Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (18464 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (15438 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (12470 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8604 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (8591 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (274)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Dekabr » 21 » Rafizilik
    Rafizilik
    02:38

    Cavab:

    Həmd Allaha məxsusdur.

    Birincisi:

    Rafizilər, İmamilər və yaxud İsna Aşarilər (On ikilər) Şiəliyin bir bölməsidir. Onlar səhabələrin əksəriyyətini və Əbu Bəkir, Ömərin xəlifəliyini, Zeyd ibn Əlinin imamətini rədd etdikləri və onu tərk etdikləri üçün ("rafada-rədd etdi” deməkdir) Rafizilər adlandırılmışlar. Onlara İmamilər deyilməsinin səbəbi odur ki, onlar əsasən "imamət” məsələsinə xüsusi əhəmiyyət verirlər və dinlərinin əsas prinsipinə çevirmişdirlər və yaxud onlar iddia edirlər ki, "Əli və onun nəsili imam olacaqdır”. Onlara İsna Aşari (On ikilər) deyilməsinin səbəbi budur ki, onlar Peyğəmbərin sallallahu aleyhi və səlləm ailəsindən (əhli beyt) on iki nəfərin imamətinə iman edirlər.

    Onlara görə bunlardan birincisi Əli (Allah ondan razı olsun) və sonuncusu isə Muhəmməd ibn əl-Həsən əl-Əskəri, iddia edikləri "qeybə çəkilmiş imam”. Onların söylədiklərinə görə, o hicrətin üçüncü əsrinin ortalarında Səmərrədə "sərdaba” daxil olmuş və hələ də orada sağdır və gözləyirlər ki, o oradan çıxacaqdır.

    İslam əhlinin əqidə və prinsiplərinə zidd əqidə və prinsiplərə sahibdirlər.

    Bunlar aşağıdakılardır:

    1.Onlar imamları tərifdə həddini aşırlar və iddia edirlər ki, onlar "məsumdurlar (günahsızdırlar)” və dua etmək, onlardan kömək istəmək, onlara qurban kəsmək və onların qəbirləri ətrafında təvaf etmək kimi bir çox ibadətləri onlara həsr edirlər. Bu da böyük şirkdir və Allah təala bizə bildirir ki, kim bu günah üzrə ölərsə bağışlanmayacaqdır. Bu cür şirk əməlləri həm onların alimləri, həm də sadə kütlə işləyir. Onlardan heç bir bu cür əmələ öz etirazını bildirmir.

    2. Deyirlər ki, Müqəddəs Quran təhrif olunmuşdur və Qurana bəzi şeylər əlavə edilmiş və bəzi şeylər Qurandan çıxarılmışdır. Bu mövzuda onların alimlərinə və sadə kütlənin bəzisinə məlum olan kitabları var. Hətta onlar deyirlər ki, Quranın təhrif olunmasına iman etmək imanın əsas ehkamlarındandır.

    3. Onlar səhabələrin (Allah onlardan razı olsun) əksəriyyətini kafir görürlər və onlara nifrət edirlər, onlara lənət etmək və alçaltmaqla Allaha daha da yaxınlaşmağa niyyət edirlər. Onlar iddia edirlər ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm vəfatından sonra az bir qism (sadəcə yeddi nəfər) istisna olmaqla səhabələrin digərləri dindən çıxmışdırlar. Bu da səhabələrin fəzilətini, üstünlüyünü təsdiq edən, Allahın onlardan razı olduğunu və onları Öz Peyğəmbəri sallallahu aleyhi və səlləm üçün dostlar seçdiyini söyləyən Quranı inkar etməkdir. Bu cür sözlər həmçinin Quranın özünü ittiham etməkdir. Çünki Quran səhabələrin vasitəsilə bizə ötürülmüşdür, nəql olunmuşdur. Əgər səhabələr kafir olsaydılar, o zaman onların (rafizilərin) Quranı təhrif etməsi və yaxud dəyişməsinə dair heç bir zəmanət olmazdı. İstənilən halda, bütün bunlar Rafizilərin iman etdiklər şeylərdir.

    Şeyxul islam ibn Teymiyyə Allah ona rəhmət etsin demişdir:

    "Həddini aşan və Allah Rəsulundan sallallahu aleyhi və səlləm sonra, kiçik bir miqdar, on və yaxud bu qədər say istisna olmaqla səhabələrin (Allah onlardan razı olsun) dindən çıxdıqlarını və yaxud fasiq olduqlarını iddia edən kəsə gəldikdə, şübhə yoxdur ki, həmin kəs kafirdir. Çünki həmin kəs Alalh təalanın onlardan razı olduğunu və təriflədiyini birdən çox yerdə bildirdiyi Qurani Kərimin ayələrini inkar edir. Həqiqətən də, hər kim bu cür insanın kafir olduğuna şübhə edirsə onun özü kafir adlandırılmalıdır. Çünki bu cür (rafizilərin iddia etdikləri) rəyin mənası budur ki, Quranı və Sünnəni nəql edən kəslər kafir idilər və yaxud asi fasiqlər.

    Ayədə deyilir: "Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz”. (Ali İmran 3:110).

    Onların ən yaxşıları ilk nəsildir. Lakin bu (küfr) rəyə görə, onların əksəriyyəti kafir və asi fasiqlər, bu ümmət ümmətlərin ən şərlisi və bu ümmətin ən erkən nəsilləri isə onların ən şərlisi olmuşdur. Bu cür sözün küfr təşkil etməsi elə bir məsələdir ki, heç bir müsəlmanın bunu bilməməsi üzr sayılmır. Sitatın sonu. Əl-Sarim əl-Məslul alə Şatim əl-Rəsul (səh. 590)

    4. Onlar Allah təalaya "ba`da”, əvvəlcə olmayan sonradan yaranan fikir nisbət edirlər (Yəni Allah bir şey haqqında əvvəlcədən deyil, baş verəndən sonra bilir. Sübhənallah!). Bu da Allah Azzə və Cəlləyə "cahillik” nisbət etmək mənasına gəlir.

    5. Onlar "təqiyə”yə etiqad edirlər. Təqiyyə, insanın öz daxilində hiss etdiyini, inandığını zahirən (üzdə) başqa cür göstərməkdir, ifadə etməkdir. Əslində bu (təqiyə) yalan və riyakarlıq, ikiüzlülük və insanları aldatmaq "məharətidir”. Təqiyə onların qorxduqları zaman etdikləri bir şey deyil, əksinə onlar qorxu və əmin-amanlıqda kiçik və böyük məsələlərdə təqiyədən istifadə etməyi "dini bir vəzifə” hesab edirlər. Onların imamlarından Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrini tərifləmək və yaxud dəstəmaz və yaxud yemək, içmək məsələlərində Əhli Sünnə ilə ittifaq etmək, razılaşmaq bardə söylədikləri hər bir həqiqət, haqq Şiə tərəfindən inkar edilmiş, rədd olunmuşdur. Şiə deyir ki, "həmin imamlar” bunları sadəcə təqiyə edərək söyləmişdirlər.

    6. Rəcaya iman. İman edirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, onun əhli beyti, Əli, Həsən, Hüseyn və digər imamlar qayıdacaqlar. Eyni zamanda, Əbu Bəkir, Ömər, Osman, Muaviyə, Yezid, İbn Zil Cuşan və onların iddiasına görə "əhli beytə zərər verən” hər bir kəs həmçinin qayıdacaqdır.

    Onların əqidəsinə görə Qiyamətdən əvvəl Mehdi yenidən peyda olduqda- Allah düşməni İbn Səbə onlara (rafizilərə) dediyi kimi: onlar cəzalarını almaq üçün bu dünyaya qayıdacaqlar, çünki onlar Əhli Beyti incitmişdirlər və onlara qarşı həddlərini aşmışdırlar və onların haqqlarını rədd etmişdirlər, buna görə onlara şiddətli əzab veriləcəkdir, sonra onlar hamısı öləcəkdir, sonra isə Qiyamət günündə son haqq hesaba üçün həşr olunacaqlar-bu insanların hamısı bir dəfə bu dünyaya qayıdacaqlar. Bu onların etiqadıdır.

    Həmçinin digər batil fikirləri barəsində və bu fikirlərin batilliyindən bəhs edən daha təfsilatlı məlumatları aşağıdakı kitablarda tapmaq olar:

    "Əl-Xutut əl-Əridə” Mubib əd-Din əl-Xatib (İngilis dilində də var, Əbu Bilal Mustafa əl-Kanadi tərcümə etmişdir)
    "Usul Məzhəb əl-Şia əl-İməmiyyə” Dr. Nasir əl-Qafari

    "Fıraq Muasirə təntəsib ilə əl-İslam” Dr. Ğalib ibn Əli Əvəci (1/127-269)
    "Əl-Məvsuə əl-Muyəssərə fil Ədyən vəl Məzəhib vəl Əhzəb əl-Muasirə” (1/51-57)

    Fətvaları üzrə Daimi Heyətin alimlərinə aşağıdakı sual ünvanlanmışdır. İmami Şiələr islamdandırmı? Onun əsasını kim qoymuşdur? Çünki onlar, yəni şiələr özlərini seyyidimiz Əliyə Allah ondan razı olsun nisbət edirlər?

    Cavab: İmami Şiə məzhəbi uydurulmuş bir məzhəbdir. İslama əlavə olunmuşdur, sonradan çıxmışdır. Sizə məsləhətimiz budur ki, İbn Teymiyyənin "Əl-Xutut əl-Əridə və Muxtasar əl-Tuhfə əl-İsnə Əşəriyyə və Minhəc əl-Sünnə” əsərini oxuyasınız. Onların bidətləri barəsində çox məsələlər orada izah olunur.

    Abduləziz ibn Abdullah ibn Bəz, Abdurrəzzaq Əfifi, Abdullah ibn Ğudayyan
    Sitatın sonu. Fətəvə əl-Ləcnə əl-Dəimə (2/377)

    İkincisi: Yuxarıdakılardan aydın olur ki, bu məzhəb batildir və Əhli Sünnə vəl Camaatın etiqadına ziddir və bu etiqad, əqidə nə onların alimlərindən nə də sadə kütlədən qəbul olunmayacaqdır, rədd olunacaqdır.

    Özlərini onlara nisbət etdikləri imamlara gəldikdə isə, bu imamlar onların bu yalan və iftiralarından, batil sözlərindən uzaqdırlar.

    Bu imamların adları aşağıdakı kimidir:

    1. Əli ibn Əbi Talib (Allah ondan razı olsun), hicrətin 40-cı ilində şəhid edilmişdir.

    2. Həsən ibn Əli (Allah ondan
    razı olsun) (3-50 Hicrət)

    3. Hüseyn ibn Əli (Allah ondan razı olsun) (4-61 Hicrət)

    4. Əli Zeynəlabidin ibn Hüseyn (38-59 Hicrət), şiələr onu "Əl-Səccəd” adlandırır

    5. Muhəmməd ibn Əli Zeynəlabidin (57-114 Hicrət), onu "Əl-Baqir” adlandırırlar.

    6. Cəfər ibn Muhəmməd əl-Baqir (83-148 Hicrət), "əl-Sadiq” adlandırırlar.

    7. Musa ibn Cəfər əl-Kazım (128-148 Hicrət), "Əl-Kazım” adlandırırlar.

    8. Əli ibn Musa əl-Kazım (148-203 Hicrət), "Riza” adlandırırlar.

    9. Muhəmməd əl-Cavad ibn Əli əl-Rida (195-220 Hicrət), "əl-Təqiy” adlandırırlar.

    10. Əli əl-Hadi ibn Muhəmməd əl-Cəvad (212-254 Hicrət), "Əl-Nəqiy” adlandırırlar.

    11. Əl-Həsən əl-Əskəri ibn Əli əl-Hadi (232-260), "Əl-Zəkiy” adlandırırlar.

    12. Muhəmməd əl-Mehdi ibn əl-Həsən əl-Əskəri, şiələr onu "Huccə əl-Qaim əl-Muntazar” deyə adlandırırlar. Onlar iddia edirlər ki, o Səmərrədə sərdaba daxil olmuşdr, lakin təhiqatçıların əksəriyyəti bu rəydədir ki, ümumiyyətlə elə bir adam olmamışdır və bu şiələrin özlərindən uydurduğu bir əfsanədir.

    Baxın: əl-Məvsuəh əl-Muyəssərə (1/51)

    İbn Kəsir Allah ona rəhmət etsin "Əl-Bidəyə vən Nihəyə 1/177” əsərində demişdir: Onların Səmərrə sərdabı haqqında inandıqlarına gəldikdə, bu bir əfsanədir və əslində heç bir əsası yoxdur, nə bir sübut, nə də səhih bir rəvayət yoxdur. Sitatın sonu.

    101272

    Muhammad Saleh əlMunəccid

    Bölmə: İSLAM MƏQALƏLƏRİ | Əlavə etdi: ABDULLAH | Baxılıb: 1624 | Tarix: 13.12.2019
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6316, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • JafidRor (JafidRor)
  • WilsonCig (WilsonCig)
  • teym (muslim)
  • DenriOr (DenriOr)
  • audioNoobSl (audioNoobSl)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru