Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (19921 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (17089 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (14154 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (9944 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (9361 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (272)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ana Səhifə » 2008 » Noyabr » 10 » MANŞET: Azan səsinə növbəti embarqo?
    MANŞET: Azan səsinə növbəti embarqo?
    11:39


    Məscidlərdə azan əvəzinə kilsə zənglərindən istifadə edilsin, yoxsa azan səsindən narahat olanlar Ermənistana getsin?

    Dünən Yasamalda yerləşən “İlahiyyat” məscidində ibadət edən bir qrup dindar redaksiyamıza müraciət edərək, növbəti dəfə azan səsinin səsötürücülərlə verilməsi ilə bağlı problem yaşadıqlarını bildirdilər. Müntəzəm olaraq bu məsciddə namaz qılan bu şəxslərin sözlərinə görə, dünən məsciddə ibadət edərkən, Yasamal Rayon İcra Hakimiyyətinin məsul işçiləri Allah evinə təşrif buyurublar. Məscidin yaxınlığnda yerləşən İcra Hakimiyyəti rəsmilərinin gəlişi heç də Uca Tanı qarşısında borclarını yerinə yetirmək olmayıb.


    Həmin şəxslər dindarların gözü qarşısında məscid rəhbərliyinə ultimatum verən icra hakimiyyəti rəsmiləri azan səsinin səsgücləndiriciləri ilə verməyi dayandırmağı tələb ediblər. Dindarların haqlı narazılığı qarşısında geri çəkilmək məcburiyyətində qalan həmin rəsmi şəxslər “Biz də buna qarşıyıq. Ancaq Prezident Aparatından bu yöndə göstəriş gəlib. Bundan sonra bütün məscidlərdə səsötürücülərlə azan vermək qadağan olunacaq” söyləyiblər.

    Maraqlıdır ki, birinci dəfə də azanla bağlı problem yaşanarkən, qərarın yuxarıdan gəldiyi vurğulanırdı. Ancaq daha sonra ölkə başçısı İlham Əliyevin bu məsələdən xəbərsiz olduğu və məhz hazırki prezidentin sərt reaksiyasından sonra bu problemin həll olduğu məlum oldu. O zaman Azərbaycan Prezidenti insanların ibadət hüququna qarışılmasına və azan səsinin qadağan edilməsinə qarşı sərt təpki göstərmişdi.

    Azanın kimlərinsə probleminə çevrildiyi zaman da bu əmrin tətbiqinə əsasən türk və sünni camaatın daha kompakt ibadət etdiyi məscidlərdə başlanılmışdı. Bu dəfə də Yasamal icra hakimiyyəti azan səsini kəsməyi “İlahiyyat” məscidindən başlayıb. “Şəhidlər” məscidindən səsötürücülərlə azan verilməsi isə bir ildən çoxdur, dayandırılıb. “İlahiyyat” məscidinin bu tələbə boyun əyib-əyməyəcəyini dəqiq bilməsək də, onsuz da absurd iddia ilə cümə günləri əziyyət çəkən dindarların buna münasibəti birmənalıdır. Bu münasibəti “İlahiyyat ” məscidində ibadət edənlərdən biri belə ifadə etdi: “Bura bizim ölkəmizdir. Kim azan səsindən narahat olursa, getsin Ermənistana”.

    Maraq doğuran digər məqam ondan ibarətdir ki, Bakıda İslam Konfransı Təşkilatının təşkilatçılığı ilə İslamafobiyaya qarşı konfrans keçirildiyi və 16 noyabr beynəlxalq tolerantlıq gününə hazırlışıldığı, İKT başda olmaqla bir sıra önəmli müsəlman təşkilatları Azərbaycanda İslam günləri keçirmək istədiyi bir dönəmdə “İlahiyyat” məscidindən ucalan azan səsi kimləri narahat edir? Nədən digər dinlərin mənsublarına qarşı tolerantlıq sərgiləndiyi bir vaxtda müsəlmanların azan səsini eşitmələri də qadağan olunur? Nədən qulaqlarımızı batıran kilsə zənglərinə kimsə bir söz demədiyi halda “Allahu Əkbər” nidaları kimin ürəyincə deyil? Ən başlıcası dövlətlə dindarları düşmən etmək kimin işinə yarayır?
    Bölmə: Ölkə Xəbərləri | Əlavə etdi: abuidrak2008 | Baxılıb: 1065 | Tarix: 22.11.2024
    Forumda müzakirə et | Səhifə başlığına qalx
    Ümumi şərhlər: 0
    Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərh əlavə edə bilər.
    [ Qeydiyyat | Giriş ]
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Календарь новостей
    «  Noyabr 2008  »
    BeÇaÇCaCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 4
    Qonaqlar: 4
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6324, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • Ali1956 (Əli)
  • Beausy (Beausy)
  • Ahiskali84 (Emil)
  • KolyaPieni (KolyaPieni)
  • burenokRom (burenokRom)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2024 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru