Əsas menyu
Bölmələr
Ölkə Xəbərləri [70]
Dünya Xəbərləri [184]
İSLAM MƏQALƏLƏRİ [566]
Çox oxunan xəbərlər
[14.06.2013][İSLAM MƏQALƏLƏRİ]
ZARAFAT, YOXSA YALAN? (18437 dəfə baxılıb)
[19.02.2009][Dünya Xəbərləri]
Məşhədidə siyğə (15419 dəfə baxılıb)
[01.01.2009][İSLAM MƏQALƏLƏRİ]
Necə Hidayət oldum? - Şiyədən Sələfiyə yol 1 !! (12454 dəfə baxılıb)
[15.03.2009][İSLAM MƏQALƏLƏRİ]
"Ləə iləhə İlləllah"ın şərtləri (8599 dəfə baxılıb)
[04.04.2009][İSLAM MƏQALƏLƏRİ]
Şiələrin Mehdi haqqında fikirləri (8559 dəfə baxılıb)
Bidət əhli
[Albom: Bidət]
Namazı belə qıl
Namazı Belə Qıl
Mini-çat
Forumun aktiv mövzuları
  • SUAL-CAVAB (274)
  • HƏDİSLƏR (96)
  • rafizilerin murdar fetvalari (90)
  • HƏDİSLƏR (77)
  • Axirət Dünyası (66)
  • Forumun fəal üzvləri
  • Muslimah_92
    Forum yazıları: (522)
  • Terane
    Forum yazıları: (384)
  • XEDICE73
    Forum yazıları: (280)
  • Selef
    Forum yazıları: (257)
  • medine
    Forum yazıları: (201)
  • Qan yaddaşı
     Xocavənd-17.02.1992 

     Xocalı-26.02.1992

     Şuşa-08.05.1992

     Laçın-17.05.1992

     Kəlbəcər-06.04.1993

     Ağdərə-17.06.1993

     Ağdam-23.07.1993

     Cebrayıl-18.08.1993

     Füzuli-23.08.1993

     Qubadlı-31.08.1993

     Zəngilan-25.10.1993
    Mozilla Firefox 3
    Saytı gözəl görmək üçün yüklə
    Ön söz


    Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur. O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir.
    «Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün». (Alı-İmran 102). 
    «Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) Bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir». (ən- Nisa 1).
    «Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar». (əl-Əhzab 70-71) .
    Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yollarm ən xeyirlisi Məhəmməd - səllallahu aleyhi və səlləm - in yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bir bidətdir, hər bir bidət isə zəlalətdir (sapıqlıqdır), hər bir zəlalət isə oddadır
    (1)
    «Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasmlar». (Ta ha 25-28).
    Allah - subhənəhu və təalə - nin bu ümmət üzərindəki nemətlərindən biri də heç şübhəsiz ki, bu ümmətin dinini kamil etməsi, bu ümmət üzərindəki nemətini tamamlaması və ona İslamı din olaraq seçmiş olmasıdır. Allah, Muhəmməd - səllallahu aleyhi və səlləm -i aləmlərə rəhmət, əməl edənlərə öndər, qullarına hüccət olaraq hidayət və haqq dini ilə göndərdi. O, - səllallahu aleyhi və səlləm - ona verilən əmanəti yerinə yetirdi, risalətini təbliğ etdi, ümmətinə öyüd verdi, dinin əsaslarından tutmuş hər bir şeyi incəliyinə kimi bizə xəbər verdi. Açıqlamadığı bir şey, ümmətini sövq etmədiyi bir xeyr və onları çəkindirmədiyi bir pislik buraxmadı. Səhabələr onun aydınlıq yolu üzərində yürüdükləri kimi, onların yollarına uyan kimsələr də . bu yolda yürüməyə başladılar. Bu ümməti gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində buraxmamış canını təslim etmədi. Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurdu: «Sizə gecəsi gündüzü kimi tər-təmiz bir yol qoyuram. Bundan sonra kimsə yoldan azmaz. Azanlar isə həlak olurlar»
    (2). Belə ki, bu yoldan həlak olandan başqası azmaz. Bu rəhmət Peyğəmbəri, bu ümməti Cənnətə yaxmlaşdıracaq və Cəhənnəm atəşindən uzaqlaşdıracaq xeyir naminə hər nə varsa mütləq onu göstərmiş, nə qədər pislik varsa bu ümməti o, pislikdən çəkindirmişdir. Allah bizlərə anlaşılmazlığa düşdüyümüz məsələlərdə bu anlaşılmazlığı Allah və Rəsuluna buraxmağımızı tövsiyə edərək: «Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərinə həvalə edin! Bu daha xeyirli və nəticə etibarı ilə daha yaxşıdır». (ən-Nisa 59).
    Lakin bütün bunlara baxmayaraq günümüzdəki İslam ümməti, müsəlmanların ayrılığa düşməsi, firqə-firqə bölünməsi bu səhifənin açılmasına səbəb oldu. Bu cəmaat və firqələrin hər biri öz əqidəsinə və yollarına çağırmaqla insanları çaşqınlığa salmış, artıq insanların kimin ardınca gedəcək, kimin dediklərinə inanacaq çaşqınlığında qalmışlar. Gecə qaranlıqları kimi bidətlər ortaya çıxmağa başladı. Bu bidətlər, uydurmalar İslamı və müsəlmanları dağıtmağa və onların fırqələrə və məzhəblərə bölünməsinə gətirib çıxartdı. Müsəlmanlar da cahilcəsinə bu bidətlərə doğru yürüməyə başladılar. İnanclarını bu çürümüş şeylərin üzərində qurmağa başladılar. Əksinə Rəbbimiz isə bizə bir olmağımızı, heç bir firqə və məzhəblərə bölünməməyimizi, müsəlman olmağımızı əmr edir. «Hamınız bir yerdə Allahm ipindən möhkəm yapışın, bir-birinizdən ayrılmaym! Allahın sizə verdiyi neməti xatırlayın ki, siz bir-birinizə düşmən ikən o sizin qəlblərinizi birləşdirdi və onun neməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan ibarət olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, bəlkə haqq yola yönəlmiş olasınız». (Ali Imran 103). «Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar». (Ali İmran 105). Onlar Rəblərinin kitabı və Nəbilərinin sünnətindən uzaqlaşdıqları üçün öz ağıllarına və nəfsi istəklərinə uydular. Sıratal Mustəqimdən ayrıldıqca yalanlamağa başladılar. Allah və Rəsulunun hökmünün önünə keçdilər. Beləcə də nəsildən-nəsilə zəlalətə düşdülər. İxtilaf edib firqələrə bölündülər. İbn Teymiyyə - rahmətullahi aleyhi - deyir ki: «Kim nübuvət cizgisindən ayrılarsa şirkə və digər günahlar içərisinə düşər. İnsanların inanclarında şirk yox idi. Adəm - əleyhissəlam - və uşaqları Allahı tövhid etmək inancı üzərə idilər. İnsanlar tək bir ümmət idilər sonra ixtilafa düşdülər. «İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) aynldılar». (Yunus 19)». «İnsanlar tək bir ümmət idilər». (əl-Bəqərə 213). İbn Abbas - radıyallahu anhu - deyir ki: «Adəm ilə Nuh - əleyhimussəlam - arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövürdə yaşayan insanların hamısı da Allahın şəriəti üzərə idilər. Onların hamısı İslam dini üzərə idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların şəriətlərinə uymağı tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qorxudan Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh - əleyhissəlam - idi»
    (3).
    Rəsuldan sonra, onun səhabələri bu dini ən gözəl bir biçimdə öyrəndilər. Rəblərinin onlara yükləmiş olduğu əmanəti ən xeyirli bir şəkildə əldə etdilər. «Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu götürməkdən qorxub çəkindilər. Çox zalim və çox cahil insan isə onu götürdü». (əl-Əhzab 72). Bunu da özlərindən sonra gələnlərə əskiksiz olaraq daşıdılar. Tabiinlər də eyni minval üzərə bu əmanəti özlərindən sonra gələn sünnət əhli olanlara ötürdülər. Onlar da səhabələr yolu ilə onlara gələn bu əmanəti pozmadan, ağıl və istəklərinə uymadan, bidətlərə yol vermədən haqqıyla qoruyub, Nəbiləri - səllallahu aleyhi və səlləm - in sünnətinə və əsərlərinə sahib çıxaraq ona sımsıxı sarıldılar və özlərindən sonra gələn cəmaata öyrətdilər.
    Allaha şükürlər olsun! Bu ümmətdə xeyir olub və bu xeyır əsla tükənməyəcəkdir. Qiyamətin qopacağı vaxta qədər bu ümmətin hidayət və haqqa sarılan, azı dişləri ilə ondan yapışan bir qism camaat olacaqdır. Onlar Allahın izni ilə bu dinə sahib çıxaraq onu qoruyacaqlarına əhd etmişlər. «Möminlər içərisində elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar». (əl-Əhzab 23). Səvban - nıdıyallahu anhu -dən gələn rəvayətdə Rəsulullah - səllallahu aleyhi və səlləm - buyurur: «Ümmətimdən bir qrup insanlar olacaq ki, Qiyamətin qopacağı vaxta qədər haqq üzrə gedəcəklər. Heç nə və heç kim onlara zərər vura bilməyəcək. Allahın əmri gəlincəyə qədər»
    (4). İmran b. Hüseyn radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Ümmətimdən Qiyamət saatı gəlincəyə qədər haqq üzərə savaşacaq olan kimsələr olacaqdır. Onların sonuncuları da Məsih Dəccəli öldürən bir cəmaat olacaqdır» (5). Bu cəmaat Firqətun Nəciyə - qurtuluşa çatan firqə, Əhli Sünnə vəl Cəmaat, Sələfi-Salihin, Əhli Hədis və s. deyə adlandırılmışdır. Onlar isə Peyğəmbər - səllallahu aleyhi və səlləm - in və əshabələrin izləmiş olduğu yolu davam etdirən kimsələrdir. Əbu Nəcih əl-İrbad b. Səriyə - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - bizimlə elə bir tərzdə danışdı ki, qəlblərimiz titrədi, gözlərimiz yaşla doldu. Biz dedik: «Ey Allahın Rəsulu, bu vidalaşan bir kişinin öyüdünə oxşayır, bizə vəsiyyət et». Rəsulullah - sallallahu aleyhi və səiləm - buyurdu: «Mən sizə Uca və Böyük olan Allahdan haqq təqvası ilə qorxmağınızı, başınıza Həbəşı bir kölə əmir olaraq təyin edilərsə, onu dinləyib itaət etməyinizi tövsiyə edirəm. Şübhəsiz ki, aranızdan (uzun bir ömür) yaşayacaq olanlar bir çox ayrılıqlar görəcəklər. Mən sizə mənim sünnətimə və hidayətdə olan Rəşidi xəlifələrin sünnəsinə sarılmağınızı tövsiyə edirəm. Ona möhkəm sarılın, arxa dişlərinizlə ondan yapışın. Sonradan uydurulan işlərdən uzaq durun. Çünkü sonradan uydurulan hər bir şey bir bidət, hər bir bidət isə zəlalətdir» (6). Əbu Amr Abdullah b. Luhey deyir ki, Muaviyə b. Əbu Sufyan ilə birlikdə həcc etdik. Məkkədə zöhr namazından sonra ayağa qalxıb dedi: «Allah Rəsulu - sallallahu aleyhi və səlləm - buyurdu: «Mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir. Biri xaric hamısı Cəhənnəmdədir. O, da cəmaatdır. Mənim ümmətimdən elə bir topluluq çıxacaq ki, ağıl və istəkləri onları itlərin sahiblərini təqib etdikləri kimi təqib edib onlarla bərabər olacaqdır. Ey ərəb topluluğu! Vallahi, əgər siz Peyğəmbərinizdən gələnə sahib çıxmasanız, ona sizdən daha yaxşı sahib çıxacaq kimsələr olacaqdır» (7). Allah - subhənəhu və təalə - nin bu ümməti firqələr arasında VASAT - həmçinin də bu ümmət əvvəlki ümmətlər arasmda da VASAT - olandır. «Beləliklə də, sizi Vasat bir ümmət etdik ki, insanların əməllərinə şahid olasınız». (əl-Bəqərə 143). VASAT - ədalətli, xeyirli kimsələr mənasındadır. Əbu Səid əl-Xudri - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Qiyamət günü Nuh çağırılacaq. O, buyur, ya Rəbbim, əmrinə hazıram» deyəcək. Allah ona: «Təbliğ etdinmi?» deyə soruşacaq. O, da: «Bəli, ya Rəbbim!» deyəcək. Allah bu dəfə onun ümmətinə buyuracaq: «Sizə təbliğ etdimi?» Onlar: «Bizə heç kim təbliğ etmədi» deyəcəklər. Bu dəfə Allah ona: «Sənin lehinə kim şahidlik edə bilər?» deyə soruşacaq. O, da: «Muhəmməd və onun ümməti» deyəcək. Onun təbliğ etdiyinə şahidlik edəcəklər. Rəsulullah da ona qarşı şahid olacaq. Allah buyuracaq: «Beləcə sizi vasat bir ümmət etdik ki, insanlara qarşı şahid olasınız».(8)
    O, halda bu ümmət zərər verən, sapmış ümmətlər ilə həlaka aparan qüsurlu yollara meyl etmiş firqələr arasında vasat bir ümmətdir. Onlar Sıratal-Mustəqimdən sapmış ümmətin bidətçi firqələri arasında orta yolu tutmuş vasat olanlardır. Auf b. Məlik - radıyallahu anhu - rəvayət edir ki, Rəsulullah - sallallahu aleyhi və səlləm - buyurdu: «Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri - Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir»
    (9). İbn Ömər - radıyallahu aııhu - nun rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah - sailallahu aleyhi və səiləm - buyurdu: «Onlär mənim və səhabələrimin yolu ilə gedənlərdir» (10). Başqa rəvayətdə: Rəsulullah - salhılhıhıı ııleyhi və səlləm -buyurdu: «O, da cəmaatdır»(11) . Abdullah b. Amr b. əl-As - radıyallahu aııhu - rəvayət edir ki, Rəsulullah - - sallallahu aleyhi və səlləm - buyurdu: «Ümmətimin başına İsrail oğullarının başına gələnlərin bənzəri gələcəkdir. Hətta onlardan biri anası ilə zina etmiş olarsa ümmətimin içindən də bunu edən birisi tapılar. İsrail oğulları yetmiş iki firqəyə ayrıldılar. Mənim ümmətim isə yetmiş üç fırqəyə ayrılacaqdır. Biri xaric olmaqla qalanları cəhnnəmdədir». Səhabələr: «Ey Allahın Rəsulu! Cənnətə düşən firqə hansıdır» deyə soruşdular. Pevğəmbər: «Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir» .(12)
    Bütün bu hədislər bizlərə Cəhənnəm atəşindən qurtulmuş toplumun orta yolu mənimsəmiş Əhli Sünnə vəl Cəmaat olduğunu açıqca göstərməkdədir. Çünkü onlar bütün ixtilaflarda orta yolu tutmuş, Kitab və Sünnətin bildirdiyi iman əsaslarından başqa hər hansı bir inanca yönəlməmiş, insan üçün lazımlı hər şeyin bu iki qaynaqda bəyan edildiyinə inanmışlar. Sünnəti bəyan etmək, əsaslarmı gücləndirmək və bidətləri yıxmaq üçün bir çox əsərlər də yazmışlar.
    Buna görə də hörmətli müsəlman bacı və qardaşlarım hər biriniz bu müxaliflərə qarşı mübarizə aparmalısınız. Çünki bu İslam və müsəlmanların düşmənlərinin fikirləri birdir. Allahın nurunu söndürmək, yəni İslamı məhv etməkdir. Lakin bu əsla belə deyildir. Allah buyurur: «Onlar Allahın nurunu (İslam dinini) öz ağızları (öz iftiraları və şər sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də öz nurunu (dinini) tamamlayacaqdır». (əs-Səff 8). Allahu Əkbər! Həqiqətən də onların xoşlarına gəlsə də, gəlməsə də belə Allah öz dinini qoruyur və tamamlayır. Hər dövrdə, hər zamanda, hər vaxtda Allahın dinini bəxş etdiyi iman, elm və hikmət ilə din düşmənlərinə qarşı vuruşan, onların hiylələrinə, bidətlərinə qarşı çıxan, bidətlərini yox edən və onları Quran və Sünnə ilə məhv, Allahm dinini qoruyan və Allaha yardını edən sünnət əhlindən olan cəmaat olub və olacaqdır. İnşəallah! «Ey iman gətirənlər! Əgər siz Allaha yardım göstərsəniz, o da sizə yardım göstərər və sizi sabitqədəm edər». (Məhəmməd 7). Allaha yardım göstərmək isə onun dinini qorumaq ilə olur. İbn Məsud - radıyallahu aııhu - rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Allahın məndən əvvəlki ümmətlərə göndərdiyi hər Nəbinin öz ümmətindən sünnətini alan və əmrlərinə uyan bir çox həvvariləri və səhabələri vardır. Sonra onların ardından etməyəcəkləri şeyləri söyləyən və əmr olunmadıqları işləri edən bir çox nəsillər zühur edər. Kim onlara qarşı əli ilə mübarizə apararsa o, bir mömindir. Onlara qarşı kim diliylə mübarizə apararsa o, da bir mömindir. Onlara qarşı kim qəlbi ilə mübarizə apararsa o, da mömindir. Amma bundan aşağı (imandan) bir xardal dənəsi qədər də iman yoxdur»
    (13). Başqa bir hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurdu: «Bu elmi sonradan gələn hər bir nəsildən o, nəslin ədalət sahibi olan adamları daşıyır. Onlar bu elmdən azdıranların təhriflərini, batil işlərlə məşğul olanların işlərini və cahillərin yalnış izahlarını aradan götürürlər»(14) . Əbu Hureyrə - radıyallahu anhu- rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm - buyurdu: «Heç şübhəsiz ki, Allah bu ümmət üçün hər yüz ilin başlanğıcında dinini qoruyan kimsələr göndərəcəkdir» .(15)
    Bu batil firqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah - sallallahu aleyhi və səlləm - in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl edib başqalarına öyrətməlidir. İbn Teymiyyə - rahmətullahi aleyhi - bu məsələ ilə bağlı demişdir: «Buna görə də Əhli Sünnə alimləri - Sünnətə sarılmaq qurtuluşdur demişlər». Allah rəhmət etsin İmam Məlik - rahmətullahi aleyhi - deyir: «Sünnət Nuhun gəmisi kimidir, minən qurtulur, arxada qalan isə həlak olur. Haqq budur. Çünki Nuhun gəmisinə Peyğəmbəri təsdiq edən və ona tabe olanlar minmişlər. Ona minməyənlər isə Peyğəmbəri yalan saymışlar. Sünnətə tabe olmaq Allah qatından gələn risalətə tabe olmaq deməkdir. Dolayısı ilə risalətə tabe olan, Nuhla bərabər gəmiya minən kimsə durumundadır. Risalətə tabe olmaqdan ayrılan kimsə də Nuha tabe olmaqdan və onunla bərabər gəmiyə minməkdən qaçan kimsə durumundadır»
    (16) . Bu batiniyyə fırqələrin yoluna uymamaq, onların ardınca getməmək üçün, Rəsulullah - saliallahu aleyhi və səlləm - in yoluna uymaq, hidayət yolunda olan cəmaatdan olmaq üçün hər bir müsəlman, hər bir şəxs öz əqidəsini gözəl bir şəkildə öyrənməli, öyrəndikdən sonra isə ona əməl etməlidir.
    Güvəndiyim Allahdır, işlərimi ona həvalə edirəm və ona arxa- lanıram. Həmd və nemət yalnız onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da odur. «Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et». (əş-Şuəra 78-85).
    Allahın salat və salamı onun Peyğəmbəri Məhəmməd - səllallahu aleyhi və səlləm - ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
    -----------

    (1)Hədisin Ikinci Hissəsini - Müslim «Şərhu Nəvəvi» 6/153-156, Əhməd 3/319,371, Nəsəi 3/188-189, Beyhəqi «Sünnənul Kubra» 3/214 Cabir b. Abdullah - vadıyallahu anhu - yolu ilə. Bu ləfz Nəsainin ləfzidir. Hədisi Əhməd 3/371 və Müslim: «Sözlərin ən doğrusu» ləfzi yerinə: «Sözlərin ən xeyirlisi» ləfziylə rəvayət edilmişdir. İmam Əhmədin digər rəvayətlərində isə 3/319: «Sözlərin ən gözəli» şəkilindədir. Müslim: «Sonradan uydurulub dinə salınan hər bir əməl (iş) bidətdir» ləfzi yerinə: «Hər bir bidət bir zəlalətdir (sapıqlıqdır)» ləfziylə ravayət etmişdir. Hədisin sonunda olan: «Hər bir zəlalət isə oddadır» ləfzini zikr etməmişdir. Bu beş səhabədən başqa hədsi: Aişə - radıyallahu anhə -, Səhl b. Sad - radıyallahu anhu - mərfu olaraq. MƏRFU HƏDİS - Bu o, hədisdir ki, hansısa bir əməlin, sözün və ya sifətin Peyğəmbər - sallallahu aleyhi vəs səlləııı - ə çatması mərfu hədis adlanır. 1. əl-Mərfu əl-Qövli - Peyğəmbər -sallallahu aleyhi vəs səiləm - in dediyi söz. 2. əl-Məıfu əl-Feli - Peyğəmbər -saliallahu aleyhi vəs səlləm - in etdiyi əməl. 3. əl-Mərfu əl-Təqriru - Peyğəmbər - sallallahu aleyhi vəs səlləm - in görüb qadağan etmədiyi (hər hansısa bir əməl, və ya söz). 4. əl-Mərfu əl-Vəsfiyu - Peyğəmbər - sallallahu aleyhi vəs səlləm - in ən gözəl əxlaqlı olması. Tabiinlərdən isə İbn Şihab əz-Zuhri isə mursəl olaraq rəvayət etmişdir. MURSƏL HƏDİS - Tabiin Peyğəmbər - sallallahu aleyhi vəs səlləm - dən danışır. Lakin onlar arasındakı ravini qeyd etmir. Səhabədən də mursəl rəvayət olur. Bu o, deməkdir ki, səhabə Peyğəmbər - sallallahu aleyhi vəs səlləm - in sözünü eşitmədən, əməlini görmədən danışır. Bu da onun o, vaxt uşaq olması və ya İslamı sonra qəbul etməsi ilə izah olunur. Bunlar da qəbul edilə bilər. Hədis səhihdir. Muhəddis Muhəmməd Nəsrəddin əl-Albani - rahmətullahi aleyhi - hədisin bütün rəvayətlərini bir yerə toplayaraq «Xutbətul Həcə» isimli bir kitab yazmışdır. İstəyənlər bıı kitaba baxa bilərlər. Ayrıca bax: əl-Albani
    (2)«Muxtəsər Səhih Müslim» 409, «Mişkətul Məsabih» 3149,5860. 
    (3)İmam Əhməd «Musnəd». 
    (4)İbn Kəsir 1/250, Məcmuul Fətava 20/106. 
    (5)Buxari, Müslim.
    (6)İmam Əhməd.
    (7)Əbu Davud 4607, Tirmizi 2676.
    (8)Həkim, əl-Albani səhih.
    (9)İbn Məcə. 
    (10)Tirmizi. əl-Albani «Səhih Hədislər Silsiləsi» 1348. 
    (11)İmam Əhməd «Musnəd» 4/102, əl-Albani «Ziləlul Cənnə».
    (12)əl-Albani «Səhih Tirmizi» 2/333.
    (13)Müslim.
    (14)əl-Xatib «Şərəfu Əshəbil Hədis» 28-29, İbn Adiy «əl-Kamil» 1/152.153, 3/902, Saleh əl-Şuheymi «Ulul Əbsarın Qeyidləri» s. 64.
    (15)Əbu Davud «Məlahim» 4391.
    (16)Məcmuul Fətava 4/137.
    Mini-Panel
    Xoş gəldiniz, Qonaq
    Loqin:
    Şifrə:
    Quranda axtar


     
    ayə(lər)        nə axtarırsınız?

    Saytda Axtar
    Hicri təqvim
    Hicri Təqvim
    Namaz vaxtı
    Paylaş
    Dost saytlar
    Əsmaül Hüsna
    Statistika



    Saytda: 1
    Qonaqlar: 1
    İstifadəçilər: 0

    Adminstrator | İdarəçi
    Etibarlı | İstifadəçi
    İstifadəçilərimiz
    Ümumi: 6316, Bu gün: 0, Dünən: 0, Bu həftə: 0, Bu ay: 0

    Yeni istifadəçilər
  • JafidRor (JafidRor)
  • WilsonCig (WilsonCig)
  • teym (muslim)
  • DenriOr (DenriOr)
  • audioNoobSl (audioNoobSl)

  • Bu gün saytda olanlar
    Bizim banner
    banner


    Səhifə başlığına qalx
    Əhli Sünnə vəl Camaat © 2019 Bütün hüquqlar qorunur. Saytda yerləşdirilən bütün materiallar yalnız və yalnız Müsəlmanlara xidmət xarakteri daşıyır. Sayt adminstrasiyası istifadə edilən materiallara görə məsuliyyət daşımırlar. Saytdakı materiallar yalnız mənbə göstərilmək şərtiylə istifadə edilə bilər. Əks halda müəllif hüquqlarının pozulması kimi dəyərləndirilir. . Saytın ekran ölçüləri Mozilla Firefox brauzerinə uyğundur. Site admin: Selef | E-mail: jeka_zdes@rambler.ru