Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Noyabr » 30 » “BƏZİ ZƏVVARLAR HƏCCƏ YOX, SANKİ İSTİRAHƏTƏ GƏLDİYİNİ DÜŞÜNÜR”
    “BƏZİ ZƏVVARLAR HƏCCƏ YOX, SANKİ İSTİRAHƏTƏ GƏLDİYİNİ DÜŞÜNÜR”
    13:47
    “Karvan-D” şirkətinin xətti ilə Həcc ziyarətinə yollanan azərbaycanlı zəvvarlar Mədinədə küçələrdə gecələyir. Bu məlumatı sözügedən şirkətin xəttilə avtobusla yollanan və hazırda Mədinə şəhərində olan zəvvarlar APA-ya telefonla bildiriblər. Zəvvarlar qida və gecələməklə bağlı problemlərinin olduğunu deyiblər: “Mədinədə bizim üçün çox pis, lap aşağı səviyyəli otaqlar ayırıblar. O da zəvvarların sayından qat-qat azdır. Buna görə də 10-15 nəfəri bir otaqda qalmağa dəvət edirlər. İndi burda pul toplayan zəvvarlar gecələmək üçün qaraj kirayələyir. Bəziləri isə özlərinə məscidlərin həyətində yer edirlər”.
    Zəvvarlar onu da deyib ki, ayrılmış otellər çirkli və natəmiz olduğundan, bir çox otaqlarda pəncərə və qapılar olmadığından, həm də bir neçə nəfərə bir otaq ayrıldığından dindarlar bu yerlərdən imtina edərək küçədə, avtobusda və qarajlarda yatmağa üstünlük verir. Onlar bildiriblər ki, “Karvan-D” şirkətinin qrupdakı rəhbəri olan Mirmehdi adlı şəxs narazılıqlara cavab olaraq indiki halda bundan artığının mümkün olmadığını deyib.
    Dünən məsələ ilə bağlı “Karvan-D” ziyarət agentliyinin nümayəndələri ilə əlaqə saxladıq. Şirkətin nümayəndəsi, hazırda Mədinə şəhərində olan qalmaqallı qrupun rəhbəri Mirmehdi Dərafarin bizimlə söhbət zamanı yayılan məlumatın həqiqətəuyğun olmadığını bildirdi. Mədinədə ciddi problemlərlə üzləşmədiklərini deyən qrup rəhbərinin sözlərinə görə, bəzi zəvvarlar sadəcə daha artıq komfort tələb edirlər və hazırda mövcud olan şərtlərdən narazıdırlar: “Yaxşı bilirsiniz ki, Səudiyyə Ərəbistanı sərt qanunları ilə seçilən dövlətdir. Burada kimsə küçədə gecələyə bilməz, ən azı polis onu tutub aparar. Bizim qrupda olan zəvvarların narazılığına gəlincə isə onu deyim ki, burada bəzi insanlar ziyarətə deyil, sanki istirahətə gəldiklərini sanır. Bizdən daha artıq komfort tələb edirlər. Biz isə onlara başa salmağa çalışırıq ki, Mədinə kiçik şəhərdir və Həcc mövsümündə eyni anda bura neçə milyon insan gəlir. Bu səbəbdən bütün otellər yüksək səviyyəli olmur”.
    Müsahibimizin sözlərinə görə, onların kirayələdikləri otaqlar normaldır: “4 və 6 nəfərlik nömrələr kirayələmişik. İki ayrı otaqdan ibarət bir neçə nömrə var ki, onlarda 7-8 zəvvar qalır. Yenə deyirəm, bunlar iki otaq olur. Amma kimsə bayırda qalmayıb və bu, mümkün deyil”.
    M.Dərafarin artıq narazılığın aradan qalxdığını dedi: “Narazılıq edənlərdən bəziləri gəlib üzrxahlıq etdilər. Hətta bura Azərbaycan səfirliyinin nümayəndələri də gəlmişdilər. Onlar da baxıb təsdiqlədilər ki, şərait şikayət üçün əsas verə bilməz. Amma bizi narahat edən odur ki, belə məlumatlar Azərbaycanda tez yayılır və camaat arasında narahatlığa səbəb olur. Çünki minlərlə insan Həcc ziyarətinə yola düşüb və onların taleyi hər kəsi narahat edir. Bura da çoxsaylı zənglər olur”.
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 958 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 3
    Qonaqlar: 3
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru