Ana Səhifə » 2008»Dekabr»26 » Hakimiyyətindən bildirilib ki, bayram atəşfəşanlığı da olmayacaq
Hakimiyyətindən bildirilib ki, bayram atəşfəşanlığı da olmayacaq
00:24
Yeni
il gecəsi - dekabrın 31-də paytaxtın Azadlıq meydanında planlaşdırılan
böyük konsert proqramı ləğv olunub. Qafqaz Müsəlmanları İdarəsinin
Qazilər Şurasının Məhərrəmlik ayının dekabrın 29-da başlaması barədə
verdiyi fətvadan sonra bu qərara gəlinib. Bakı şəhər İcra
Hakimiyyətindən bildirilib ki, bayram atəşfəşanlığı da olmayacaq.
Bununla belə şəhərdə bayrama hazırlıq gedir, mərkəzi küçələr xüsusi
işıqlarla bəzədilib, şam ağacları quraşdırılıb.
Şəhərin
bir sıra mərkəzi küçələrində artıq yolkalar qurulub. Nəhəng yolkalardan
biri Hüseyn Cavid parkının qarşısında qoyulub. Yeniliyi və
qeyri-adiliyi ilə fərqlənən digər yolka isə Məşədi Əzizbəyov heykəlinin
qarşısında qoyulub. Bakının simvolunu əks etdirən bu yolka qurğusunda
İçəri Şəhər, Qoşa Qala qapısı və Bakı şəhər İcra Hakimiyyətinin binası
təsvir olunub. Yolkanın digər qeyri-adiliyi isə onun avtomat qurğu ilə
işləməsidir. Yolkanın avadanlıqları və işıq qurğuları Rusiyadan
gətirilib.
Paytaxtın ən nəhəng yolkası isə Azadlıq meydanında
qurulub. 21 metr hündürlüyündə olan yolka xüsusi işıq efektləri ilə
işıqlandırılacaq. Baş yolkanın yaxınlığında 250 kvadmetrlik buz
meydançası və 300 kvadratmetrlik sahəni əhatə edən lazer ekran
quraşdırılacaq. Bundan başqa Rusiyanın Sankt-Peterburq şəhərindən
gətirilmiş xüsusi aparatlarla yolkaya süni qar effekti veriləcək.
Hazırda yolka aparatlarla təchiz olunur.
Azneft meydanında
qurulan yolkanın hündürlüyü isə 17 metrdir. Bu yolka digərlərindən
qeyri-adiliyi ilə fərqlənməsə də, o da xüsusi işıq effektlərilə
işıqlandırılır. Bakı şəhər İcra Hakimiyyətindən bildirdilər ki, yeni il
münasibətilə Milli Parkın ərazisində 10-dan artıq yolka qurulub.
Bundan
başqa, bayram günü Fransadan gətirilən iki karnaval və İtaliyadan
gətirilən «Avtodrom» atraksionlarının açılışı olacaq. Qız Qalası
qarşısında isə 2009-cu ilin simvolu olan öküz maketi xüsusi atraksion
qurğusunda qoyulub. Yeni il bayramı ilə əlaqədar paytaxtın mərkəzi küçələrindəki bütün ağaclar çılçıraqlar və işıq qurğuları ilə işıqlandırılıb.
Xatırladaq
ki, yeni il gecəsi "Azadlıq" meydanında möhtəşəm diskoteka olmalı idi.
Həmin gün saat 21-də "Fəvvarələr" meydanından "Azadlıq" meydanına qədər
bayram yürüşü də nəzərdə tutulmuşdu. Səhərədək davam edəcək konsertə
Rusiya, Türkiyə və İsraildən peşəkar aparıcılar dəvət olunmuşdu.
Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef
| Baxılıb: 1010 | Tarix: 21.11.2024