Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Dekabr » 11 » Məhkəmə prosesi
    Məhkəmə prosesi
    22:01
    Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesə ABŞ səfirliyinin, Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyinin, digər beynəlxalq təşkilatların nümayəndələri də qatılıb. Prosesdə çıxış edən iddiaçı tərəfin maraqlarını müdafiə edən vəkil Cavanşir Süleymanov “Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması ilə bağlı Nərimanov rayon Polis İdarəsinin qərarını qeyri-qanuni adlandırıb. O, belə bir addımın atılması üçün heç bir rəsmi sərəncamın olmadığını bildirib.

    Prosesdə çıxış edən Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov məscidin fəaliyyətinin “Polis haqqında qanun”un 18-ci maddəsinə əsasən müvəqqəti olaraq məhdudlaşdırıldığını bildirib: “Bu maddəyə əsasən bizim ərazimizdə olan binalara, obyektlərə qarşı hər hansı təhlükə gözlənilirsə, polis həmin obyektin fəaliyyətini dayandıra bilər. “Əbu Bəkr” məscidində baş verən hadisələrlə bağlı istintaq başa çatmayıb. Ötən həftə Respublika Prokurorluğu və Milli Təhlükəsizlik Nazirliyinin ekspert qrupu məsciddə növbəti araşdırma aparıb. Buna görə də istintaq prosesi başa çatana kimi məscidin fəaliyyətinə məhdudiyyət qoyulub”.

    Məhkəmədə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hüquq və qeydiyyat şöbəsinin müdiri Yusif Əsgərov ölkədə dini durumun sabit olduğunu bildirib: “Lakin “Əbu Bəkr” məscidinin bağlanması ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olan məlumatlara ciddi yanaşmaq lazımdır. Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi istintaq prosesi başa çatana kimi Nərimanov rayon Polis İdarəsinin mövqeyini dəstəkləyir”.

    İddiaçı tərəfin vəkili Cavanşir Süleymanov prosesdə vəsatətlə çıxış edib. O, Nərimanov rayon Polis İdarəsinin məscidin fəaliyyətinin məhdudlaşdırılmasının zəruriliyi ilə bağlı məhkəməyə yazılı sübut təqdim etməsini istəyib. Hakim vəsatəti qəbul edib. Buna cavab olaraq Əkbər İsmayılov qeyd olunan addımın daxili əmr əsasında və “Polis haqqında qanun”a istinadən atıldığını vurğulayıb. Hakim yazılı əmrin surətinin məhkəməyə təqdim olunmasını istəyib. Daha sonra vəkil Cavanşir Süleymanov vəsatət qaldıraraq Milli Təhlükəsizlik Nazirliyinin “Əbu Bəkr” məscidində keçirdiyi əməliyyatla açıqlama verilməsini tələb edib. Digər bir vəsatət isə məsciddə azan verilməsinin bərpası ilə bağlı olub. Hakim hər iki vəsatəti rədd edib.

    Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov vəsatətlə çıxış edərək bildirib ki, məscidin ətrafında yaşayan sakinlərin prosesdə dindirilməsinə ehtiyac var: “Sakinlər bizə dəfələrlə müraciət edərək, həyatları üçün daim təhlükə olduğunu bildirirlər. Sakinlər həmçinin uşaqlarını sərbəst şəkildə dərsə göndərə bilmədiklərini də vurğulayırlar. Onların məhkəmədə dindirilməsinə ehtiyac var”. Bu vəsatət də hakim tərəfindən təmin olunub. Əkbər İsmayılov həmçinin məscidin fəaliyyəti bərpa olunduqdan sonra oranın mühafizəsi və təhlükəsizliyin təminatı ilə bağlı polis idarəsi tərəfindən plan hazırlandığını deyib. Rəis əvəzinin sözlərinə görə, hər hansı təhlükənin qarşısının alınması üçün məscidin ərazisində kameralar quraşdırılacaq və hər hansı təhlükə anında bu kameralardan istifadə olunmaqla təhlükənin mənbəyi müəyyənləşdiriləcək. Məhkəmə prosesi dekabrın 16-da davam etdiriləcək.

    Az.Apa.Az

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 996 | Tarix: 21.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru