Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19632 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (16749 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (13830 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9577 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9102 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Noyabr » 20 » “Əbu Bəkr” dini icmasını ləğv etmək istəyirlər
    “Əbu Bəkr” dini icmasını ləğv etmək istəyirlər
    01:26

    Bu gün Nərimanov rayon məhkəməsində «Əbu Bəkr» məscidinin Nərimanov rayon polis idarəsinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesinin növbəti mərhələsi keçiriləcək.

    Dini icmasının, və məscidin imamı Q.Ş.Süleymanovun nümayəndəsi, vəkil Cavanşir Süleymanovun “Bizim Yol”a verdiyi məlumata görə onlar məhkəmədə bir neçə vəsatət qaldırmağı planlaşdırıblar. Onun sözlərinə görə Nərimanov Rayon Polis İdarəsi ərizəsində «Əbu Bəkr» məscidinin bağlanması qərarının əsaslandırılması üçün bir-birinə zidd olan 6 dəlil göstərilib.

     Polis idarəsinin dəliləri

    1. «Əbu Bəkr» məscidində baş vermiş terror aktı ilə əlaqədar olan cinayət işinin istintaqının davam etməsi, dəymiş maddi ziyanın müəyyən edilməsi, ekspertizaların və digər istintaq hərəkətlərinin  keçirilməsi zərurəti;

    2. Terror faktı üzrə əməliyyat-axtarış tədbirlərinin davam etməsi;

    3. Dindarların və yaxınlıqda yerləşən evlərin sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, çoxsaylı müraciətlərdə məscidin fəaliyyətindən narazılıq (şikayətlər özləri əlavə olunmayıb, onların alınma tarixləri məlum deyil);

    4. «Əbu Bəkr» məccidində yeni terror aktlarının hazırlanması barədə əməliyyat məlumatlarının olması;

    5. Ümumilikdə, ictimai qaydanın vəziyyəti;

    6. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin 2-ci hissəsinə istinad.

    “Onlar dəlil yox uydurmadır”

    Vəkilin sözlərinə görə sadalananların hamısı Nərimanov RPİ-nin uydurmasıdır və əsassızdır. Cənab Süleymanov ümumiyyətlə, rayon polis idarəsinin hərəkətlərini qanunsuz və dini təşkilatın qanuni fəaliyyətinə təsir göstərmək məqsədi güddüyünü söylədi. Fikrini əsaslandırmaq üçün Mülki Məcəllənin 59-cu maddəsinə istinad edən vəkil deyib: “Bakı şəhəri, Nərimanov rayon dindarlarının dini icması və ona məxsus olan «Əbu Bəkr» məscidi dövlət qeydiyyatından keçmiş hüquqi şəxs olan ictimai birlikdir. Hüquqi şəxs yalnız 4 halda ləğv edilə bilər: təsisçilərin qərarı ilə; hüquqi şəxsin qeydiyyatı məhkəmə tərəfindən etibarsız hesab edildikdə; lisenziyası olmadıqda və ya qanunla qadağan edilən fəaliyyətlə məşğul olduğu hallarda məhkəmənin qərarı ilə; müflisləşmə nəticəsində.
    Qanunda nəzərdə tutulmuş hallardan heç biri «Əbu Bəkr» məscidi ilə bağlı deyil və belə bir hal mövcud deyi”.

    «Əbu Bəkr» barədə pərdəarxası iş aparılır

    C.Süleymanov deyir ki, faktiki olaraq, hazırda pərdəarxası «Əbu Bəkr» məscidinin ləğv olunması ilə bağlı iş aparılır. Konstitusiya hər kəsə dini münasibətini müstəqil müəyyənləşdirmək və ya başqaları ilə birlikdə hər-hansı bir dinə sitayiş etmək, dini ayinləri azad şəkildə yerinə yetirmək hüququ versə də, icmanın vəkili deyir ki, 18 avqust 2008-ci il tarixındən bu günə kimi “Əbu Bəkr”icma üzvlərinin və məscidə gələnlərin vicdan azadlığı hüququ kobud şəkildə pozulur: «Konstitusiyasının 71-ci maddəsinin 3-cü hissəsinə əsasən insan hüquq və azadlıqlarının həyata keçirilməsi yalnız müharibə, hərbi və fövqəladə vəziyyət və səfərbərlik şəraitində qismən və müvəqqəti olaraq məhdudlaşdırıla bilər.
    Bakı şəhərinin, Nərimanov rayonu ərazisində belə halların heç biri yoxdur, bununla əlaqədar olaraq, insan və vətandaşın hüquq və azadlıqlarının 3 aydan artıq müddətə məhdudlaşdırılması qanunsuzdur”.

    Terror yoxsa şantaj?

    Məscidin bağlanması ilə əlaqədar öz qərar və hərəkətlərinin əsaslandırmaq üçün Nərimanov RPİ-si «Əbu Bəkr» məscidində hazırlanan yeni terror aktlarının mümkünlüyü barədə verdiyi açıqlamanı da vəkil etibarsız sayır: «Elə bu ayın 5-də  KİV-də xəbər getdi ki, terrorçular İndoneziyada yerləşən xarici səfirlikləri partladmaqla hədələyirlər. Buna baxmayaraq heç bir səfirlik bağlanmadı. Bu cür terror hədələri dünyada hər gün yüzlərlə daxil olur, lakin Azərbaycandan başqa heç yerdə, heç kim şantaja getmir, terrorçuların tələbləri yerinə yetirmir, vətəndaşların təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən etibarlı şəkildə qorunur.
    Azərbaycanda isə, hakimiyyətə qarşı loyal münasibət bəslədiyi və ona qarşı cihad elan etməkdən imtina etdiyi üçün cinayətkarlar «Əbu Bəkr» məscidini bağlatdırmağa nail olurlar, Bakı şəhər, Nərimanov RPİ-si isə qanuni əks tədbirlər görülməsi əvəzinə, cinayətkarların tələblərini sözsüz yerinə yetirir”.

    Natiq Güləhmədoğlu

    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: Selef | Baxılıb: 864 | Tarix: 26.04.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru