Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19900 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17073 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14121 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9929 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9347 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Dekabr » 3 » Azərbaycanda analoqu olmayan daha bir hadisə
    Azərbaycanda analoqu olmayan daha bir hadisə
    22:50

    Yasamal rayon Məhkəməsi Murtuza Muxtarov-190 ünvanında yerləşən “Peyğəmbərimiz Məhəmmədin məscidi” adlı məscidin sökülməsi barədə qərar çıxarıb. Məscidin axundu Mirvaleh Mövsümov «ANSPRESS»ə bildirib ki, hakim Abbas Rzayevin sədrlik etdiyi məhkəmə Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin iddiasını qəbul edib və məscidin sökülməsinə qərar verib.
    Mirvaleh Mövsümov məhkəmənin qərarının düzgün olmadığını bildirib: “Məscidin yerləşdiyi Murtuza Muxtarov-190 ünvanı dini icmanın hüquqi ünvanıdır. Bunun qanunsuz olaraq sökülməsi mümkünsüzdür. Məscid Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komiəsində qeydiyyatdan keçib. Məscid tikilib tam istifadəyə verildikdən sonra dövlətə vermək fikrindəyik. Bu barədə lazımı qurumlara məlumat vermişik”. M.Mövsümov məscidin sökülməsinə imkan verməyəcəklərini, rayon məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcəyini söyləyib. O, məscidin Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ərazisində tikildiyi haqda deyilənləri də təkzib edib.
    Yasamal RİH başçısı aparatının hüquq şöbəsinin müdiri Səidə Qulubəyova isə «ANSPRESS»-ə bildirib ki, sözügüdən tikilinin sənədi olmayıb. Onun sözlərinə görə, tikintini aparan şəxslərə sənəd təqdim etməklə bağlı mütəmadi olaraq müraciətlər edilib. İcra hakimiyyəti bu sənəd təqdim edilmədiyindən, məhkəməyə müraciət edib: \\\"Məhkəmədə də tikinti sahiblərinə sənəd təqdim olunacağı halda iddianı geri götürəcəyimizi bildirsək də, buna əməl edilmədi\\\". S.Qulubəyova həmçinin məscidin tikildiyi ərazinin bir hissəsinin Azərbaycan İqtisad Unuiversitetinin ərazisi olduğunu vurğulayıb: \\\"Məscidin minarəsi unuversitetin ərazisində ucaldılıb. Unuversitetinin rektoru Şəmsəddin Hacıyev onlara məxsus ərazinin zəbt edilməsi barədə Yasamal rayon İcra Hakimiyyətinə məktubla müraciət edib\\\".
    Yasamal rayon Məhkəməsi Murtuza Muxtarov, 190 ünvanında yerləşən “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsi barədə qərar verib.
    Məscidin əməkdaşı Mirtaleh Mövsümov APA-ya bildirib ki, məscid Yasamal rayon İcra Hakimiyyətinin qərarı ilə 3 ildir tikilir: “Əgər məscid qanunsuzdursa, tikintiyə başlayanda aidiyyəti qurumlar bunun qarşısını alardı. Məscidin inşası yeni başa çatıb. Nəyə görə məscid hazır olandan sonra İcra Hakimiyyəti məhkəməyə müraciət edir?”
    ADİU-nun rektoru Şəmsəddin Hacıyev APA-ya bildirib ki, məscidin inşasına başlananda tikinti aparılan ərazinin universitetin balansında olması barədə Yasamal RİH-ə müraciət ediblər: “Bundan əvvəl isə orada restoran fəaliyyət göstərirdi. Təhsil ocağının ərazisində məscidin və ya restoranın fəaliyyət göstərməsi düzgün deyil. Digər tərəfdən, universitetin ərazisi dövlət əmlakıdır və qorunmalıdır”.
    Rektor problemə məhkəmə instansiyasında aydınlıq gələcəyini də qeyd edib: “Heç kim məscidin sökülməsini istəməz. Amma dövlətin ərazisində, icazəsiz nəsə inşa etmək məqsədəuyğun deyil. Hamımız məhkəmənin qərarına tabe olmalıyıq”.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Yaqut Əliyeva deyib ki, komitə icmaların dövlət qeydiyyatı ilə məşğul olur: “Məscid tikintisi isə komitəyə aid məsələ deyil”. Y.Əliyeva onu da bildirib ki, məsciddə fəaliyyət göstərən dini icma qeydiyyatdan keçən zaman hüquqi ünvan kimi ev göstərilib: “Bakı şəhər Yasamal rayon Dini İcması 2006-cı ildə mənzildə qeydiyyatdan keçib. Sonradan isə bu ünvan məscidə dəyişdirilib”.
    Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin əməkdaşı Rəhimə Dadaşova isə məsələnin araşdırılacağını deyib: “Şeyxülislam Hacı Allahşükür Paşazadə də sonuncu çıxışlarının birində istənilən halda məscid və digər dini ibadət yerlərinin sökülməsinə qarşı olduğunu bildirib. Bu baxımdan idarə məscidin sökülməsinə qarşıdır”.
    Məsələ ilə bağlı «Turan»a şərh verən Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu son vaxtlar Azərbaycanda məscid sözünün yanında «bağlanır», «sökülür» sözünün işlənməsinin artıq adi hala döndüyünü deyərək, bunun özünü pis bir ənənə və inanca hörmətsizlik kimi dəyərləndirib.

    Xəbər Xidməti
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 997 | Tarix: 14.10.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru