hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Nərimanov rayon Polis İdarəsinin rəis əvəzi Əkbər İsmayılov çıxış edib. O, məscidə giriş-çıxışa qoyulan məhdudiyyətlərlə bağlı əmrin məxfi sənəd olduğunu əsas gətirərək, onu məhkəməyə təqdim edə bilməyəcəyini deyib.
“Əbu-Bəkr” məscidinin hüquqi nümayəndəsi Elxan Əsədov isə çıxışında ən azından əmrin nömrəsi və hansı tarixdə imzalanması ilə bağlı məlumatın verilməsini istəyib. Əkbər İsmayılov müvafiq əmrin 2008-ci il avqustun 23-də imzalandığını bildirib. O, məxfiliyi əsas gətirərək sənədin nömrəsini deməyib.
Daha sonra Dini Qurumlarla İş üzr dövlət Komitəsinə Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğu tərəfindən göndərilən məktublar məhkəməyə təqdim olunub. Həmin məktublarda qeyd olunur ki, “Əbu Bəkr” Məscidində baş verən terror hadisəsi ilə bağlı məsələ Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğu tərəfindən araşdırılır.
Elxan Əsədov çıxış üçün vaxt istəyib, proses dekabrın 23-dək təxirə salınıb.
Şəhriyar ƏLİZADƏ
Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef
| Baxılıb: 935 | Tarix: 03.12.2024