Dünən Nərimanov rayon Məhkəməsində hakim Asif Allahverdiyevin
sədrliyi ilə “Əbu Bəkr“ dini İcmasının Nərimanov rayonu polis idarəsinə
qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi davam edib.
Prosesdə hakim Asif Allahverdiyev İcmanın hüquqi ünvanının
Hidayətzadə küçəsində yerləşdiyini, məscidin sözügedən icmanın
mülkiyyəti olduğunu sübut edən sənədlərin olmadığını deyib. Hakim qeyd
edib ki, məscidin yerləşdiyi ərazi vaxtilə Küveytin İslam İrsi
Nümayəndəliyinə məxsus olub, bu təşkilat isə 2001-ci ildə oradan çıxıb.
“Əbu Bəkr“ məscidinin və dini İcmasının vəkili Cavanşir Süleymanov
hakimə etirazını bildirərək, ölkədəki 380 dini icmanın cəmi 264-ünün öz
hüquqi ünvanında fəaliyyət göstərmədiyini diqqətə çatdlrlb. Vəkilin
“Bizim Yol” bildirib ki, o, məhkəmədə 18-ə yaxın vəsatət qaldırıb.
Vəsatətlər ikisi istisna olmaqla qalanları qəbul edilib. Qəbul
edilməyən vəsadətlər məsciddə azanın verilməsi və dini qurumlarla iş
üzrə dövlət Komitəsinin sədri Hidayət Orucovun məhkəmədə şahid kimi
dindirilməsi ilə əlaqədar olub. İş üzrə növbəti proses noyabrın
25-nə təyin edilib. Güman olunur ki, bu iş üzrə sonuncu proses olsun.
Çünki tərəflərə həmin gün son çıxışlarını edəcəklər. Vəkildən
aldığımız başqa bir məlumatda görə isə bu gün ABŞ səfirliyində İslam
Konfransı Təşkilatından gəlmiş nümayəndə ilə “Əbu Bəkr” məscidinin
aqibəti ilə bağlı müzakirə olacaq. Dini icma da müzakirəyə dəvət edilib.
Natiq
Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef
| Baxılıb: 985 | Tarix: 03.06.2023