-babalarının batil inanclarına bağlı
qalmaq heç bir səmavi kitabda qəbul olunmur: "Onlara "Allah nazil
etdiyinə və elçiyə tərəf gəlin" deyildiyində, "Atalarımızı üzərində
gördüyümüz şey bizə yetər" deyirlər. Bəlkə ataları bir şey bilmir və ya
hidayət olmayıbdısa"? (Qurani Kərim, Maidə surəsi, 104) "Sözlərimi
dinləmək istəməyənlər atalarının fəsadlarına döndülər və başqa ilahlara
qulluq etmək üçün onların ardınca getdilər... Onlara elə bir fəlakət
gətirəcəyəm ki, içindən çıxa bilməyəcəklər..." (Tövrat, Yeremya, Bab
11, 10-11) "Ferisilər və dini şərhçilər İsadan soruşdular: "Tələbələrin
niyə atalarının törələrinə ayqırı davranır..." Siz Allahın əmrini
buraxıb insanların törəsini müdafiə edirsiniz. Və onlara de ki,
insanların adət-ənənəsinə tabe olmaq üçün Allahın əmrini rədd
edirsiniz." (İncil, Markos, Bab 7, 5-9) Belə olduğu halda qədim Roma
ənənələrinə uyğun bir bayrama kosmetik dəyişikliklər etməklə
özününküləşdirmək, xristian ruhanilərinin atalarının törələrini Allahın
əmrindən yüksək tutması deyildisə, bəs nə idi?! Bütpərəstlər pak və
təmiz həzrəti Məryəmə iftiralar yağdıran zaman, Papanın bir əxlaqsızın
adını əbədiləşdirməsini nə ilə izah etmək olar? Halbuki onlar zina
etməmək barədə Tövratda "zina etməyəcəksən" (Çıxış, Bab 20, 14),
İncildə isə "İnsanı kirlədən cinsi əxlaqsızlıq, oğurluq, cinayət, zina,
acgözlük, pislik, səfillik, hiylə, iftira, təkəbbür və ağılsızlıq
içdən, insanın ürəyindən qaynaqlanır. Bu pisliklərin hamısı içdən
qaynaqlanır və insanı kirlədir" (Markos, Bab 7, 20-22) deyə ilahi
əmrlər yer alır. Bu əmrləri çeynəyərək, onun yerinə keçən Valentinin
şərəfinə isə bütpərəstlərdən qalma əxlaqsızlıq günü qiymətə mindirilir,
hətta Vatikanın qapılarından birinə onun adı verilir. Bu bir xristian
rəzalətidir və bu rəzalətə imza atanların paklıq dini İslama qarşı
aqressiyası da Valentinə münasibətlərini gördükdə, daha doğru şəkildə
izah etmək olar...
***
Əslində isə Sevgi sözünü
Valentinə calaq etməklə Vatikan rəhbərliyi sevgi sözünü böyük zərbə
altında qoyub. Və onlar bu hərəkətləri ilə həqiqi sevgini,
qutsallaşdırdıqları həzrəti Məryəmin sevgisini təhqir etmiş olurlar.
Onu da qeyd etmək lazımdır ki, sevgi heç vaxt günah sayılmayıb. Hətta
həzrəti Məhəmməd Peyğəmbər evlənmək hazırlığı görən səhabəsinə
evlənəcəyi qızı gördükdən sonra bu qərarı verməsini istəyib. Yəni gedib
görsün və üçüncü bir şəxsin yanında söhbət etsin, sonra evlənmək
haqqında fikirləşsin. Ancaq Valentinin balaları sevgini, ancaq heyvani
ehtiras kimi qəbul edərək buna vəhşi şəhvət donu geyindiriblər.
Gerçəkdə, insan bütün yaradılanları sevməlidir. Çünki onları Yaradan
yaradıb. Məhz Yaradanı sevdiyi üçün yaradılanları da sevməlidir.
İnsanlar arasında sevgi bağı olmasa, həyatın da mənası qalmaz. Sevginin
ilahi lütf olduğunun dəfələrlə vurğulandığı Qurani Kərimin "Məryəm"
surəsində saleh əməl işləyənlərə Allah-Təalanın sevgi bəxş edəcəyi
göstərilir (ayə 96). Tövratda da sevginin önəmi belə anladılır:"Nifrət
çəkişməni uzadar, sevgi isə hər günahı bağışladar". (Süleyman
məsəlləri, Bab 10, 12) İncildə isə sevgi Tanrının buyruqlarına uyğun
yaşamaq olduğu bildirilərək (Yuhannanın II məktubu, 6) açıqca əmr
olunur: "Bir-birinizi sevin"! (Yuhanna, Bab 15, 17)
Və
sevərkən də gözəl əxlaqa sahib olmaq və zina kimi insanı cəhənnəmlik
edəcək əməllərə yaxın durmamaq gərəkir. Qurani Kərimdə yaxşılığı əmr
edib, pis əməllərdən insanları çəkindirənlər məhz qurtuluşa yetənlər
kimi təqdim olunurlar. (Ali-İmran surəsi, 104)
***
Qarşımızda çox ciddi və zarafata salınmayacaq tərzdə ciddi sual var: NƏ ETMƏLİ? Çünki
son on ildə bu "bayram", alnına əxlaqdan başqa hər şey yazılan
telekanallar vasitəsi ilə millətin beyninə elə yeridilib ki, buna qarşı
mübarizə çox çətinləşib və istəyib-istəməməmizdən asılı olmayaraq, bu
gün müxtəlif insanlar tərəfindən qeyd olunacaq. Bizim əlimizdən gələn
14 fevralın mahiyyətini insanlara anladaraq bu günü bayram kimi qeyd
edən kontingenti maksimum dərəcədə azaltmaqdan ibarətdir. Qayət
normaldır ki, düşük müğənnilər, özünün ad gününü təbrik etmək üçün
DJ-lərə müraciət edən gədələr, telekanalların efirində baldırını çöldə
qoyan "oğlancığazlar" və bu kimi xeyli məxluqat 14 fevralsız keçinə
bilməzlər. Onların təklif və ya tələb olunan başqa bir Sevgililər
Gününü, mahiyyətində, mənbəyində həqiqi sevgi, namus-qeyrət olan bir
olayı, məsələn 30 iyunu qəbul etməsinin özü bir rəzalət olardı. Çünki
onlarla bizlər arasında qalın bir pərdə vardır. Və hətta bu tiplərin
başlanan kampaniyaya dəstək vermələrinin arxasında da bir münafiqlik
yatdığı görünməkdədir. Necə ki, Qurani Kərimdə buyurulur ki, "And olsun
ki, cəhənnəm üçün cinlərdən və insanlardan çoxlu fərd yaratdıq.
Qəlbləri vardır, bununla qavrayıb-anlamazlar, gözləri vardır, bununla
görməzlər, qulaqları vardır, bununla eşitməzlər. Bunlar heyvanlar
kimidirlər, hətta daha aşağılıqdırlar. Bax bunlar qafil olanlardır."
("Əraf" surəsi, 179) Bu adamlar da mənanın nə olduğunun fərqində
deyillər. Fəqət ictimai qınaqdan çəkindikləri üçün ya səslərini
kəsiblər, ya da bu təşəbbüsə alqış deyirlər. Həm də anlayırlar ki, bu
gün populyarlaşarsa, əlavə qazanc mənbələri artacaq. Bəli, bu
yumurtadan yun qırxanlar bu işdən də karlı çıxmağı düşünürlər. Hər
halda mən belə düşünürəm. Çünki bu tip insanların səmimiyyətinə,
daxillərində milli hissin olmasına heç zaman inanmamışam və
inanmayacağam da. Bu adamlar üçün bir məbud var: PARA! PARA!! PARA!!! Allahın
qəlblərini və qulaqlarını möhürlədiyi insanlar əlbət ki, Valentinə dua
oxuyacaqlar. Dünyada bundan təbii heç nə ola bilməz.
***
Əslində
30 İyun təklifi o baxımdan qəbul olunmalıdır ki, biz Valentindən
qurtarmalıyıq. Əxlaq düşməni olan qüvvələrin məmləkətimizə gətirərək
efir vasitəsi ilə evimizə axıdılan bu çirkabı durdurmaq üçün mütləq bir
çarə bulunmalıydı. Bu baxımdan, 30 İyun təklifi Valentindən qurtuluş
ola bildiyi üçün dəstəklənməlidir. Bu yerdə Valentinin nəvələrinin
sitat gətirdiyi İncildən insanları doğru yola yönəltməklə bağlı sitat
gətirmək faydalı olardı: "Qardaşlarım, içinizdən biri həqiqətin
yolundan dönərsə və biri onu yenə gerçəyə döndürürsə, bilsin ki,
günahkarı pis yoldan döndərən ölümdən bir can qurtarmış və bir çox
günahı örtmüş olur". (Yakobun məktubu, Bab 5, 19-20) Burada isə bütöv
bir millətin həyatından söhbət gedir. Gənclərin şüursuz halda şərəfsiz
bir romalının arxasınca addımlamasıdır əsas problem. Bunun qarşısı
alınmalıdır. MÜTLƏQ!
***
Düzdür, 30 İyun təklifinə
dini nöqteyi-nəzərdən yanaşsaq, yeganə problem yaradılacaq məsələ
Fərizənin intiharıdır ki, ağzıgöyçəklər məhz bu intihar hadisəsini əldə
bayraq edərək əks-arqumentlə çıxış edə bilərlər ki, Allah, verdiyi cana
qəsdi qəbul etmir. Hərçənd ki, belə bir cəsarətdə bulunacaq şəxsin
olmasını sanmıram. Bir onu demək istəyirəm ki, Fərizə intihar etməyib.
Əgər etsəydi, bu, dini aspektdən intihar qəbul oluna bilərdi. Onu da
yaddan çıxarmayaq ki, bəzi hallarda məqsəd vasitəni doğruldur. Fərizə
İlhamına qovuşmaq üçün o addımı atdı! Fərizə Tanrı dərgahına yollanmaq
üçün, orada şəhidlik məqamındakı ömür-gün yoldaşını tək qoymamaq,
onunla bu dünyada yarımçıq qırılan məhəbbətini davam etdirmək üçün bu
addımı atdı. Ən başlıcası, dini maarifçiliyin aparılmadığı, insanların
intiharın, öz canına qəsdin günah olduğunu bilmədikləri bir dönəmdə bu
kimi hadisələrin baş verməsini də gözardı etməmək lazımdır. İstənilən
halda isə mənşəyi və oriyentasiyası bəlli olmayan Valentinin cəhənnəmə
vasil olduğunu günü qeyd etməkdənsə, sevgisi uğrunda canından keçən
insanların həyatının ən şirin anını-toy gününü yad etmək daha məntiqli
deyilmi?
Bizim eşqi uğrunda fəda olan gözlə gördüyümüz
insanlarımı olduğu halda ən yaxşı formada desək müəmmalı bir insanın
ölüm gününü Sevgililər günü kimi qutlamağa haqqımız yoxdur! Hətta ən
uzaq qohumunun belə qədim Roma adəti üzrə hərəkət etməsini qəbul
etməyənlər Valentin gününü qəbul etməyəcəklər! Etməməlidirlər!!!
Bizə zina cocuqlarının deyil, pak sevgi ilə bir-birinə bağlanan insanların ən xoş gününü qeyd etmək yaraşır!
P.S.
Cüzi dəyişikliklərlə dərc etdiyimiz bu yazı ilk dəfə 2004-cü ildə
«Xural» qəzetində dərc olunub. 2006-cı ildə 30 iyun Sevgililər Günü «ən
yaxşı ideoloji yazı» kimi «Sevgi» mükafatına layiq görülüb.