Bu
barədə cümə günü Trend News-a Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsinin (DQİDK) cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov
məlumat verib.
DQİDK-da qadağan olunmuş dini ədəbiyyatların
siyahısı var. İnsanlar arasında irqi, dini ayrıseçkilik salan, dini
ədavət yaradan kitabların nəşri, satışı qanunla qadağan olunur.
Bədirov
bildirib ki, müsadirə edilmiş qanunsuz dini ədəbiyyatlar bölgəni əhatə
edən 13 rayonda fəaliyyət göstərən (Hacıqabul, Şirvan, Sabirabad,
Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran,
Astara, Yardımlı, Lerik) 18 dini mağaza, kitabxana və şəxsi evlərdən,
habelə Biləsuvar və Astara Gömrük keçid məntəqələrində aparılmış
reydlər nəticəsində aşkarlanıb.
Aşkarlanmış dini ədəbiyyatların bir qismi isə araşdırılması üçün DQİDK-nin dini ekspertiza şöbəsinə göndərilib.
Şöbə
müdirinin sözlərinə görə, cənub bölgəsində bu il 47 dini icma rəsmi
dövlət qeydiyyatından keçib. İlin sonunadək daha 20 icmanın
qeydiyyatdan keçməsi üçün sənədlər hazırlanır.
Ümumilikdə isə bu bölgədə 127 dini icma dövlət qeydiyyatından keçib.
İlk 5 ildə cənub regionunda 60 icma fəaliyyət göstərib.
Bədirov
deyib ki, mühacirlərin bölgəyə gəlişinin artması narahatlıq doğurur.
Buna baxmayaraq, o, bu istiqamətdə nəzarət tədbirlərinin görüldüyünü də
vurğulayıb. /TrendNews
|