Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19931 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17092 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14167 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9951 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9365 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Dekabr » 16 » Hacıları Azərbaycana buraxmırlar
    Hacıları Azərbaycana buraxmırlar
    23:12
    Qafqaz Müsəlmanları Idarəsinin (QMI) xətti ilə avtobusla Həcc ziyarətində olanların bir qismi geri qayıdarkən dünən Azərbaycan-Gürcüstan sərhədində maneə ilə üzləşib. Dünən bütün gün ərzində hacıları “Qırmızı körpü”dəki sərhəd-buraxılış məntəqəsindən buraxmayıblar. Bu barədə “Azadlıq”a səfərdən qayıdan Hacı Ramil Bayramov məlumat verib.
    Bildirib ki, günorta saat 13.00 radələrindən iyirmiyə qədər avtobusu buraxılış məntəqəsində saxlayıblar. Üç yüzə qədər zəvvarın dünən bütün günü soyuq havada dayandığını deyən Hacı Ramilin sözlərinə görə, əvvəlcə bunun səbəbləri barədə onlara heç nə deməyiblər. Yalnız sərhədçilər bildiriblər ki, baş verənlərin onlarla heç bir əlaqəsi yoxdur. Problem gömrük işçilərilə bağlıdır. Bir qədər də keçəndən sonra belə bir xəbər yayılıb ki, zəvvarların buraxılmaması onların əşyaları arasında vəhhabiliyi təbliğ edən qadağan olunmuş ədəbiyyatın tapılmasıyla bağlıdır. Ramil Bayramovun sözlərinə görə, bunu ağızdan-ağıza eşitsələr də, gömrük işçilərindən heç kəs onlara dəqiq bir söz deməyib.
    “Neçə saatdır ki, insanlar soyuğun altında donur. Qadınların bir hissəsini buraxılış məntəqəsinin yaxınlığındakı çayxanaya yerləşdirmişik. Qalanlar qalıblar küçədə ayaq üstə. Bir neçə xarici ölkənin sərhədini asanlıqla keçmişik, öz vətənimizdə bizim başımıza oyun gətirirlər. Sevinə-sevinə gəlirdik ki, artıq vətənə çatmışıq, evimizə-eşiyimizə gedirik, imkan vermirlər. Insanlar az qalırlar ağlasınlar. Əsəblər gərginləşib, bir neçə hacı ilə buraxılış məntəqəsindəki əsgərlər arasında insident oldu. Onlar da deyir ki, neyləyək, bizim gömrük belədir”, - deyə Ramil Bayramov insanların narazılığını çatdırıb.
    Qadağan olunmuş ədəbiyyat dedikdə söhbətin konkret hansı kitablardan getdiyini bilməyən Hacı Ramil onu da bildirdi ki, səfər zamanı onlara kitablar hədiyyə olunub: “Səudiyyə Ərəbistanında şeyx sərhədi var. Oradan keçəndə zəvvarlara hədiyyə olaraq bir Quran, bir ədəd də başqa bir kitab verilir. Bizim də hər birimizə verilib. O kitab da ərəb dilindədir. Biz nə bilək ki, orada nə yazılıb. Özü də biz bir neçə ölkənin sərhədini keçmişik, amma heç yerdə saxlamayıblar”.
    Qafqaz Müsəlmanları Idarəsindən isə APA-ya bu barədə məlumatsız olduqlarını və məsələni araşdıracaqlarını bildiriblər. Qurumdan, həmçinin sərhəddə yoxlamaların keçirilməsini normal prosedur olduğu qeyd olunub: “Hər bir ölkənin sərhədində bu cür yoxlamalar aparılır və burada qeyri-adi heç nə yoxdur”.
    Aytən Məmmədova
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: selefi-saleh | Baxılıb: 1151 | Tarix: 18.12.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru